MateriALŞÜnasliq fənnindən muhaziRƏLƏR



Yüklə 101,22 Kb.
səhifə30/32
tarix01.01.2022
ölçüsü101,22 Kb.
#104483
1   ...   24   25   26   27   28   29   30   31   32
azmış cərəyan deyilir. Azmış cərəyan yeraltı borular, kəmərlər, kabellər və s. yeraltı avadanlığa təsir edərək onları dağıtmağa başlayır. Buna azmış cərəyanla korroziya deyilir. Azmış cərəyan, relslərdə bəzən 40-50 km məsafədə korroziya prosesinin getməsinə səbəb olur.

Atmosfer korroziyası (açıq havada) kimyəvi və elektrokimyəvi korroziyaların xüsusiyyətlərini özündə cəmləşdirir. Metalların korroziyaya davamlılığının ölçüsü, məlum mühitdə korroziyanın sürətidir. Korroziyanın sürəti onların tərkibi, xarakteri və getdiyi mühitdən çox asılıdır.

Metalların dağılma xarakterindən asılı olaraq aşağıdakı korroziya növləri vardır:

a) Müntəzəm (bərabər) yayılan korroziya. Bu halda korroziya bərabər yayılaraq metalın səthini tamamilə örtür. Bu tip korroziyaya misal olaraq polad və dəmirin atmosfer şəraitində və ya turşuların sulu məhlulunda pas təbəqəsi ilə örtülməsini göstərmək olar.

b) Yerli və ya ləkəşəkilli korroziya. Çox zaman korroziya metalın bütün səthini deyil, ayrı-ayrı məntəqələrini dağıdır. Buna yerli vəya ləkəşəkilli korroziya deyilir. Yerli korroziya nəticəsində dar, lakin olduqca dərin kanallar alına bilər.

c) Nöqtəli korroziya. Metalın səthinin ayrı-ayrı nöqtələrdə dağılmasına nöqtəli korroziya deyilir. Nöqtəli korroziya, dağılan metal səthinin hədsiz kiçik olması ilə yerli korroziyadan fərqlənir. Nöqtəli korroziya nəticəsində dağılmış metal sahəsinin ölçüsü 0,1mm ilə 2mm arasında dəyişir.

d) Kristal arası korroziya bəzi hallarda aqressiv mühiti əmələ gətirən reagent (qazlar, turşular və s.məhlullar) ayrı-ayrı kristalların sərhəddini korreziya edir və bunları bir-birindən ayırır. Kristalarası korroziyaya uğradılmış metala azacıq zərbəli yük ilə təsir etdikdə sınır. Bəzən metalın öz-özünə sındığı müşahidə edilir. Bu tip korroziyaya kristalarası korroziya deyilir.

Mövzu 20. Korroziya ilə mübarizə vasitələri.

Korroziyaya qarşı mübarizə üsulları. Metal ilə örtmə. Legirləmə. Kimyəvi və elektrokimyəvi qoruma. Qeyri-metal örtüklər.


Korroziya ilə mübarizə vasitələri.Bütün texniki metalların və ərintilərinin əsas hissəsini təşkil edən polad və çuqun çox güclü korroziyaya uğrayır, buna görə də onların korroziyadan qorunmasına fikir vermək lazım gəlir. Korroziyaya davamlı ərintilərin istehsal edilməsi korroziyaya qarşı ən effektli mübarizə üsuludur. Məsələn, legirlənmiş xromlu və xrom-nikelli poladları və s. buna misal göstərmək olar. Paslanmayan polad və çuqun, əlvan metalların korroziyaya davamlı ərintiləri çox qiymətli konstruksiya materiallarıdır. Lakin baha olduqlarına görə onlardan həmişə istifadə etmək olmur.Korroziya ilə mübarizə başlıca olaraq aşağıdaki istiqamətlərdə aparılır:

Legirləmə. Bu prosesin mahiyyəti metal və ya ərintiyə yüksək elektrod potensialı olan elementlər əlavə edilərək korroziya möhkəmliyini artırmaqdan ibarətdir. Məsələn, dəmirə 3-5 %-ə qədər xrom qatdıqda onun adi temperaturda korroziyaya qarşı möhkəmliyi xeyli artırılır. Adi polada 18% xrom və 8% nikel qatdıqda onun turşu məhlullarına qarşı korroziya möhkəmliyi 10 dəfələrlə artırılır. Qalay, tunc ərintilərinin dəniz suyu təsirinə qarşı korroziya möhkəmliyinin yüksəlməsinə səbəb olur.

Metal ilə örtmə. Tətbiq sahəsindən asılı olaraq məmulatın üzərinə kifayət qədər korroziyaya davamlı olan, nazik metal təbəqəsindən üz çəkilir. Korroziyaya uğradılacaq səthi metalla örtmə aaşağıdakı üsullarla aparılır: isti üsulla, qalvanik üsulla, diffuziyaüsulla ilə, termomexanikiüsulla, metallaşdırma və s.

İsti üsullaörtmə. Asan əriyən metallardan nazik təbəqə çəkmək üçün işlədilir. Səthi təmizlənmiş məmulat qabaqcadan əridilmiş metalın imərisinə salınaraq qısa müddət burada saxlandıqdan sonra çıxarılır. Nəticədə məmulat üzərində 0,06-0,13 mm qalınlığında korroziyadan qoruyucu metal örtüyü alınır. Qoruyucu örtük qurğuşun, qalay və sink metallarından yaradılır. Isti üsulla örtmə 450-4800arasında aparılır.

Qalvanik üsulla örtmə. Məmulat üzərində qoruyucu örtmə yaratmaq üçün bir sıra duzların məhlullarını elektrolizə uğradırlar. Nəticədən məmulat üzərində qoruyucu metal təbəqəsi alınır.

Qalvanik üsulla örtmə məmulat üzərinə sink, qalay, qurğuşun, nikel, xrom və başqa metallar çəkməkdən ibarətdir.

Diffuziya yolu ilə örtmə. Səthində örtük yaradılacaq məmulat örtücü metal tozu içərisində qızdırılır. Örtücü metalın atomları məmulatın səthinə diffuziya edərək onunla bərk məhlul və ya kimyəvi birləşmə əmələ gətirir.

Termomexanikiörtmə.Bu zaman yenə diffuziya nəticəsində iki komponentli metal alınır. Bu üsul korroziyadan qorunmağın ən etibarlı üsuludur. Poladı mis, paslanmayan polad və alüminium vasitəsi ilə qoruyurlar.

Metallaşdırma. Bu üsulun mahiyyəti maye metalı əvvəlcədən təmizlənən səthə sıxılmış hava vasitəsilə üfürərək qoruyucu örtük yaratmaqdan ibarətdir.

Kimyəvi qoruma. Bu üsulda məmulatın səthində süni surətdə qoruyucu qeyri-metal pərdəciklər, çox vaxt oksid pərdəcikləri əmələ gətirirlər. Onun üzərindən isə yağlama materialları çəkilir.

Elektrokimyəvi qoruma protektor və katod qorunmalarına bölünür. Protektor qorunması elektrolitlərdə işləyən məmulat üçün tətbiq edilir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, qorunacaq səthə və ya onun yaxınlığına protektorlar bərkidilir. Protektorlar, potensiali qorunacaq məmulatın potensialından az olan metaldan hazırlanır. Bu zaman qalvanik cüt əmələ gəlir, protektor dağılır, əsas metal isə qorunur. Məsələn, sink protektorun köməyi ilə gəmilərin sualtı hissələri qorunur.

Katod qorunması yeraltı qurğulara tətbiq edilir. Boru kəmərləri, kabellər və s. onlar sabit cərəyan mənbəyinin mənfi qütbünə, cərəyanın müsbət qütbü isə yerə basdərələr.



Qeyri-metal örtüklərboyaqlar, minalar (emallar),laklar və yağ ilə əmələ gətirilən örtüklərdən ibarətdir.Korroziyadan qoruma vasitələri olan lak-boyaq örtükləri metalı xarici mühitdən təcrid edərək metalların səthində mikroelementlər (kiçik qalvanik elementlər) əmələ gəlməsinə mane olur.Lak-boyaq örtükləri çox işlədilir. Bu da atmosfer şəraitində həmin qoruma üsulunun çox etibarlı və örtmə əməliyyatının çox sadə olması ilə izah edilir. Lak-boyaq örtüklərinin nöqsan cəhətləri, onların kövrək olmağı və yüksək temperaturlarda yanmasıdır.

Mövzu 21. Plastik kütlələr.

Plastik kütlələr. Metallara görə plastik kütlələrin üstün və nöqsan cəhətləri. Plastik kütlələrin komponenti və onların təyinatı.Termoplastik və termoreaktiv plastik kütlələr.

Maşınqayırma və cihazqayırma sənayelərində plastik kütlələrdən istifadə edilməsinin çox böyük xalq təsərrüfatı əhəmiyyəti vardır.Süni, yaxud təbii qətranlar əsasinda alınmış və yüksək molekulyar çəkili üzvi maddələrlə plastifikatorların, doldurucu, yağlayıcı və boyaq materialların qatışığından əmələ gəlmiş mürəkkəb maddələrə


Yüklə 101,22 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin