Мцгяддимя



Yüklə 0,7 Mb.
səhifə52/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   48   49   50   51   52   53   54   55   ...   64
Danışıq bacarığının əsası kimi düzgün nəfəs:

Nəfəsin məşqində ən mürəkkəbi – nəfəs verməni nizama salmaq və ona nəzarət etmək. Diafraqma ilə nəfəs almaq, qırtlağı azad etməyi öyrənmək – bütün bunlar çətin deyil. Amma diafraqmanı lazımi vəziyyətdə saxlamaq (məhz bu, nəfəsi nizama salmağa və verilən havanı bölməyə imkan verir) həqiqətən çətindir. Tənəffüs məşqində bütün frazanı bir nəfəsdə deməyə çalışmaq lazım deyil. Əvvəlcə iki-üç sözdən sonra nəfəsi heç olmasa onu birinci məntiqi pauzaya qədər bölməyə öyrənmək lazımdır və pauzada astadan dərindən nəfəsi almaq lazımdır1.

Nəfəsi necə almaq düzgündür?

Qamət düz, çiyinlər açılmış və boşdur, baş normal vəziyyətdə, yəni geri atılmamış və irəli salınmamışdır.

Başın ən yaxşı vəziyyəti – bədənin bir növ təpədən "asılmasıdır".

Ağırlıq mərkəzi bədənin ortasında olmalıdır, yəni günəş kələfi ərazisində.

Nəfəs alma hər bir artıq əlavə səslərsiz, səssiz olmalıdır.

Əgər siz az nəfəs aldınızsa, –əvvəlcə bu nəfəs almanı xərcləyin, yalnız sonra növbəti nəfəsi alın.

Nəfəs vermədə – havanı sıxmayın, əvvəlki nəfəsi qısa və tez atın, sonra yeni nəfəs almanı qısa və tez edin.

Şifahi və yazılı nitqlər — oxuma və eşitmə kimi müxtəlif psixi proseslərdir. Ola bilsin ki, əla yazılmış mətn şifahi şəkildə tamamilə qəbul edilməsin. Birdən-birə deyilən, yəni spontan, qəfil nitq yaxşı qəbul edilir. Və əksinə, maraqlı çıxışın stenoqramı oxuma vaxtı tez-tez ümidlər boşa çıxır. Nitqin formalaşması prosesi orqanda çalmağa oxşardır: birinci fraza tələffüz edilir, eyni zamanda növbəti fraza formalaşdırılır. Əlbəttə, bunu sərbəst etmək olmaz. Əgər nitqin formalaşması prosesi zamanı nitqi “təkmilləşdirməyə” çalışsaq, dərhal hamarlıq yox olacaq, pauzalar yaranacaq, hansılar ki, söz-parazitlərlə (" budur", "deməli") və ya sadəcə səslərlə (və, e-e) dola bilərlər. Əgər insan demək istədiyini xatırlamırsa, o yazılmış mətnə baxmağa çalışır. Auditoriyada "kağızla" çıxış etmək sizin çıxışınızın səmərəsini və müvəffəqiyyətini azaldacaq1.

Çıxışın mətni çətin olmamalıdır. Çətinliklər anlamamaya və narazılığa səbəb olur. İfadə məntiqli, konkret, aydın və səlis olmalıdır. Təkliflər uzun olmamalıdır. Terminlərdən istifadə minimuma qədər endirilməlidir. Əgər terminlərdən istifadə olunursa, onda onun mənası dərhal aydınlaşdırılmalıdır. Auditoriyanı duymaq, hiss etmək lazımdır ki, buradakı abu-havaya uyğun hərəkət edəsiniz. Çıxış vaxtı həyəcan yalnız təcrübənin azlığından yaranır, tədricən vərdiş yaranacaq və həyəcan keçəcək. Çıxış edən səmimi olmalıdır.

Çıxış edən əslində nə düşünür və nə hiss edir barədə auditoriya yaxşı hiss edir və onu bu mənada aldatmaq olmaz. Dinləyici də oxşar hislərlə və problemlərlə yaşayır. Əgər onunla öz əsl fikirləri və hislərlə bölüşməyə hazırsınızsa, o səhvləri və həyəcanı bağışlayacaq, hər şeyi səbirlə dinləyəcəkdir. Çıxış həm eşidəni, həm də dinləyəni sevindirməlidir.

Təcrübəsiz natiqlərin pozalarda tipik səhvlər:

1. Natiq əllərini arxada gizlədir. Təəssürat yaranır ki, əllər bağlanmışdır, həmçinin təəssürat yaranır ki, insan nəsə orada gizlədir. Natiqin belə vəziyyəti yenə də şüuraltı təhlükənin nümayişi kimi qəbul ediləcək.

2. Natiq Napoleonun pozasında, yəni sinədə çarpazlaşdırılmış əllərlə çıxış edir. Natiqin belə vəziyyəti yenə də şüuraltı üstünlüyün nümayişi kimi qəbul ediləcək.

3. Natiqin əlləri qabaqda, "futbolçunun pozası"nda çarpazlaşdırılmışdır. Belə pozada utancaqlıq, bağlılıq oxunur.

4. Əlləri ciblərdə saxlamaq. Bu tamamilə ədəbsiz görünür və etiketin kobud pozuntusudur.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin