Мцгяддимя


Seminar və ya müstəqil iş üçün tapşırıq



Yüklə 0,7 Mb.
səhifə58/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   54   55   56   57   58   59   60   61   ...   64
Seminar və ya müstəqil iş üçün tapşırıq

Azərbaycanda fəlsəfi və sosial-siyasi fikrin inkişafı sahəsində baş verən dəyişikliklər (tarixi icmalı vermək).

Dünyanın müxtəlif ölkələrində fəlsəfənin tədrisinə münasibət.

Azərbaycanda orta məktəblərdə fəlsəfə biliklərinin qavranılması xüsusiyyətləri.

Azərbaycanda fəlsəfi fikir mühitinin formalaşdırılması.

MÖVZU 10. TƏDRİS VASİTƏLƏRİ

Tədris vasitələri - biliklərin mənimsənməsi, təcrübənin formalaşması, idraki və praktik fəaliyyəti üçün istifadə olunan ideal və ya maddi obyektlərdir.

Təlimin ideal vasitələri – tələbələr və müəllimlər tərəfindən əvvəldən əldə edilən biliklərdən və bacarıqlardan yeni biliklərin mənimsənməsi üçün bu bilikdən istifadə edirlər.

Təlimin maddi vasitələri –gündəlik təlim üçün müəllim və şagirdlərin istifadə etdiyi fiziki obyektlərdir.

Təlim vasitələrini fəaliyyətinin subyekti üzrə şərti olaraq tədris vasitələri və təlim vasitələrinə bölmək olar.

Tədris vasitələri əsasən izahat vermək və bilikləri möhkəmləndilmək üçün müəllim tərəfindən istifadə edilən material kimi başa düşülür. Tədris vasitələrini yeni materialın izahatı vasitələri, möhkəmləndirilmə və nəzarət vasitələri kimi qruplara bölmək olar.

Fəlsəfə fənlərin tədrisində əsas və köməkçi vasitələr var.

Fəlsəfənin tədrisində kitabxana fondları və informasiya texnologiyaları, İnternet-resurslarından da istifadə edilir.

Tədris prosesində köməkçi texniki vasitələrin, yəni reproduksiyalar, şəkillər, muzeylərin kataloqları, slaydlar, digər əyani vasitələrin rolu olduqca böyükdür.

Tədris prosesində audioyazılar, videofilmlərdən də istifadə edilir. Fəlsəfə fənlərinin tədrisində bədii ədəbiyyatdan və incəsənət əsərlərindən də istifadə edilir.

Tədris prosesində köməkçi texniki vasitələrin üzərində bir qədər geniş dayanaq. Müxtəlif elm sahələrinə aid tədris fənlərin eyni olmadığı üçün, bunların kompüter vasitəsilə öyrədilməsi metodları da fərqlənir, lakin bu fərqlər çox azdır, çünki burada bir sıra məkan-zaman məhdudiyyətləri var. Qeyd olunmalıdır ki, həmin məhdudiyyətlər düşüncə tərzində, insan təfəkküründə də bir çox dəyişikliklərə gətirib çıxarır. Ən böyük üstünlük isə – tələbəyə fərdi yanaşma imkanının yaradılmasıdır. Digər tərəfdən, istifadə edilən materialı qısa bir müddətdə hamıya çatdırmaq, onlarla əlaqə yaradıb, müzakirə etmək kimi imkanı da qeyd edilməlidir.

Qeyd edək ki, təhsildə istifadə edilən metodlar mümkün qədər daha çox hər bir tələbənin fərdi xüsusiyyətlərini nəzərə almalıdır, deməli, burada hər bir fənd və üsullardan istifadə etmək olmaz. Həm insan, həm də kompüterlə bağlı müəyyən məhdudiyyətlər yaranır.

Tədqiqatçıların qeyd etdiyi kimi, «elektron mühitdə insanda bir sıra yeni keyfiyyətlər formalaşır – eksperimenti keçirmək meyli, çeviklik, sistem yanaş-ma, bu zaman faktlar yeni şəkildə qavranılır, tədrisdə dərketmə prosesinin yaradıcı tərəfi fəallaşır və s.»1 . Lakin P.Nortonun da fikrini unutmaq olmaz ki, «kompüter istər-istəməz əzbərlənmiş faktlar və bacarıqları cəm edir»2.

Buna görə də məsləhət görülür ki, tədris prosesində kompüter vasitəsilə aparılan təlimlə bu təlimin qalan hissəsi arasında düzgün mütənasiblik qurulsun; daha sonra – kompüter məkanına yalnız formallaşma əməliyyatı üzərində qururula biləcək fənlər və mövzular cəlb edilməlidir.

Modulluq prinsipi də fərdi qaydalar və normalar ardıcıllığı üzərində qurulur; bu ardıcıllıq gərək müəyyən fənn sahəsi barəsində təsəvvür yaratsın. Şübhəsiz, modulluq prinsipi əsasında qurulan iş daha böyük səmərə verir, maliyyə vəsaitinə, vaxta qənaət etməyə imkan yaradır.

Təhsildə istənilən metodun təsirliliyini artırmaq üçün təhsilin mənəvi-psixoloji tərəfləri də nəzərə alınmalıdır. Tələbəni maraqlandırmaq, onun fəallığını artırmaq üçün metodları rəngarəng etmək, qrupun işinin nəticələrini müqayisə etmək, gələcək peşə fəaliyyəti haqqında söhbət aparmaq və s. lazımdır.

Tədris prosesində istifadə edilən hər hansı bir vasitələr toplusuna həm də «texnologiya» deyilir. Müasir dövrdə, informasiyanın həcminin sürətlə artması şəraitində həmin informasiyanın qavranılması zəminində bir çox texnologiyalar formalaşmışdır. Təhsil sistemi – insan kapitalının əsas strateji resursu, yəni ehtiyatı və əsasıdır. Tədris texnologiyaları təkmilləşdikcə, istər cəmiyyət, istərsə də ayrılıqda götürülmüş fərdin həyat fəaliyyəti müəyyən mənada getdikcə yaxşılaşır. Artıq aydın olmuşdur ki, insanın sürətlə dəyişən iqtisadi, texnoloji, sosial, siyasi mühitə uyğunlaşması, fəal həyat mövqeyi, vətəndaşlıq mövqeyinin ifadə edilməsi üçün onun bilikləri, bacarıqları və vərdişləri daima yeniləşməlidir1 .

Kompüter ilə bağlı texnologiyalarından belə bir tələb də irəli gəlir: həm müəllimlər, həm də tələbələrin işə münasibəti dəyişməli, vaxt büdcəsi strukturunda tələbənin müstəqil işinə daha çox yer ayrılmalıdır. Deyilənləri həyata keçirmək üçün didaktik, psixoloji aspektlər nəzərə alınmaqla tədris materiallarının bazası, bu bazanın idarəedilməsi sistemi, təhsilin metodikası, testlər və təlim texnologiyaları üzrə məsləhətlər – yəni metodik-tədrisi təminatı lazımdır. Bundan başqa, burada ixtisaslaşmış professor-müəllim heyəti də lazımdır (koordinatorlar, tyutorlar, müəllimlər).

Kompüter vasitələrindən tədris prosesində istifadə olunması hallarının ləng tətbiqinin səbəblərindən biri – tədris materialının hazırlanmasına sərf olunan vaxtının böyük həcmdə olmasıdır.

Verilən tapşırıqlar tədris edilən fənnin strukturuna uyğun gəlməlidir; tapşırığın yerinə yetirilməsi norması isə məlum psixoloji-pedaqoji əsaslarından irəli gəlməlidir.

Tapşırıqları yerinə yetirmək üçün müxtəlif elektron materiallarından istifadə olunur (interaktiv verilənlər bazası (telekommunikasiyalar vasitəsilə ötürülə bilən məlumatlar), elektron jurnallar (kompüter vasitəsilə yayılan dövrü materiallar), kompüterlə ötürülən fənlərin tədris proqramları. Bu cür imkanlardan istifadə olunmasının müxtəlif metod və vasitələri mövcuddur.

Tədrisi həyata keçirmək üçün hər bir semestrin əvvəlində tələbəyə semestr ərzində deyilən fənlər üzrə tədris-metodik materiallar toplusu verilir. Buraya tələbənin fərdi tədris planı, fənlərin öyrənilməsi üzrə tədris-metodik vəsaitlər, tövsiyə edilən ədəbiyyat siyahısı, semestr dərs cədvəli, nəzarət sualları, məqbul almaq üçün testlər, imtahan biletlərin sualları, elektron kitabxanasının və İnternet saytları və s. daxildir. Tədris prosesi tələbənin fərdi iş planı əsasında aparılır. İmtahan və yoxlamaların müsbət nəticələri əsasında tələbə növbəti semestr dərslərinə buraxılır.

Elektron tədrisi texnologiyası fərdi yanaşmaya üstünlük verir və hal-hazırda tədrisdə aparıcı rol oynayır; ümumiyyətlə, fərdi yanaşma təhsil ssiteminn hər bir mərhələsində nəzərə alınmalıdır.

Təhsilin metod və texnologiyalarının işləyib hazırlanmasında didaktik prinsiplərlə yanaşı, həm də tədrisin ümumi məqsədləri nəzərə alınmalıdır. Olduqca çevik, dinamik xarakter daşıyan təhsil prosesinin nəticəsi – müəyyən peşə bacarıq və qabiliyyətlərə malik mütəxəssisin formalaşmasıdır. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları bu prosesin imkanlarını günü-gündən genişləndirir. Gələcəkdə burada üç amil – insan fiziologiyası və psixologiyası, informasiya-kommunikasiya texnologiyaları, cəmiyyətin inkişaf mərhələsi xüsusiyyətləri birləşərək, təhsil sistemini yeni müstəviyə qaldıracaqdır.

Məlumdur ki, tədrisin əsasında bir sıra didaktik (təlim) prinsipləri durur. Tədqiqatçıların hesab etdiyi kimi, bunlar aşağıdakılardır: elmililik, sistemlilk, nəzəriyyə ilə praktikanın vəhdəti, tədrisdə şüurluluq, konkret və abstrakt tərəf-lərinin bütövlülüyü, sadəlik, biliyin təməlinin möhkəmliyi, fərdi və kollektiv səylərin vəhdəti; bütün bu prinsiplər bir-birilə əlaqəlidir; bir-birinə əsaslanır. Tədris praktikasında onlar tədris işinin təşkili və həyata keçirilməsinin qaydaları, metodları və formaları kimi tətbiq olunur. Qeyd edilən prinsiplərdə öz əksini tarixi və pedaqoji təcrübə tapır, bunların ictimai mənası var, bunlar təlim prosesini özündə əks etdirən bir mənzərəni ifa edirlər» 1(56, s. 231).

Məsafədən təhsildə yalnız didaktik prinsiplərin üzərində qurulan metodlardan istifadə olunmur: tədris prosesi insan psixikası və psixologiyası, cəmiyyətin sosial təcrübəsi, birgəyaşayış qaydalarına əsaslanan bir sahədir, ona görə də təhsilin istənilən formada həmin prinsiplərdən istifadə olunmalıdır. Beləlilkə, distanrt təhsildə artıq istfiadə olunan müxtəlif fənlərə aid materiallar müəyyən özünəməxsusluqla həmin prinsiplər üzərində qurulur.

Didaktik prinsiplərlə tədrisin məqsədlərini ifadə edən ümumi, strateji əhəmiyyətli prinsiplər uzlaşdırılmalıdır. Həmin prinsiplər aşağıdakılardır:

-ali təhsil gələcək mütəxəssisin şəxsiyyət kimi inkişafına istiqamət-lənməlidir;

-ali təhsilin məzmunu elm və istehsalın (texnologiyaların) müasir və gələcəkdə nəzərdə tutulan inkişaf meyllərinə uyğun gəlməlidir;

-mütəxəssisin hazırlanmasının müxtəlif mərhələlərində təlimin müasir metod və vasitələrinin rasional tətbiqi;

-konkret peşə sahəsi tərəfindən irəli sürülən tələblərə mütəxəssis hazırlığının nəticələrinin uyğunluğu, onların rəqabətə dözümlü olmasına zəmənatin verilməsi (64). Həmin prinsiplər bütövlükdə məsafəli təhsilə də aiddir.

Bununla belə təhsilin digər özünəməxsus prinsiplərin də olmasını qeyd edirlər. Rusiyada bu sahədə aparıcı mütəxəssislərdən biri A.A.Andreyev hesab edir ki, bunlar aşağıdakılardır:

-interaktivlik prinsipi: müəllim-tələbə, tələbə-tələbə ünsiyyəti çox fəal və gərgin şəkildə gedir;

-ilkin (başlanğıc) biliklərin olması prinsipi: təhsilə qoşulan hər bir şəxsin şəbəkədə işləmək təcrübəsi olmalıdır (İnternetə çıxışı olan kompüterlə yanaşı);

-fərdiləşdirmə prinsipi: ilkin (qapıda) nəzarət və gündəlik nəzarətin vasitəsilə fərdi iş planı tərtib etməklə, dinləyicini lazımi səviyyədə hazırlamaq;

-yeni informasiya texnologiyaların vasitələrinin tətbiqində pedaqoji məqsədəuyğunluluq prinsipi: həmin vasitələrə həddindən çox aludə etmək olmaz.1

Nəticədə hərtərəfli inkişaf etmiş, fəal həyat mövqeyə malik olan mütəxəssis özünü istər peşəkar, istərsə də mədəni insan kimi ifadəetməyə qadir olmalı, cəmiyyətin layiqli vətəndaşı kimi çıxış etməlidir. İndi də həmin dəyərlər cəmiyyətdə aparıcı rol oynayır. Təhsilin yuxarıda qeyd edilən prinsipləri bu dəyərlərə zidd gəlmir, əksinə, onları tamamlayır, təməlini möhkəmləndirir.

Son illərdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaların tətbiqi imkanları xeyli genişlənib: həmin sahə tədricən aparıcı sahələrindən birinə çevrilməkdədir. İdarəetmənin bütün mərhələlərində, sosial xidmətin bir çox sahələrində yüksək texnologiyalardan istifadə olunma halları artıb və artmaqdadır. İnternet şəbəkəsinin genişləndirilməsi (Az Datacom) bu sahədəki xidmətləri xeyli artmasına gətirib çıxaracaqdır. Bu proseslərin sürətlənməsinə həm də təhsilin müqəddəm şərtini təşkil edən təsərrüfat həyatında baş verən proseslərdir: ticarət, sənaye istehsalı, kənd təsərrüfatı və digər iqtisadi sahələr artmaqda olan beynəlxalq kooperasiya və əməkdaşlıq istər-istəməz ölkədaxili həyata, birinci növbədə, informasiya-kommunikasiya texnologiyaların istifa-dəsi səviyyəsinə müsbət təsir göstərir. əməkdaşlıq bərabər ehtiyatlar imkan-larını tələb edir, texniki-texnoloji təminatın eyni müstəvidə olmasını təmin etməyə hazır olmasını bildirir.

Daha sürətlə bu proseslər yüksək peşəkarlığı, yüksək texnologiyaları tələb edən sahələrdə gedir. Həmin sahələrdən ən önəmlisi – şübhəsiz, təhsil sistemidir. Artıq, Boloniya sisteminin tələblərinə uyğun e-learning sisteminin tətbiqi sahəsində ayrı-ayrı cəhdlər olunub; təcrübə göstərir ki, burada dinamiklik, monitorinq və özünütəhsilləndirmə imkanları geniş olan təhsil prosesini qurmaq mümkündür. Təcrübə mübadiləsi, birgə istifadə oluna biləcək informasiya bankların, serverin yaradılması, virtual auditoriyadan müxtəlif şəkildə istifadə olunması təhsilin keyfiyyətini yaxşılaşdırır, şəxsiyyətin formalaşması prosesinə müsbət təsir göstərir. Məlumdur ki, ali məktəbdə artıq «ikinci» sosiallaşma mərhələsi başlayır, tələbədə, gələcək mütəxəssis və vətəndaşa xas olan bir sıra zəruri keyfiyyətlər formalaşır.

Adi qaydada aparılan tədris və elektron tədrisi prosesində iştirak edən şəxslərin təfəkküründə, dünyagörüşündə, vərdiş və qabiliyyətlərində yaranan müəyyən fərqlər xüsusi tədqiqat yolu ilə aşkarlana bilər. Burada söhbət birinci növbədə interaktiv yaradıcılığa təhrik edən, yaxşı qavranılan və mənimsənilən materiallardan gedir. Hər iki təhsil formasında bu cür imkanlardan mümkün qədər geniş istifadə olunmalıdır. Kompüter ekranında əyanilik, texniki imkanlar çox olduğu üçün, burada modelləşdirmə, eksperimentin keçirilməsi, müqayisəli təhlil üçün daha geniş yer ayrılır.

Təhsil sistemində istifadə edilən texnologiyalar (yəni fənn mövzularının tərtibi qaydaları və istifadəolunma şərtləri) mövcud tədris planından irəli gəlməlidir, müəyyən proqrama, ona aid toplanılmış materiallara əsaslanmalıdır. Hər bir mövzunun yazılması konsepsiyası (metodologiyası) aprobasiyadan keçirilməli, yəni digər fənn müəllimləri, magistrləri ilə müzakirə edilməlidir. Ekrana gətirilən məlumat mətnlər, videofilmlər, diaqramlar, digər cədvəllər, musiqi parçaları, lövhələr (görünüşlər), rəqəmlər, çıxışlar ( konkret şəxslərin), şüarlar, krossvord, kriptoqram, skanvord, işgüzar oyun, teleforum və s. şəklində ola bilər. Bütün bu imkanlar olduqca zəngin və maraqlı dərsləri formalaşdırmağa köməklik göstərir, qavrama imkanlarını genişləndirir.

Hər bir hazırlanan metodik tövsiyə (fənn mövzusu, proqramm və s.) mütəxəssislər tərəfindən yoxlanılmalıdır. Müəyyən bilik və səriştəyə malik olan bu adamlar lazımi pedaqoji tələblərə həmin mövzunun cavab verib verməməsini yoxlaya bilərlər. Birinci növbədə məntiqi səhvlər aşkara çıxarılmalı, mətnin ardıcıllığında səbəb-nəticə, induksiya və deduksiya prinsiplərinin pozulub-pozulmaması müəyyən edilməlidir. Üzə çıxarılan səhv-lər konstruktiv şəkildə aradan qaldırılmalı, material isə – təkmilləşdirilməlidir.

Adi dərsliyin (kağız üzərində) tərtibindən fərqli olaraq, kompüterdə texniki imkanlar çox genişdir, burada mətnlərin, digər materialların yığılması, toplanılması, seçilməsi üçün imkanlar çox olduğu üçün, dizayn baxımından da paralel olaraq, tərtibatını həyata keçirmək olar. Burada həm də ön söz, mündəricat, göstəricilər və s. məlumat-sorğu aparatına aid vasitələr də cəlb olunmalıdır. Qeyd edilən göstəricilərin tərtibatı rəngarəng, eyni vaxtda anlaşıqlı və sadə olmalıdır. Sözün, mətnin, illüstrativ materiallarda məna axtarışı zamanı həm dispozisiya (məkanda yerləşdirmə, məntiqi arqumentasiya), həm də müxtəlif məcazlardan, yəni dil zənginliyindən istifadə etmək lazımdır.

Tədrisin ümumi prinsiplərini həyata keçirmək üşün fənnin öyrənilməsi və mənimsənilməsi prosesi xüsusi tədris planı, təqvim planı əsasında qurulur. Tarixi təcrübə əsasında, artıq aprobasiyadan keçmiş bir sıra tədris formaları burada tətbiq olunmalıdır: mühazirə, praktik məşğələlər, məsləhət saatlarının keçirilməsi, referatlar, müstəqil işin, imtahanlar və məqbulların təşkili, elmi konfransların və müsabiqələrin keçirilməsi.Bütün bu hallar distant təhsil üşün də yararlıdır.



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin