II BÖLMƏ. Əhalinin və işçilərin mühafizəsinin təşkili.
Bu bölmədə əks olunur:
Gündəlik fəaliyyət rejimində
- mülki müdafiə sahəsində dövlət orqanlarının, hüquqi şəxslərin, vətəndaşların və MM qüvvələrinin vəzifələrinin öyrədilməsi və keyfiyyətlə yerinə yetirilməsi;
əhaliyə və işçilərə fərdi mühafizə vasitələrindən istifadə edilmə qaydalarının öyrədilməsi;
əhaliyə və işçilərə kollektiv mühafizə qurğularından istifadə etmə qaydalarının öyrədilməsi;
xəbərdarlıq, rabitə, informasiya sistemlərinin və maddi yardım fondlarının yaradılması və təkmilləşdirilməsi qaydaları;
Yüksək hazırlıq rejimində
MM qərargahlarında (idarəetmə məntəqələrində) rəhbər heyətin növbətçiliyinin təşkil edilməsi və mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi;
xəbərdarlıq, rabitə və informasiya vasitələrinin hazır vəziyyətə gətirilməsi;
fövqəladə halların baş vermə təhlükəsi və ya baş verməsi barədə dövlət orqanlarının və işçilərin (əhalinin) xəbərdar edilməsi;
fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılması, belə hadisələrin baş verəcəyi hallarda isə insanların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına dair tədbirlər;
MM qüvvələrinin şəxsi heyətinə və işçilərə fərdi mühafizə vasitələrinin verilməsi;
təhlükə baş verməsi ehtimal olunduqda radioaktiv, güclü təsirli zəhərləyici maddələr (GTZM) və partlayış təhlükəli maddələr saxlanılan müəssisələrdə kollektiv mühafizə qurğularının hazır vəziyyətə gətirilməsi;
təhlükəli zonalardan əhalinin və işçilərin köçürülməsi üçün köçürmə orqanlarının hazır vəziyyətə gətirilməsi, köçürmə planlarının dəqiqləşdirilməsi;
epidemiyaya qarşı tibbi -profilaktik tədbirlərin keçirilməsi;
kənd təsərrüfatı heyvanlarının və məhsullarının mühafizəsi üzrə görüləcək tədbirlər (aidiyyatı üzrə).