MateriALŞÜnasliq fənnindən muhaziRƏLƏR



Yüklə 101,22 Kb.
səhifə21/32
tarix01.01.2022
ölçüsü101,22 Kb.
#104483
1   ...   17   18   19   20   21   22   23   24   ...   32
Xromlu-vanadiumlu polad.Adi karbonlu poladlara əlavə edilən vanadium (0,1-0,2%) onun plastikliyini və möhkəmliyini artırır. Bu poladın möhkəmliyi və elastikliyi çox yüksək olub ox, dişli çarx, yay və s. hazırlamaq üçün işlədilir.

Legirlənmiş alət poladı.Ayrı-ayrı alət növlərinin iş şəraiti müxtəlifdir, buna görə də hər alət növü üçün öz keyfiyyəti ilə həmin iş şəraitinə daha da münasib olan polad işlədilməlidir.



Zərbəli ştamp və ölçü alətləri üçün polad. Metalı soyuq halda deformasiya edən yüklü ştamplar üçün xromlu polad işlədilir. (məs:tərkibində 2,0-2,3%C11,5-13,0%Cr olan X12 markalı polad). Belə polad tablandıqdan sonra və tabı əksildikdən sonra bərkliyinin çox yüksək olması (ARC-60-32) və yeyilməyə davamlılığının böyüklüyü ilə fərqlənir.

Metalı isti halda deformasiya edən ağır yüklü ştamplar üçün tələb olunan polada 5XHM və 5XГM markalı polad misal ola bilər.

Dəqiqlik dərəcəsi yüksək olan ölçü alətləri (kalibrlər, ölçü tavaları, mikrometrlər) hazırlamaq üçün XГ markalı polad işlədirlər. (1,13-!,5%c; 0,45-0,7%Mn, 1,3-1,6%Cr)


Yüklə 101,22 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin