Bakı-2014 Elmi redaktor: dos. Hüseyn Məmmədov
Rəyçilər: prof. Zeynəddin Hacıyev
prof.Fərman İsmayılov
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elmi-metodik Şurasının «Sosial-siyasi elmlər» bölməsinin ....2014-cü il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (protokol № ...) A-13 Abbasova Q., İslamov İ. Fəlsəfənin tədrisi metodikası. Ali məktəblər üçün dərslik.ADPU-nun mətbəəsi, Bakı: 2014, 161 s.
Dərslik, ardıcıl olaraq, tələbələri fəlsəfənin tədrisi metodologiyası və metodikası problematikası ilə tanış edir, onlarda nəzəri və empirik material ilə işləmək haqqında tam təsəvvür yaradır. Burada fəlsəfənin anlayışlar aparatı, müəllimin iş zamanı istifadə etdiyi informasiya imkanları göstərilir, tədrisin əsas metodları, məlumatların təhlili məntiqi izah edilir. Fəlsəfənin tədrisi prosesində xüsusi diqqət tələbənin oxuduğu ixtisasına yiyələnməsi yolları təhlil olunur, fəlsəfənin tədrisi tarixinin icmalı verilir.