6.8. Dissertasiya işləri üçün mövzunun seçilməsi və elmi-tədqiqat qurumunun yaradılması şəraiti
Dissertasiya işlərinin planının işlənməsi zamanı tədqiqatın mövzusu seçilməlidir. Hər bir mövzu üzrə aşağıdakı tərkib elementlər təyin olunur:
işin məqsədi, onun məzmunu və həcmi, əmək sərfi, icraçıların tərkibi, yerinə yetirilmə müddəti, elmi avadanlıqla təchizi, gözlənilən səmərə; mərhələli planlaşdırmada, koordinasiyada olan işin təşkilini müəyyən etmək, dövlət büdcəsindən maliyyələşən və təsərrüfat hesablı mövzuların yerinə yetirilməsinə nəzarət etmək.
Dissertasiya işi üçün mövzu iki yolla seçilir: birinci-rəhbərlik, elmi əməkdaşların təklifləri nəzərə alınmaqla, ikinci-elmi məhsulun istifadəçilərinin müraciətlərini nəzərə alınması ilə. Tematika praktikanın tələblərinə cavab verməlidir, aktual olmalıdır. Bu o zaman mümkündür ki, tədqiqatçı ilə istehsalat arasında birbaşa elmi tədqiqatların tətbiqi və yaxud əksinə, istehsalatı öyrənməklə orada ortaya çıxan həll olunmamış məsələləri həll etməklə əldə olsun.
Dissertasiya mövzusu seçildikdə hər bir aspirant və ya tədqiqatçı aşağıdakılardan istifadə edir:
Elmi-tədqiqat institutunun profilinə uyğun ədəbiyyat, uyğun laboratoriyaların və institutun tematikası, ETİ-nin və uyğun müəssisələrin illik hesabatları, şuraların, konfransların və simpoziumların materialları, istehsalat mütəxəssislərinin fikirləri.
Nəzəri mövzular ETİ-nin rəhbərliyi və problem laboratoriyaların elmi əməkdaşları tərəfindən təklif olunur. Təklif olunan mövzular aşağıdakı qaydalara əsasən seçilməlidir: mövzunun ETİ-nun və laboratoriyanın profilinə uyğunluğu; mövzunun aktuallığı, dəyər və effektivliyi; mövzunun yeniliyi, mövzunu təyin olunmuş müddətə tamamlamaq imkanı, ixtisaslaşmış rəhbərlərin olması,. tədqiqatın nəticələrinin tətbiqi imkanları, məsələnin həlli üçün texniki vasitələrin olması, işləmə imkanları və tədqiqat üçün lazımi olan cihazların hazırlanması.
Yalnız nəzəri tədqiqatlar, onların elmi istiqaməti baxımından yuxarıdan planlaşdırılır. Nəzəri və eksperimental tədqiqatların istiqaməti əsasən yüksək ixtisaslı alimdən və onun bu sahədə yaratdığı məktəbdən asılıdır.
Dissertasiya mövzusunun tədqiqat istiqamətini düzgün seçmək üçün müvafiq jurnallarda dərc edilən müdafiə olunmuş dissertasiya mövzularını həmin sahəyə aid avtoreferatları, elm və texnikada olan yenilikləri, layihələndirmə prinsiplərini öyrənmək, yığılmış materialları ümumiləşdirmək və analiz etmək, həmin sahənin alimindən mövzuya dair məsləhətlər almaq vacibdir.
