Мцгяддимя


Müasir ictimai şüurun rasionallaşmasının nəticələri



Yüklə 0,7 Mb.
səhifə19/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   15   16   17   18   19   20   21   22   ...   64
Müasir ictimai şüurun rasionallaşmasının nəticələri. Rasionalizm, fəlsəfi ideyaların əsas olmasa da, mühüm xüsusiyyətidir. Biz burada elə həmin rasionallığın ictimai şüurun bütün strukturlarına (həmçinin dünyagörüşün fəlsəfi əsaslarının xeyli dərəcədə yardımı ilə) yerləşməklə müasir cəmiyyətdə iki müəyyənedici xüsusiyyətin – kütləviləşmənin və onun ardınca qloballaşmanın formalaşmasına yardım göstərməsini izləməyə çalışmışıq.

Dərhal qeyd edək ki, fəlsəfi ideyalar xeyli dərəcədə elmlərin differensiallaşması və sonrakı inkişafı üçün təkan rolunu oynamışdır, onlar da öz növbəsində texnikanın, texnologiyaların, infrastrukturların inkişafına, insan əməyinin məzmun və xarakterinə təsir göstərmişdir. Bu ictimai şüurun rasionallığın möhkəmləndirilməsinə təsirin (vasitə ilə) istiqamətlərindən biridir.

Digər istiqamət isə rasionallığın Qərb dünyagörüşü və mədəniyyəti çərçivəsində inkişaf etməsidir. Şərq dünyagörüşünün də rasionallığı danmaq olmaz, amma burada rasionallıq özünü ictimai şüurda həqiqətin induktiv şəkildə anlanması ilə (həm də ki, muxtar olaraq) birgə biruzə verir.

Şüurda olan rasionallıq özünüdərketmənin fəlsəfə, dil, mədəniyyət şəklində ümumi təzahürləri ilə birləşdirilmiş iqtisadi, siyasi, mənəvi həyat formalarının getdikcə inkişafı ilə özünü biruzə verərək, nəzəri təfəkkürdə və insani münasibətlərdə yaranan yeni hadisələr ilə bağlı olan çoxsaylı böhran fazalarından keçir. Bu fazalar növbə ilə inkişaf edərək fəlsəfədə, bütövlükdə sosial elmlərdə irrasionalizmin və antissiyentizmin formalaşmasına yardım göstəriblər.

Təfəkkürün rasionallığından söhbət getdiyinə görə biz onu fərdiyyətçilik və kollektivizm kimi təzahürlərinin ayrı-ıyrı variantları üzərində ayrıca dayandıq.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin