Мцгяддимя


Pedaqoji təcrübənin təşkili və həyata keçirilməsi



Yüklə 0,7 Mb.
səhifə41/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   37   38   39   40   41   42   43   44   ...   64
Pedaqoji təcrübənin təşkili və həyata keçirilməsi.

Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında pedaqoji praktikanın təşkili mühüm yer turur. Pedaqoji təcrübə fakültənin tədris-tərbiyə prosesinin mühüm bir hissəsidir: Pedaqoji təcrübənin məqsədi:



  1. Tələbələrdə pedaqoji peşəyə müsbət münasibətin formalaşdırılması;

  2. Tədris-tərbiyə işlərinin müstəqil aparılması vərdişlərinin qavranlıması;

  3. Psixoloji-pedaqoji tədqiqat metodlarının tətbiqi bacarıqlarının formalaşdırılması.

Pedaqoji təcrübənin aşağıdakı növləri vardır:

1. Tanışlıq-tədris təcrübə – tələbələr tərəfindən məktəb və digər tədris müəssisələrinin müəllimlərinin iştirakı ilə fakültənin tədris planına müvafiq olaraq keçirilir.

2. Ümumtəhsil məktəblərində, orta ixtisas təhsil müəssisələrində müəllim rolunda aparılan stajor işi.

Tələbələrin fəaliyyət növünə görə pedaqoji təcrübə tədris və tərbiyəedici praktikaya bölünür. Tədris işinin proqramına daxildir: tələbələrin təhkim edilmiş sinifdə tədris prosesinin öyrənilməsi; şagirdlərə aid edilən vahid tələblərlə tanışlıq məqsədilə müxtəlif müəllimlərin dərslərində iştirak; fənn müəlliminin metodik təcrübəsinin fənn və təlim-tərbiyə işi sisteminin öyrənilməsi; fənn müəlliminin bütün dərslərində məcburi iştirak; ayrı-ayrı dərslərin aparılması; sinifdən xaric tədris işi; digər tələbə-təcrübəçilərin dərslərində iştirak; dərslərin təhlilində iştirak.

Pedaqoji təcrübə zamanı praktikant tələbə (əgər pedaqoji praktika orta məktəbdə keçirilsə) sinif rəhbərinin köməkçisi rolunu yerinə yetirir.

Əgər pedaqoji təcrübə ali təhsil müəssisəsində keçirilirsə, yaxşı olardı ki, təcrübə keçən tələbələr aşağı kurslarda təhsil alan tələbələrin tələbə dərnəklərinə rəhbərlik etsinlər.

Ali təhsil müəssisəsində keçirilən təcrübə zamanı praktikant tələbə öz ixtisası üzrə bir-iki mühazirə deməlidir, 3-4 seminar məşğələsi aparmalıdır. Ali təhsil müəssisəsində təcrübə keçən tələbə 2-3 kurs işinə rəy yazmalıdır.

Pedaqoji təcrübənin başlamasına bir-neçə gün qalmış tələbələrin ümumi yığıncağı təşkil olunmalıdır və burada praktikanın yeri, vaxtı, ümumi vəzifələri təyin olunmalıdır.

Pedaqoji təcrübəyə rəhbərlik edən müəllim seminar məşğələlərinin mövzularını bölməlidir. Nəzərdə tutulan mühazirələrin plan və konspektlərinin hazırlanmasında tələbələrə köməklik göstərməlidir, hər bir aparılan seminarın təhlilində iştirak etməlidir. Keçirilən təcrübənin nəticələri haqqında yekun sözü deməlidir.

Pedaqoji təcrübənin passiv və aktiv növləri vardır.

Passiv təcrübə zamanı tələbələr dərslərdə dinləyici rolunu yerinə yetirirlər.

Tələbələrin ümumi nitq mədəniyyətinin təkmilləşdirilməsi məqsədilə yuxarı kurslarda ritorika və ifadəli oxudan xüsusi praktikumların təşkil olunması məsləhət görülür.

Pedaqoji təcrübə zamanı tələbələr təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına ciddi riayət etməlidirlər, dərslərin başlanmasına 15 dəqiqə qalmış dərs otağında olmalıdırlar.

Pedaqoji təcrübənin fərdi planının təxmini sxemi:

1. Aparılan işlərin növləri.

2. Tədbirin keçirildiyi tarix.

3. Rəhbərin yerinə yetirilən iş haqqında qeydləri1.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin