Nitq nümunəsi
MAKEDONIYALI İSGƏNDƏRIN ÇIXIŞI
MAKEDONIYALI İSGƏNDƏR HAQQINDA TARIXI ARAYIŞ
İsgəndərin Makedoniyadan çıxdığı vaxtdan çox uzun bir zaman ötür, hər yeni qələbədən sonra əsgərlərə vəd edilən evə qayıdış yerinə yetirilmir - İsgəndər ordunu buraxmaq istəmir. Hindistanda ilk döyüş qələbə ilə yekunlaşsa da, İsgəndər bu qələbənin nəticələrinə əsasən yorulmuş və heydən düşmüş bu ordu ilə Hindistanın dərinliklərinə irəliləməsinin qeyri-mümkün olduğunu anlayır. Qurduğu imperiyanın mərkəzinə qayıdıb, orada hakimiyyətini möhkəmləndirmək, yeni işğal olunmuş xalqların hesabına ordunu möhkəmləndirdikdən qısa bir müddət sonra Şərqə doğru irəliləmək istəyən İsgəndər Suzlara gəlir.
Burada o yunan-fars ailə ittifaqları yaratmaq məqsədi ilə yeni əsgərlərinin bir qismini yerli tayfalardan olan qızlarla evləndirir, həmçinin özü də iki fars hökmdarları sülaləsinə mənsub olan qızla evlənir. Belə bir addım atmaqda onun məqsədi yeni tipli - damarlarında yunan və yerli tayfaların qanının qarışdığı bir elita - hökmedici təbəqə yaratmaq idi. Qurduğu imperiyanın uzun müddətli olması üçün o yerli tayfalardan olan hökmdar sülalənin nümayəndələrindən də ətrafına adamlar toplamağa başlayır. İsgəndərin bu addımı farslarda və digər tayfalarda daim barbar sifəti görmüş yunan və makedoniyalı əsgərləri çox bərk narahat edir. Bunlar İsgəndərin bu addımını vətənini və xalqını satmaq kimi qiymətləndirirlər. Bütün bu hadisələrin baş verdiyi bir zamanda İsgəndər makedoniyalılardan ibarət olan ordunun böyük bir qismini artıq yararsız olduğundan evlərinə buraxmaq əmri verir.
Məhz bu addım narazı əsgərləri coşdurur və onlar itaətsizliyə başlayırlar. Onlar İsgəndərin də ordunun böyük bir qismi ilə birlikdə evə qayıtmasını tələb edirlər. İsgəndər bu zaman ordu ilə görüşmək üçün kiçik rütbəli hərbi rəhbərlər və döyüşçülər qarşısına çıxır. Gözlədiyin əksi olaraq ordu onu heç də sevinclə qarşılamır. Uzun müddət onları sakitləşdirə bilməyən İsgəndər ordunun içərisinə girir və onun içərisindən daha fəal olanların saçlarından tutaraq onları dərhal hamının gözü qarşısında edam etdirir. Kütlə nisbətən sakitləşir.
Dostları ilə paylaş: |