MateriALŞÜnasliq fənnindən muhaziRƏLƏR



Yüklə 101,22 Kb.
səhifə9/32
tarix01.01.2022
ölçüsü101,22 Kb.
#104483
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
Adi keyfiyyətli karbonlu polad ­ qızğın yayılmış polad, fasonlu polad, təbəqə polad və enli zolaq (universal) polad Marten sobalarında (markalarda M hərfi yazılır) və aşağıdan üflənən Bessemer konverterlərində (markasında Б hərfi yazılır) istehsal edilir.

Bundan əlavə belə polad, yuxarıdan oksigen üflənən konverterlərdə də (markasında K hərfi yazılır) alınır. Təyinatından və təminat verilən xarakteristikalarından asılı olaraq belə poladı iki qrupa və bir yarımqurupa bölürlər: A-qrupu –istehlakçılara mexaniki xassələrinə əsasən, Б-qrupu-kimyəvi tərkibinə əsasən, B –yarımqurupu-mexaniki xassələrinə və kimyəvi tərkibinə əsasən göndərilir. A qrupuna daxil olan poladın hazırlanması üsulu ona verilən markada göstərilmir (sertifikatda göstərilir).

Bu yarımqrupun poladı, onun üçün irəli sürülən yüksək təlabatla əlaqədar olaraq, ya ancaq Marten sobalarında (M), ya da oksigen üflənən konvertelərdə (K) hazırlana bilər. Qaynayan poladın markalarına «KП» (кипящий) indeksi, yarımsakit (полуспокойная) poladın markalarına «ПС» əlavə edilir.Məsələn, CT3КП, CT4КПvə i.a. Belə indekslərin olmaması sakit poladı göstərir.

Qızğın yayılmış və döyülmüş karbonlu, keyfiyyətli konstruksiya poladı Marten və elektrik sobalarında istehsal edilir, (sakit polad, qaynayan polad və yarımsakit polad). Keyfiyyətli konstruksiya poladı adi keyfiyyətli poladdan bircinsliyinə görə üstündür. Keyfiyyətli konstruksiya poladı SP-un miqdarına görə daha saf sayılır; onda qeyri-metal qatışıqları nisbətən az olur, karbonun miqdarı isə daha məhduddur. Həmin poladdan maşın və mexanizmlərin ən mühüm hissələrini, keyfiyyətli lentlər, məftillər, borular, tökmə məmulatı və ştamp məmulatı hazırlamaq üçün istifadə edilir. Poladın markasında ikirəqəmli işarələr faizin yüzdə bir (1/100) hissələri ilə karbonun orta miqdarını göstərir. Manqanın miqdarından asılı olaraq poladı iki qrupa ayırırlar: I-normal miqdarda manqanı olan polad və II-manqanın miqdarı bir qədər artıq (1%-ə yaxın) olan polad.




Yüklə 101,22 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin