Мцгяддимя


İdeologiya və siyasətdə fəlsəfi dərketmə



Yüklə 0,7 Mb.
səhifə15/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   11   12   13   14   15   16   17   18   ...   64
İdeologiya və siyasətdə fəlsəfi dərketmə. Siyasi münasibətlər fəlsəfi ideyaların formalaşmasına təsir edir, bunu baş verməkdə olan mədəni proseslərin səviyyəsində izləyib görmək olar – siyasi münasibətlərin fəlsəfi ideyalara transformasiya mexanizmi məhz bu keçid səviyyəsini – mədəni prosesləri nəzərdə tutur. Siyasi ideyalar və münasibətlər idarəçilik strukturlarına, təhsil, elm, ailə və s. kimi mühüm sosial institutların fəaliyyətinə təsir göstərir, sosial təbəqələr və qruplar (məsələn, iqtisadi, dini, əxlaqi və s.) arasındakı qarşılıqlı münasibətlərin xarakterini müəyyən edir.

Qeyd olunmuş təfəkkür tiplərinin hamısını Azərbaycanın mənəvi mədəniyyət tarixində də izləmək olar. Qeyd edək ki, siyasi şüurun son yüz illiyində siyasi münasibətlər ümumiyyətlə ictimai şüurun və həyat fəaliyyətinin digər formaları və sahələri arasında getdikcə böyük rol oynayırlar. Onlar, insanların şüuruna dolaraq, onların dünyagörüşünə bütövlükdə təsir edirlər. Bu da öz növbəsində incəsənətdə, ədəbiyyatdə, bir sıra humanitar elmlərdə “dəyərləri yenidən qiymətləndirmək”, yeni bazis dəyərlər formalaşdırmaq üçün səmərəli təkan verir. Fəlsəfi dünyagörüş üçün burada müxtəlif ideya və təsəvvürlərin inteqrasiyası üçün yeni əsaslar meydana çıxır.

Fəlsəfi ideyaların formalaşmasına həm də ideologiya təsir edir, hansı ki adətən müəyyən siyasi münasibətlər əsasında formalaşır, çünki cəmiyyətin idarə olunmasının əsasında siyasi münasibətlər durur. Müxtəlif növ ideologiyaların fəlsəfi fikrin inkişaf prosesində müxtəlif cür əks olunmasını və müxtəlif nəticələrə səbəb olduğunu demək olar.

Siyasi ideologiyanın kapitalizm dövründə xüsusi olaraq güclənməsi özünü fəlsəfi düşüncələrin sosial istiqamətinin güclənməsi ilə biruzə verdi: tarix fəlsəfəsi, siyasət, hüquq, iqtisadiyyat (siyasi iqtisad), kulturologiya, antropologiya və s. kimi konkret istiqamətlər meydana çıxdı.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin