Мцгяддимя


Müasir cəmiyyətdə humanizm



Yüklə 0,7 Mb.
səhifə21/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   17   18   19   20   21   22   23   24   ...   64
Müasir cəmiyyətdə humanizm. Müdriklik və humanizm müxtəlif, amma bir-birilərini tamamlayan anlayışlardır. Müdriklik hümanizmin formalaşması üçün şərtdir, eləcə də onun nəticəsidir. Bəşəriyyət humanizmə müdriklikdən keçerək çatmışdır, yəni bu formalaşmış həyat mövqeyində, dünyagörüşündə, özünüdərketmədə ifadə olunmuş sosial təcrübədir. Ən yaxın anlamda müdriklik sabitləşmiş həyati həqiqətlərdir ki, onların mənimsənilməsi mövcud olmanın qeyri-sabitliyinin, həyatın faniliyinin, səhvlərin faciəliliyin anlanması ilə bağlıdır.

Humanizm – insan həyatının özlüyündə qiymətli olmasının təsdiqinə əsaslanan insani xüsusiyyətdir, həyata münasibətdir. O, emosional-iradi və rasional səviyyələrdə aşkara çıxır, başqa sözlə desək – dəyərlərdə və onların davranış normaları kimi - bərqərar olmasında. Humanizm ideyalarının abstrakt səviyyədə anlanması həmişə baş verib, amma onların insanların şüurunda təfəkkür stereotipləri səviyyəsində reallaşması ilə həyat fəaliyyətinin şərtlərindən asılı olmuşdur. Zamanın ruhunu müxtəlif cür ifadə edən fəlsəfi sistemlər insani keyfiyyətlərə, o cümlədən də humanizmə təsir etməyə böyük imkanlara malik olublar. Bu müxtəlif yollarla baş vermişdir.

Fəlsəfə tarixi humanizm problemləri üzrə zəngin materiala malikdir, onlar onun hər bir filosof üçün müasir olan inkişaf tendensiyalarını əks etdirirlər. O cümlədən bunu hüquq, vəzifə, azadlıq, iradə kimi etik kateqoriyalar vasitəsilə izləmək olar. Qeyd olunmuş kateqoriyalar bəşəri münasibətlərdə humanizmin inkişaf səviyyəsini insanseverliyin, tolerantlığın, altruizmin bir göstəricisi kimi müəyyən etməyə imkan verir.

Müasiri olduğu dövrdə humanizmin köklərini təşkil edən və onun formalaşması üçün təkan verən ellinizm ideyaları və erkən xristian ideologiyası olmuşdur. Onu da qeyd edək ki, bizim tədqiqatımızda humanizm daha geniş, daha əsaslı sosial və elmi-nəzəri baza ilə nəzərdə tutulur. Bu mədəniyyətin “bəşəri” siması, onun etik, estetik, təbii-elmi anlayışlarda səslənməsi və ifadə olunması, sosial hadisə və proseslərdə ümumbəşəri xüsusiyyətlərin ifadə səviyyəsidir. Bu, insanın şəxsiyyətinə, onun maraqlarına və tələbatlarına cəmiyyət tərəfindən göstərilən maraq və hörmətin dərəcəsidir. Bu insanların qabiliyyətlərinin, vərdişlərinin çiçəklənməsi, onların ictimai özünüdərketmə və əhval-ruhiyyəsinə təsiridir. Bu fəlsəfədə, dində və mədəniyyətdə ifadə olunmuş insan ruhunun ideya əsaslarının qalasıdır.

Fəlsəfi ideyalarının təsirinin təzahürünü ancaq humanizmin qeyd etdiyimiz məzmunun mədəniyyətdə səviyyəsini aşkara çıxarmaq yolu ilə, eləcə də şüurun ümumiyyətlə və özünüdərketmənin isə qismən rasionallaşmasının səviyyəsi ilə tədqiq etmək olar. Bir tərəfdən - azadlığın, iradənin, hüquq və digər tərəfdən - vəzifələrin nisbətinin, həmçinin yüksək məqsədlərin və idealların və onlara çatmaq yollarının anlanması ilə bağlı olan humanizm haqqında təsəvvürlər milli özünüdərketmə, siyasi psixologiya, ideologiya, din, incəsənət və fəlsəfənin bazasında formalaşır, nəticədə insanın və cəmiyyətin daxili aləminin keyfiyyəti, onun “insanlaşmasının” dərəcəsi müəyyən olunur.

XX əsr humanizmi müxtəlif fəlsəfi əsaslara malik olmuşdur, onlardan biri olan ekzistensializm insanın öz özəl, əsil insaniyyətinə görə mənəvi (fərdi) cavabdehliyi məsələsini qaldırmışdır.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin