Əyani vəsait: Videoproyektor, stendlər.
1-ci tədris sualı: Mülki Müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi.
Mülki Müdafiə məsələlərinin həll edilməsi, mülki müdafiə tədbirlərinin dəqiq planlaşdırılması və vaxtında həyata keçirilməsi ilə təmin olunur.
Mülki Müdafiə tədbirləri istehsal və sosial təyinatlı obyektlərin hərbi strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur.
Mülki Müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu ərazidə olan bütün insanları əhatə edir.
Mülki Müdafiə tədbirlərinin həcmi və məzmunu, mövcud qüvvə və vasitələrin miqdarından və onlardan maksimum səmərəli istifadə edilməsi əsasında müəyyən edilir.
Fövqəladə hadisələr zamanı Mülki Müdafiə üzrə tədbirləri qısa müddətdə və mütəşəkkil surətdə yerinə yetirmək üçün onların icrasını əvvəlcədən planlaşdırmaq tələb olunur.
Mülki müdafiə planında fövqəladə hadisələr zamanı görüləcək işlərin həcmi, ardıcıllığı və icra müddətləri müəyyən edilir. Bu plan fövqəladə hadisələr zamanı qarşıya çıxan vəzifələri yerinə yetirmək üçün fəaliyyət planıdır və belə hallarda mülki müdafiənin idarə edilməsi üçün əsas sənəddir.
Hazırda MM sistemində, o cümlədən istehsalat və sosial təyinatlı obyektlərin əksəriyyətində Mülki Müdafiə planları tərtib edilir.
MM planı fövqəladə hadisələr zamanı işçilərin istehsalatı müdafiə etmək və bu halların nəticələrini aradan qaldırmaq məqsədilə görüləcək işlərin təşkili qaydasını müəyyən edir.
Mülki Müdafiə planının düzgün və keyfiyyətli tərtib edilməsi, onun həyata keçirilməsi üçün mühüm şərtdir.
MM planı müvafiq obyekt rəhbərlərinin başçılığı ilə MM qərargahı tərəfindən tərtib edilir. Lazımı hallarda bu işə müvafiq mütəxəssisləri də cəlb etmək olar (obyekt rəhbərinin göstərişi ilə).
Planın məxfilik dərəcəsi, nüsxələrinin sayı və onların saxlanılması qaydası müvafiq rəhbərin qərarı ilə müəyyən edilir.
Tərtib edilmiş plan MM qərargahının rəisi tərəfindən imzalanır, regional şöbələrin rəisləri ilə razılaşdırılır və obyekt rəhbəri tərəfindən təsdiq edilir. Təsdiq edilmiş planlar aidiyyatı üzrə icraçılara çatdırılır və onların icrasına nəzarət təşkil edilir.
MM planı hər il yanvar ayının 1-nə MM qərargahının rəisi tərəfindən dəqiqləşdirilir və bu barədə plandakı düzəliş vərəqəsində qeydlər edilir. Ciddi məsələlərə aid düzəlişlər (dəyişikliklər) barədə obyektin rəhbərinə məlumat verilir.
MM planının icrası obyekt rəhbərinin sərəncamı (əmri) əsasında fövqəladə hadisələr baş verərkən həyata keçirilir.
Dostları ilə paylaş: |