Мцгяддимя


MAKEDONIYALI İSGƏNDƏRIN ÇIXIŞI



Yüklə 0,7 Mb.
səhifə56/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   52   53   54   55   56   57   58   59   ...   64
MAKEDONIYALI İSGƏNDƏRIN ÇIXIŞI

Onda İsgəndər pilləkənlərə qalxdı, əsəbdən titrəyən səsi ilə dedı:

-İndi siz mənə qulaq asın!

Sizin əksərinizi əvvəllər heyvan dəriləri geymiş qanmazlar olmusunuz. Siz qoyun otarır və çox çətinliklə daglılarla mübarizə aparırdınız. Filipp sizləri şəhərlərə və kəndlərə apardı; sizin geyindiyiniz heyvan dərilərini döyüyşçü zirehləri ilə dəyişdi; o sizlərə qanunlar verdi və sizə sivil xalqların qaydalarını tətbiq etdi. Sözsüz ki, bolluq sizin hamınızı məhv etdi; sizin artıq əvvəlrdə necə yaşamağınızı xatırlamırsınız - ona görə də saxladığımdan da çox ordunu buraxmaq istədik ki, sizi, ağıldan kəmlər kimi, bu cür hay –küy qaldırmısınız; yamanlıq həmişə yuxarılarda yuva salır və başqa nəsə var ki, sizi ordudan yayındırmağa imkan vermir. Ola bilsin ki, qızılın və gümüşün parıltısı sizin gözünüzü tutub; siz gərək taxta qab-qacaqlara, heyatınızın əvvəllərində istifadə etdiyiniz söyüddən düzəldilmiş qalxanlara və paslı qılınclara qayıdasınız.

Halbuki, Filipp sizləri daim əhatənizdə olan barbarların ağaları etdi; o sizlər üçün Panqiyanın qızıl mədənlərini tutdu, o sizlərə ticarət etməyin qaydalarını öyrətdi; o sizin gəmiləriniz üçün dənizləri açdı, o sizin hökmranlığınızı Frankiyaya, Fesaliyaya, Fivlərə, Afinaya, Peleponnes və bütün Yunanıstana yaydı. Amma bütün bunların hamısı, nə qədər böyük görünürlər görünsünlər, mənim sayəmdə əldə etdiyinizlə müqayisədə heç nədir! Siz çox tez-tez deyirsizni ki, Filipp üçün darıxırsınız, unudursunuz ki, ömürlərinin sonuna yaxın o elə bir çətinliklə üzləşmişdi ki, artıq sizi yedizdirmək imkanında deyil. Onun ölümündən sonra mən bir neçə qızıl kubdan başqa xəzinədə nə tapdım? Altmış talant... Və beş yüz talant borc. Mən əlavə olaraq səkkiz yüz talant borc almalı oldum və bununla da bütün dünyanı sizin üçün qazandım.

Farsların şəriksiz olaraq dənizlərə hökmranlıq etdiyi bir vaxtda mən sizi Qellespontu keçməyə məcbur etdim- deyərək o davam etdi. Mən Qranikedə Darinın satraplarını əzdim; Mən Kiçik Asiyanın bütün əyalətlərini sizin mülklərinizə qatdım, çox şəhərləri mən hücumla aldım, digərləri isə özləri təslim oldular; orada nə var idisə, mən sizə payladım. Mən heç bir döyüş aparmadan mənə çatmış Misirin və Kirenin var –dövləti sizlərə verildi, Babil, Baktriya və Suzlar sizə məxsusdur; midiyalıların var – dövləti, farsların cəl-cəvahiratı, hindlilərin zinəti sizlərindi; xarici okean sizlərə məxsusudur! Siz kiçik və böyük rütblərə yiyələndiniz, yerlərdə nümayəndə oldunuz!

İllərlə yığılıb qalmış yorğunluğun əvəzində mən özümə, porfir və diademadan başqa nə saxladım? Mən özümə mülk kimi hec bir şey götürmədim; bizim ümümi istifadəsi üçün nəzərdə tutulmuş və sizlər üçün saxladığım var-dövlətdən başqa, heç kim mənə məxsusu olana var-dövlət göstərə bilməz. Hətta var-dövlət yığsaydım belə, mən bunlarla nə edəcəkdim?

Mən də sizin yediyiniz qida ilə qidalanıram, mənim sərkərdələrimizin süfrələri daha boldur, nəinki mənim, mən də sizlər kimi çadırlarda yatıram və heç də artıq istirahət etmirəm. Hətta bəzən gecələr sizlər rahat yatdığınız zaman mən yatmayaraq, sizlərin maraqlarını qorumaq, rifahımız naminə düşünürəm. Aranızda məgər elə adam var ki, durub ona çəkdiyim əziyyətdən artığını məndən ötrü çəkdiyini desin. Buraxın! Qoy sizlərdən yaralananlardan biri soyunsun və öz çapıqlarını göstərsin; mən isə öz çapıqlarımı göstərim!”

Bu zaman o, iki əli ilə tunikanın (qədim yunanlarda, romalılarda alt köynək) boğazını cırdı və İssedə alınmış yaralarının, Qizedə alınmış mizraq yaralarının, malliylərin oxlarından əmələ gəlmiş yaraların sağalmış yerlərini nümayiş etdirdi.

“Mənim bədənimdə öndən ən azından elə bir yer yoxdur ki, orada yara yeri olmasın! Qılınc, nizə, katapultdan atılmış mərmilər, sapanddan atılmış daşlar və elə bir silah yoxdur ki, ondan sizə olan sevgimdən, sizin şöhrətiniz naminə, sizin varlanmanız üçün mən zərbə alamalıyam. Bütün bunlara baxmayaraq, mən sizləri quruda, dənizdə, çaylardan və dərələrdən qələbə ardınca aparıram. Mən öz toyumu sizinlə bərabər etdim, sizin övladlarınız mənim övladlarımla qohum olacaq. Mən sizin borclarınızı ödədim və bu zaman sizin borclarınızı bu cür yüksək maaş və hərbi qənimətlər aldığınız zamanda hansı yolllarla qazandığınızı heç soruşmadım da. Sizin əksəriniz şərəf əklilinə layiq görülmümsünüz. Döyüşdə həlak olanlar dəb –dəbəli səkildə dəfn edilmişdir.

Sizin əksərinizin bürünc heykəlləri artıq vətənlərinizdə ucaldılmışdır; sizin yaxınlarınızı xidmətlərdən və vergilərdən azad edilmişdir. Mənim rəhbərliyim altında hec kim geri çəkilmənin rüsvayçılığını yaşamamışdır. İndi isə mən artıq xidmət edə bilnməyənləri evlərinə göndərilməyi təklif etmişdim və bu zaman onlara o qədər mükafat verilməli idi ki, yoldaşlarını ona paxıllığı tutsun. İndiki sizin hamınız getmək istəyirsiniz, hamınız rədd olun! Son müraciətimlə mən heç də sizin getməyinizə maneçilik etmək istəmirəm! Siz artıq hara istəsəniz, gedə bilərsiniz - bu heç mənim vecimə də deyil! Evlərinizə qayıdın və ailənizinə, dostlarınıza farsların, midiyalıların, baktriyalıların və skiflərin qalibi, Qafqaz dağlarını və Xəzər darvazasını keçib, daha sonra Qidaspı, Akesini, Hidroatı aşmış, indi isə, sizin bu qorxaxlığınız olamasaydı,

Qifasisi keçməyə hazırlaşan, Hind çayının iki mənsəbindən xarici okeana çıxmış, və hələ ki və heç bir ordunun qayıtmadığı Qedrosin səhralığının dərinliklərinə getmiş, daha sonra sizi Karmaniya vasitəsilə Persidaya çıxarmış İsgəndərlə necə rəftar etdiyinizi beyan edin. Rədd olun və Suzlara qayıdan kimi, öz hökmdarını necə tərk etdiyinzi, necə məğlub edilmiş yadelli tayfaların müdafiəsinə verdiyinizi deyin. Siz insanların gözündə öz şöhrətinizi, allahların gözündə isə xidmətinizi qazanacaqsınız! Gedin! Mən sizi görmək istəmirəm, heç birinizi...

3.Natiqin əsas keyfiyyətləri haqqında hər hansı bir çıxış əsasında esse hazırlayın. Dərsdə qrup yoldaşlarının çıxışlarını qiymətləndirin.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin