Мцдафия Назирлийи Мцлки Мцдафия Курсу

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 48.34 Kb.
tarix16.11.2018
ölçüsü48.34 Kb.

Bakı Dövlət Universitetinin tələbələri ilə
Mülki Müdafiə fənnindən mühazirə keçmək üçün
PLAN-KONSPEKT



Mövzu-3 : Mülki Müdafiə qərargahlarında (MMQ) işin təşkili.

Tədrisin məqsədi: Mülki Müdafiə qərargahlarında işin təşkili barədə tələbələri məlumatlandırmaq.
Məşğələnin keçirildiyi yer: BDU-nun auditoriyası
Vaxt: 2 saat
Tədris sualları və təxmini vaxt bölgüsü:

Tələbələrin davamiyyətinin və mühazirəyə hazırlığının yoxlanılması-10 dəq;



1-ci tədris sualı: MM qərargahlarının ümumi vəzifələri, onların təşkili və quruluşu (strukturu) – 40 dəq.

2-ci tədris sualı: MM qərargahının əsas sənədləri, onların işlənib hazırlanması və rəsmiləşdirilməsi qaydaları – 35 dəq.

Mühazirəyə yekun vurulması – 5 dəq.


Ədəbiyyat: 1) Azərbaycan Respublikasının «Mülki Müdafiə haqqında» 30.12.1997-ci il tarixli 420-10 saylı qanunu

2) Mülki Müdafiə üzrə normativ sənədlər


Əyani vəsait: Videoproyektor, plakatlar.
MM qərargahlarının ümumi vəzifələri, onların təşkili və quruluşu.

Azərbaycan Respublikasının MM sistemi qarşısında bir sıra mühüm vəzifələr durur. Bu vəzifələri həyata keçirmək üçün, Respublikanın nazirliklərində, komitələrində, baş idarələrində, təsərrüfat obyektlərində, tədris müəssələrində MM qərargahları yaradılır.

MM qərargahları Mülki Müdafiənin əsas İdarəetmə orqanı olub, MM üzrə əsas tədbirlərin planını hazırlayır. Qərargahlar həmçinin nəqliyyat, yol-körpü, yanğından mühafizə, hidrometeoroloji, maddi -texniki təminatı, inzibati təsərrüfat və komendant xidmətini, gizli idarəetmə işlərini və s. təşkil edir.

MM qərargahları aşağıdakı kimi təşkil edilir:


  • Azərbaycan Respublikası Fovqəladə Hallar Nazirliyinin tərkibində Mülki Müdafiə qoşunlarının komandanlığı, Mülki Müdafiənin Təşkili Baş İdarəsi və onun qoşun hissələri;

  • Nazirliklərin, Dövlət Komitələrinin, baş idarələrin MM qərargahları;

  • Şəhər (rayon) İcra Hakimiyyəti başçılarının aparatı nəzdində MM qərargahları;

  • Birliyin, idarənin, təşkilatın, müəssisənin və təsərrüfat obyektinin nəzdində MM qərargahları;

  • Yerlərdə – idarənin müvafiq şöbəsi (bölməsi, xidməti, qrupu) hüququna malik MM qərargahları.

Regional şöbələr bilavasitə MM-nin təşkili baş idarəsinin rəisinə tabedirlər və bütün inzibati rayonları əhatə edən müvafiq zonalarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Ağdam, Cəbrayıl, Şamaxı, Lənkəran və Naxçıvan) Mülki Müdafiə orqanlarının fəaliyyətini əlaqələndirir və ona nəzarət edirlər.

Kənd rayonlarının MM qərargahları əlavə olaraq kənd təsərrüfatı heyvanlarının, bitkilərinin, bitkiçilik və heyvandarlıq məhsullarının, ərzaq xammalının və yemlərin radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələrdən müdafiəsi üzrə tədbirləri müəyyənləşdirir, planlaşdırır və həyata keçirilməsinə nəzarət edirlər.



Qərargahların əsas vəzifələri aşağıdakılardır:

I. Dinc dövrlərdə:



  1. MM planlarını hazırlamaq və onu təhlil etmək;

  2. MM üzrə əhalinin hazırlığını təşkil etmək;

  3. İdarəetmə, rabitə və xəbərdarlıq sistemlərini yaratmaq və onların fasiləsiz işləməsini təmin etməkdir.

II. Fövqəladə hadisə zamanı:

  1. Rəhbər işçiləri, xidmət rəislərini, MM qüvvələrini və bütün əhalini yaranmış vəziyyət haqqında xəbərdar etmək;

  2. Xilasetmə işlərini görmək üçün MM qüvvə və vasitələrinin qruplaşmalarını təşkil etmək;

  3. MM kəşfiyyatını və dozimetrik-kimya nəzarətini təşkil etmək;

  4. Yaranmış vəziyyətdən nəticə çıxarmaq, vəziyyət barədə qonşu rayon və obyektləri xəbərdar etmək;

  5. Hərtərəfli təchizatı təşkil etmək;

  6. Məxfilik rejiminin saxlanması və xidməti sirrin qorunması tədbirlərini həyata keçirmək.

MM qərargahları əsas diqqəti MM tədbirlərinin vaxtında yerinə yetirilməsinə yönəltməlidir. Bu tədbirlər müdafiə qurğularının tikilməsi, fərdi mühafizə vasitələri fondunun yaradılması, MM qüvvələrinin təşkili, onların hazırlığı, fövqəladə hadisələr zamanı obyektlərin sabit işinin təşkilindən və s. ibarətdir.

Hər bir qərargah, bütün MM tədbirlərinin yerinə yetirilməsini istənilən şəraitdə təmin etməyə qadir olan yığcam və intizamlı kollektiv olmalıdır.

Yuxarı instansiyada duran qərargahların yüksək tələbkarlığı və dəqiqliyi tabelikdə olan qərargahlara nümunə olmalıdır. O, öz vaxtının çox hissəsini tabeliyində olan qərargahlara və MM qüvvələrinə sərf etməlidir.

Təsərrüfat obyektində MMQ-nın təşkili sxemi

MMQ

rəisi



Кöməkçilər








Operativ məsələlər və kəşfiyyat üzrə



Maddi-texniki təminat üzrə

ММ

hazırlığı üzrə



Köçürmə (qəbuletmə) üzrə

Komendant, operator və rabitə mütəxəssisi

Qərargahın tərkibi obyektin ştat üzrə işçilərindən yaradılır və obyekt rəhbərinin əmri ilə rəsmiləşdirilir.

Qərargah işçilərinin tərkibi obyektin xüsusiyyətindən, tabeçiliyindən və işçilərin sayından asılıdır.


Obyektin MM qərargahı rəisinin vəzifələri:
– qərargahın işini təşkil edib ona gündəlik rəhbərlik etmək, bölmə və xidmət rəislərinin işlərini əlaqələndirmək;

    • yaranmış vəziyyət haqqında məlumat toplamaq, onları təhlil edib öyrənmək, obyektin rəhbərinə və yuxarı qərargahlara çatdırmaq;

    • tabeliyində olan MM qüvvələrindəki həqiqi vəziyyəti bilmək, həmçinin onlara verilmiş tapşırıqların yerinə yetirilməsinin gedişindən daim xəbərdar olmaq;

    • MM rəisinin göstərişi ilə obyektin MM planını hazırlamaq və onun yerinə yetirilməsinə nəzarət etmək;

– MM tədbirlərini təşkil edib həyata keçirmək üçün zəruri hesablamaları və təklifləri hazırlamaq;

– obyektdə rabitəni təşkil etmək və gizli idarəetmə tələblərinin həyata keçirilməsinə nəzarət etmək;

– obyektdə olan işçilərin, fərdi mühafizə vasitələrinin, xilasetmə texnikalarının və başqa maddi vasitələrin sayını həmişə bilmək, həmçinin onların gündəlik uçotunun aparılmasına rəhbərlik etmək;

– xilasetmə dəstələrini fəlakət zonalarına yola salmadan qabaq, onları təlimatlandırmaq və zəruri olan hər şeylə təmin olunmalarını yoxlamaq.


2-ci sual: MM qərargahının əsas sənədləri, onların işlənib hazırlanması və rəsmiləşdirilməsi qaydaları.
MM qərargahlarında aşağıdakı əsas sənədlər işlənib hazırlanır:

  1. Mülki Müdafiənin təşkili və aparılması barədə sərəncam və ya əmr.

  2. Mülki Müdafiə planı.

  3. İllik planlaşdırma sənədləri.

  4. Föqəladə Hallar Komissiyasının sənədləri.

  5. MM qüvvələrinin sənədləri.

  6. Təlim və məşqlərin sənədləri.

  7. Təcili məlumatlar cədvəli üzrə hesabat sənədləri.

8. Arayış sənədləri (hesabatlar, sxemlər, arayışlar, aktlar, məlumatlar və s.).

Sənədlərə olan əsas tələblər:

  1. Sənədlər, düzgün, qısa və aydın tərtib olunmalı və icraçılara vaxtında çatdırılmalıdır.

  2. Sənədlərin tərtibatında qərargah mədəniyyətinə əməl olunmalıdır.

3. Sənədlərin məxfilik dərəcəsi (“xüsusi əhəmiyyətli”, “tam məxfi”, “məxfi” və ya “xidməti istifadə üçün”) sənədin sağ yuxarı hissəsində qeyd olunmalıdır.

4. Məxfilik dərəcəsinin aşağı hissəsində sənədin nüsxəsi və tərtib olunma tarixi yazılmalı, sənəd bir neçə ünvana göndərilirsə, ümumi ünvan göstərilməlidir.

5. Sənədlər yazılı, qrafik formada, səs lentinə yazılmış, fotoşəkilli ola bilər və bir neçə nüsxədə hazırlana bilər. Bir neçə ünvana göndərilən sənədlərin nüsxələrinin sayı qərargahda qalan nüsxədə göstərilir.

6. Açıq üsulla göndərilən sənədlərdə, ünvanın əvəzinə idarəetmə məntəqələrinin şərti adları yazılır.

7. Sənədlərdə olan bütün düzəlişlər, sənədi təsdiqləyən və onu hazırlayan şəxslərlə razılaşdırılır.

8. Sənədin əks tərəfində, yaxud başqa jurnalda göndərilən nüsxələrin hesabatı, onların göndərilmə və alınma vaxtı qeyd olunur. Bu qeydləri sənədi göndərən şəxs təsdiqləyir. Sənədin alınma tarixi və vaxtı onu alan, yaxud açan şəxs tərəfindən hökmən qeyd olunur.



İş və ya hesabat xəritələrini hazırlayanda aşağıdakıları qeyd etmək lazımdır:

  • məxfilik dərəcəsi;

  • nüsxə nömrəsi;

  • sənədin adı;

  • qərargahın yerləşdiyi yer;

  • sənəd tərtibatının başlanma saatı və tarixi;

  • sənəd tərtibatının qurtarma saatı və tarixi;

  • mövcud şərait;

  • MM qüvvələrinin yerləşdiyi rayon (ərazi) ən azı üç nöqtə ilə, saat əqrəbi istiqamətində;

  • hərəkət marşrutları, birinci nöqtədə – qüvvələr haradan çıxır, ikinci nöqtədə – marşrut haradan keçir və üçüncü nöqtədə – toplanış yeri və yaxud dağıntı ocaqları;

  • nüvə silahının partlayış mərkəzi və partlayışın vaxtı;

  • radioaktiv zəhərlənmənin aşkar edildiyi vaxt;

  • xəritəni hazırlayan şəxsin vəzifəsi, imzası və soyadı;

  • xəritənin miqyası.

Xəritinin əks tərəfində nüsxələrin sayı, göndərilmə ünvanları, sənədlərin uçotu jurnalında qeydiyyata alınma tarixi və qeydiyyat nömrəsi yazılır.

İş və ya hesabat xəritələrini hazırlayanda aşağıdakı tələblərə əməl olunmalıdır:

- yaşayış məntəqələrinin və yerli əşyaların adları xəritədə yazıldığı kimi hallanmadan iri hərflərlə yazılmalıdır;



  • kiçik yaşayış məntəqələri və yerli əşyalar böyük yaşayış məntəqələrinin nisbində, yaxud koordinatlarla göstərilməlidir;

  • MM qərargahları və xidmət (qüvvə) növləri mövcud işarələrlə göstərilməlidir;

- koordinat setkası olmayan sənədlərdə «şimal-cənub» işarəsi qoyulmalıdır;

  • yazılı sənədlərdə MM quvvələrinin sayı hərflərlə, cədvəl və qrafik sənədlərdə isə rəqəmlərlə göstərilməlidir;

Xidmətlər, kiçik şöbə və qərargah işçiləri, həmçinin idarəetmə orqanları öz xəritələrində, onlara bilavasitə aid olan şərait və qərarları göstərirlər.

Bütün sənədlər məxfi sənədlərin mövcud əsasnaməsinə uyğun olaraq, göndərilir və saxlanılır.

MM qərargahlarının vəzifələri fasiləsiz olaraq genişlənir və onların rolu daim artır. Bu Respublikamızın Sürətlə inkişafından, dünya birliyinə inteqrasiyasından, günbəgün məhdudlaşan vaxt amilindən, iş həcminin artmasından və onun idarə olunmasının çətinləşməsindən irəli gəlir. Bu isə qərargah işçilərindən savadlı, intizamlı və mütəşəkkil olmalarını, əsas diqqəti hansı tədbirə yönəldəcəklərini bilmələrini və nəhayət işin məqsədi ardıcıllıqla aparılmasını tələb edir.

Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi





Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə