bu özünüdərketmə ideyalarının bədii əsərlər şəklində maddiləşməsidir. Fəlsəfə bir dünyagörüşü və elmi metod kimi insan təfəkkür üslubunun və dünyaya münasibət üsulunun tarixi inkişafının məhsuludur. Fəlsəfi dünyagörüşün elementləri hər bir xalqın şüurunda vardır ki, bu bütövlükdə onun mentalitetinə və mənəvi mədəniyyətinə daxildir. Bizim çıxardığımız nəticə – fəlsəfəni bir sosial hadisə kimi tarix, ədəbiyyat, hər bir xalqın incəsənəti, həyat fəaliyyətinin müxtəlif formaları vasitəsilə öyrənmək lazımdır.