Dissertasiya mövzusunun seçilməsi üçün elmi tematika hər bir sahədə çox əhatəlidir. Buradan ən əsasını seçmək lazımdır. Məsələn, kənd təsərrüfatının mexanikləşdirilməsi sahəsində əsas problemlər bunlardır:
1) yeni maşınların və maşın texnologiyalarının yaradılması – yeni maşın və proseslərə tələblərin işlənməsi, olan maşınların vəziyyətinin yaxşılaşdırılması, davamlılığının, uzunömürlülüyünün artırılması, yeni işçi orqanların yaradılması;
2) olan maşınlardan effektli istifadə üsullarının işlənməsi, tənzimlənmənin yaxşılaşdırılması, çatışmamazlıqların, aqreqatlaşdırma üsullarının öyrənilməsi, maşınlar sisteminin yaradılması və öyrənilməsi, maşınların müqaisəli və xüsusi sınaqları, bütün maşınlara aid olan ümumi problemlərin işlənməsi–maşınların dartıya sərf etdiyi enerqetik qüvvə, emal edilən materialların fiziki-mexaniki xassələri, torpağın mexanikası, maşının işçi surətinin artırılması, gələcəkdə istifadə və yararsız kriterilərin işlənməsi; təmirin təşkili və texnologiyası problemlərinin işlənməsi, traktorların, onların aqreqatlarının konstruksiyasının təmirə yararlığının əsaslan-dırılmısı, hissələr arasındakı dəliklərin ölçülərinin əsaslandırılması, hissələrin yeyilmə dərəcəsinin təyini, yeyilmənin dərəcəsinin sürətləndirilmiş metodikasının işlənməsi, ehtiyat hissələrinə olan ehtiyacın öyrənilməsi metodikası, hissələrin bərpası texnologiyasının və üsullarının işlənməsi, təmirin təşkili formalarının işlənməsi və s.
Elmi–tədqiqat müəssisələrində şöbə və laboratoriya əsas tərkib hissə sayılır.
Bunun yaranmasında aşağıdakı amillər vacib sayılır:
1. Tez bir zamanda xalq təsərrüfatına dair həll edilməli məsələlər.
2. Tədqiqat obyektinin və ya materialının olması.
3. Problemin tədqiqi üçün xüsusi üsulların işlənməsi.
4. Problem üzrə tədqiqatlar aparmaq məqsədilə xüsusi aparaturanın və sahənin ayrılması.
5. Lazım olan sahədə kadrların, ən vacibi isə aparıcı alimlərin və mütəxəssislərin olması.
6. Problemlə əlaqədə olan işlərin olması.
Yuxarıdakı göstəricilərin hər hansı birinin olmadığı halda laboratoriya yarat-mağa rəhbərə icazə verilmir. Yeni elmi-tədqiqat müəssisəsi yaradıldıqda bu göstəri-cilərin biri və ya bir neçəsi olmaya bilər. Lakin aparıcı alimlərin olması vacibdir.
VII FƏSİL
Sistemli elmi tədqiqat işləri və onun nəticələrinin riyazi işlənməsi
7. I. Tədqiqat işlərində sistemli metod və onun əlamətləri
Hər hansı bir prosesin öyrənilməsi prosesin onu əhatə edən mühitlə əlaqələndirilməsidir. Tədqiqat işlərinin aparılmasında əlaqələrin öyrənilməsi, fərdi, qarşılıqlı və kombinə edilmiş halda olur. Bu işlər sistemsiz,qarşılıqlı sistemli və tam sistem olmaqla icra olunmalıdır.
Kənd təsərrüfatı proseslərinin yerinə yetirilməsi bitkicilik və heyvandarlıq olmaqla iki böyük sahəni əhatə edir. Hər iki sahənin özünə məxsus olan xüsusiyyətləri mövcud olduğundan biri digərinə uyğun gəlmir. Həmin sahələri, yəni bitkiciliyin, hey-vandarlığın texnoloji proseslərini sənaye ilə müqayisə etmək üçün aşağıdakı cxeminı aydınlaşdıraq.
Bitkiçilik və heyvandarlıqda texnoloji proseslərin xüsusiyyətlərinin asılılıq sxeması.
Sənaye
Bitkiçilik
Heyvandarlıq
1.Fəsildən asılı olaraq 1. İl boyu məhsul istehsalı. 1. İl boyu işin təşkili.
işin görülməsi. 2. Növbəlik işin. təşkili. 2. Növbəlik iş rejimi.
2. Bütün il boyu 3.Təbiətdən və iqlim- 3. Təbiətdən və iqlimdən
iş ardıcıllığı. dən asılı olmaması. asılı olmaması.
3.Təbiətdən asılı 4.Saxlanma şəraitinin 4. İşlərin axım xətti ilə yeri-
olması. dəyişməsi. nə yetirilməsi.
5.Bərabər məhsul istehsalı
5.İstehsalat proseslərinin bioloji
xüsusiyyətlərdən asılılığı.
6.İşlərin axım xətti ilə
idarə olunması.
7.Məhsul istehsalının heyvan
tərəfindən yerinə yetirilməsi.
8. İl boyu bərabər məhsul istehsalı
Yuxarıda göstərilən proseslər içərisində mürəkkəbi və sənayeyə uyğunlaşanı heyvandarlıqda texnoloji proseslərin yerinə yetirilməsidir.
Buradan aydın olur ki, göstərilən asılılıqlar sistem xarakteri daşıyır.
Sistem – öyrənilən obyektin qarşı tərəfin kəmiyyət və keyfiyyət gös-təriclərindən asılılığını və ya qarşılıqlı əlaqəsini nəzərə alan göstəricidir. Kənd təsərrüfatınin mexanikləşdirilməsi sistemləri: nəzərə sistemi alınmayan, texniki və biotexniki sistemlərdən ibarətdir.
Sistemsiz prosesə - bitkinin boy artımı, heyvanın çəki artımı və s. aiddir.
Texniki sistem (Erqotik) – Operator və maşınların birlikdə fəaliyyətidir
Biotexniki sistemdə- Operator, maşın və heyvanın birgə fəaliyyəti nəzərə alınan prosesdir.
Texniki sistemdə operator tərəfindən maşın idarə olunur və aqrotexniki tələbatları yerinə yetirmək tələbatı ödənilir.
Biotexniki sistem heyvanın bioloji və zootexniki tələbatını nəzərə almaqla mürəkkəb bir prosesdir. Beləki, operator tərəfindən idarə olunan texnika heyvan tərəfindən qəbul olunmaqla onun fizioloji xüsusiyyətlərini təmin etməlidir. Başqa sözlə texnoloji prosesi yerinə yetirən maşın heyvan tərəfindən qəbul olunaraq tətbiq oluna bilər. Sistemin tətbiqi qarşı tərəfin fiziki, texniki, texnoloji, bioloji və informasiyanın vəhdətini təmin etməlidir.
Görülən işlərin yerinə yetirilməsi fasiləliyi nəzərə alınmayan, fasiləli və fasiləsiz olmaqla üc yerə bölünür.
Fasiləsiz iş prosesi hər hansı texnoloji prosesin vaxtdan asılı olaraq ardıcıl yerinə yetirilmə prosesinə deyilir. Məsələn, zavodda avtomobil və ya traktor yığıl-masında onun hissələri ardıcıl yığılaraq son mərhələdə hazır məhsul alınır. Heyvandarlıqda inəyin maşınla sağılması,südün süd kəmər borusu ilə axıdılaraq təmizləyici qurğuya, oradan pasterizatora, soyuducuya və ya separatora ötürülərək emal prosesi fasiləsiz prosesdir.
Fasiləli işdə əsas göstəricilər: vaxtı, ritm, takt və perioddur. Məsələn, yük daşıyan maşının yüklənməsi, yükün daşınması, yükün boşaldılması fasiləli iş pro-sesinə aiddir. Bunun tədqiqində əsas göstərici onun tsikloqrammasının qurulmasıdır. Tədqiqat işlərinin əsas məqsədlərindən biri əldə olunan (istehsal olunan) məhsula enerji sərfinin səmərəli istifadə olunmasıdır. Beləki, enerji sərfiyyatında məlum qanuna əsasən enerji itmir, yalnız ekvivalent halda bir haldan başqa hala kecir. Məsələn,
Eum = Eməh+ Eist.olunmayan + Evasıtə. ifadəsi ilə təyin oluna bilər
Burada: və ya Eum min
Eum - ümumi enerji; E
məh max
Eməh - məhsul istehsalına ayrılan enerjidir; E
vasitə və E
itən min
Evasitə.–məhsul istehsalında iştirak edən əlaqə vasitələrin iş görülməsinə sərf olunan enerji;
Eist.olunmayan – istifadə olunmayan enerjidir. Həmin enerji 5 ..10% - dən artıq olmamalıdır.
Göstərilən enerjilərin istifadə olunmasında hər hansı prosesin faydalılıq əmsalı hesablanmalıdır. Faydalılıq əmsalı faydalı iş əmsalina yaxınlaşan, lakin onunla tam üst-üstə düşən bir göstərici deyil.
Məsələn hal-hazırda bir prosesin icrasında enerjiyə görə faydalılıq əmsaalı
Bunu heyvandarlıqda məhsul istehsalında aşağıdakı kimi izah etmək olar. Heyvana verilən yemin ümumi enerjisi Eüm ağzında xırdalanmasına Eağ, mədədə həll olunmasına Eməd, heyvanın bədəninin saxlanmasına Eb.s., ət artımına Eət, südün alınmasına Esüd, peyin və sidiklə xaric olunmasına Eixr., və ətraf mühitlə əlaqədə olunan enerjiyə Eət sərf olunur.. sərf olunur.
Eyem.= Eağ + Eməd.+ Eb.s.+ Eət.məh.+ E pey.+Eməh. ifadəsini alırıq
Onda heyvanın faydalılıq əmsalı
aşağıdakı kimi ifadə olunur.
=
Məqsəd yemin enerjisindən səmərəli istifadə etməklə məhsula sərf olunan enerjinin payını artırmaqdır. Bu məqsədə catmaq ücün aşağıdakı mülahizələri bildirmək məqsədə uyğundur.
Yemin istifadəsinə sərf olunan enerjini azaltmaq ücün onun xırdalanması, isladılması, kombinə edilmiş halda qarışdırılması nəzərdə tutulur. Məsələn, aparılan tədqiqatlardan aydın olmuşdur ki, 1kq xırdalanmamış küləşi heyvan 4 saata, xırdalanmışı 1 saata, nəmləşdirilmiş və başqa yemlərlə qarışdırılmışını 10..15 dəq ərzində yeyir. Buradan göründüyü kimi enerjinin vaxtla mütanasibliyini nəzərə aldıqda nə qədər enerjiyə qənaət olduğu aydındır. Mədədə enerjiyə qənaəti yemin tez həll olması və qidalılığı ilə qiymətləndirilir. Heyvanın bədəninin saxlanmasına sərf olunan enerji onun çəkisindən və digər fiziloji xüsusiyyətlərindən asılıdır.
Ətraf mühitin təsiri dedikdə heyvanların saxlanma şəraiti, mikroiqlim və digər göstəricilər nəzərdə tutulur. Temperaturanın təsirini aşağıdakı kimi aydınlaşdırmaq olar. Temperatura artıq olduqda heyvana verilən yem norması azalır (bu heyvan tərəfindən olur) və bu da məhsulun azalmasına səbəb olur. Ətraf mühitin temperaturasının azalması yem sərfiyyatının artmasına səbəb olmaqla məhsulun payına düşən enerji azalır. Buradan belə nəticəyə gəlmək olur ki,heyvanın effektivliyinin artırılması məhsula sərf olunaan enerjinin payını artırmaqla nail olmaq mümkündür.Bu göstərici eyni zamanda yemin hazırlanmasında texnoloji proseslərin mexanikləşdirilməsi, yem xırdalayan, qarışdıran,pörtlədən maşınlardan istifadə etməklə də həyata kecirilir.
Heyvandarlıq təsərrüfatı sənayeyə uyğun olmaqla bərabər, texnoloji proseslərin və məhsul istehsalı bir başa heyvanlar tərəfindən icra olunur. Əgər həmin prosesləri giriş və çıxış parapmetrləri ilə əvəz etsək bu proses aşağıdakı sxemanı alar.
Heyvan
Yem Ət
Su Süd
Mikro iqlim Peyin
Yumurta
Yun
Digər məhsullar
Bu əlaqə sxemasından göründüyü kimi heyvanı yem,su və mikroiqlimlə təmin etməklə ondan heyvandarlıq məhsulları alınır, giriş və çıxış parametrləri ilə əlaqəçisi olan heyvan girişdə olan məhsulları öz daxili orqanları vasitəsilə məhsula cevirir.
Bu prosesləri fərdi olaraq aşağıdakı kimi izah etmək mümkündür.
xırdalanma
Yemlərin hazırlanması
doğranma
bioloji emal
termiki emal
qarışdırılma
dozalaşdırma
paylanma
1) Yemlərin hazırlanmasında məqsəd zootexniki tələbatlara uyğun olaraq yuxarıda göstərilən sxema əsasında yemlərin müxtəlif texnoloji proseslərdən kecərək heyvan tərəfindən az vaxt və enerji sərf etməklə mənimsənilməsidir. Bununla yem tam həzm olunaraq heyvanın özünü saxlamasına və məhsul istehsalına səbəb olur.
2) Su- təhcizatı yemin nəmliyinin artırılmasına,məhsulun həçminə,heyvan orqanizmasının saxlanmasına, heyvan məhsullarının tərkibinin zənginləşdirilməsinə sərf olunur.
3) Mikroiqlim
Temperatur
Mikroiqlim
Nəmlik
Oksigen
Havanın tərkibi Karbon
Ammonyak
Havanın sürəti Sulfid
Mikroiqlim heyvanın saxlanma şəraitinin əsas mənbələrindən biri olub, heyvan orqanizmasının normal saxlanması və məhsul istehsalının artırılmasına şərait yaradan bir amildir.Əgər mikroiqlim normal olarsa heyvandarlıq məhsullarının artımı 10...15% olar. Temperatur heyvan orqanizmasının normal saxlanması ilə bərabər, yem sərfiyyatını tənzimləyir, enerji sərfinin optimallaşdırılmasına tələbatı təmin edir.
Nəmlik və havanın sürəti heyvan orqanizmasının sağlamlığını təmin edir, bədənin tez soyumasının qarşısını alir.
Karbon, ammonyak və sulfid qazları heyvan orqanizmasına mənfi təsir göstərən qazlar olduğundan onlar təmiz hava ilə əvəz olunmalıdır. Bu məqsədlə təbii,məcburi və kombinə edilmiş havalandırma sistemindən istıfadə olunur.
4) Heyvandan bilavasitə asılı olan sistemlərdən biri də sağımdır. Sağım aparatının tətbiqi heyvanın biologiyasından asılı olaraq tətbiq olunur. Beləki, inəyin əmcəyi istı su ilə yuyulub massaj edilməli, bir həftə ərzində öyrədilməli, sonra tam tətbiq edilməlidir.
5) Qoyunların cimizdirilməsi və qırxım heyvanın fiziologiyasından asılı olan prossesdir.
Südün ilkin emalı
təmizlənməsi
6) soyutma
pasterizasiya
separasiya
pendir-şor istehsalı
yağ istehsalı
Südün təmizlənməsində məqsəd onun tərkibində olan texniki qarışıqların təmizlənməsindən ibarətdir.
Südün soyudulmasında məqsəd südün tərkibində olan bakteriyaların inkişafını dayandırmaqla turşululuğunun artmasının qarşısını almaqdır.
Südün pasterizasiyasında məqsəd yüksək tezlikli elektrik cərəyan ilə, ultura bə-növşəyi şüallarla, qısa dalğalarla və ya buxarla işləyən pasterizatorlardan istifadə et-məklə mikroorqanizmləri məhv etmək, südün tərkibini standarta uyğun saxlamaqdır.
Süd sexi- süddən müxtəlif məhsullar almaq üçün istifadə olunan müəssisədir.
Peyinin təmizlənməsi, daşınması və emalı prosesi heyvandan kənar olan
texnoloji proseslərə daxildir.
Təmizlənmə - binanın daxilində olan peyin mexaniki, hidravliki üsullarla təmizlənilir və pnevmatik üsulla daşınır. Peyindən gübrə, yem və yanacaq kimi istifadə olunur.
Пейин
Kübrə, yem, yanacaq Mexaniki
Hidravliki
Təmizlənmə Pnevmatik daşınma
7. 2. Tədqiqatın nəticələrinin riyazi işlənməsi
Sistemli proseslərin obyektiv qiymətləndirilməsi tədqiqat nəticəsində əldə olunur. Tdqiqat iki hissədən nəzəri və eksperimentdən ibarətdir. Nəzəri hissənin mahiyyəti obyektin və onun əlaqələrinin mülahizə, fikir, düşüncə əsasında və riyazi üsullarla qiymətləndirilməsindən ibarətdir.Texnika sahəsində aparılan nəzarət tədqiqat işləri riyaziyyatın, fizikanın, texniki mexanikanın, ümumiyyətlə texniki fənlərin əlaqəsi olan istiqamətlərə uyğun aparılaraq asılılıqlar müəyyənləşdirilir.Son nəticədə həmin funksional asılılıqlar dəqiqləşdirilib eksperiment qoyulur.
Eksperiment –tədqiq olunan asılılıqların təcrübə yolu ilə müəyyən-ləşdirilməsi üsuluna deyilir. Eksperiment üc hissədən: asılılıqların qiymətlərinin müəyyənləşdirilməsi, optimallaşdırma və obyektin layihələşdirilməsindən ibarətdir.
Eksperimentin məqsədi nəzəri tədqiqat nəticəsində müəyyənləşdirilmiş parametrlərin təcrübədə yoxlanılıb reallığının təsdiqlənməsindən ibarətdir. Eksperimentdə aparılan tədqiqatlar tamamilə nəzəriyəyə uyğunlaşdırılmalıdır. Eksperiment bir və bir necə faktorlu olur.Bir faktorlu u=kx funksiyası kimi qiymətləndirilir.
Çox faktorlu asılılıqlar u = ƒ ( x1, x 2, x3 ....xn) kimi qiymətləndirməklə aparılır. Burada əsas məsələlərdən biri eksperimentin asılılıqıarınnın dəqiqləşdirilməsi, çox
variantlılıqdan az variantlılığa keçirilməsi,vaxta qənaət (yəni ekspertimentin sürətləndirilməsi),baş təsir edici faktorların müəyyənləşdirilməsi və s-dir. Bu məqsədlə çox faktorlu reqressiya tənliyi tərtib olunur.
y = ao+ a1x1 + a2x2 + a3 x3+ ... +anxn + a1 x1 x2+ a2 x2x3+
+a3x3x4 +....+an xn-1 xn+a1 x12 + a2 x2 + a3 x23+..+ apxp2·
Burada y axtarılan kəmiyyətdir və ya funksiyadır
ao, a 1, a 2... a n – sabit əmsallardır;
x, x 2, x3 ... xn – asılılıqlar və ya öyrənilən parametrlərdir.
Texnika sahəsində eksperimentin aparılmasında onun planlaşdırılması məq-sədə uyğundur və vacib məsələlərdən biridir. Eksperimentin planlaşdırılmasında məqsəd ən çox təsir edən faktorların müəyyən olunub, təsir edici faktorların sayının azaldılmasından ibarətdir. Bu məsələnin həlli ardıcıl olaraq aşağıdakılardan ibarətdir.
-
Sabit əmsalların təyini;
-
Öyrənilən obyektin paylanma qanunun müəyyənləşdirilməsi;
3. Eksperimentin nəticələrinin riyazi statistika ilə qiymətləndirilməsi (riyazi gözləmə m
or, ortakvadratik meyillənmə,
dispersiya, eksperimentin səhvliyi, variasiya əmsalı, korrelyasiya əmsalı və s).
4.Qanunauyğunluğun və paylanmaların dəqiqliyinin məlum kriteriyalar əsasında yoxlanılaraq uyğunluğunun müəyyənləşdirilməsi.
-
Tədqiq olunan parametrlərin optimallaşdırlması.
Sabit əmsalların təyinində məqsəd həmin əmsalların müsbət və ya mənfi qiymətə malik olmasını təyin etməkdir. Əgər həmin əmsallar müsbətdirsə, onda uyğun kəmiyyət eksperimentə ciddi təsir göstərir, onu saxlamaq lazımdır, əgər mənfi qiymətə malikdirsə onu eksperimentə daxil etmək məqsədə uyğun deyil, eksperimentin vaxtını uzada bilər və eyni zamanda kəmiyyətin qiymətini azaldar. Əmsalların təyini iki metodla: düz xətt qanunu və ya ən kicik kvadratik üsulla yerinə yetirilir. Bunun üçün əvvəlcədən eksperiment aparılıb iki asılılıq müəyyənləşdirilir:
u = kx; K =
burada olan nisbətidir.
Tərəfimizdən təklif olunan üsulla yuxarıda göstərilən əmsalların asanlıqla tapılmasının yeni metodu təklif olunur. Bunun mahiyyəti aşağıdakı kimidir:
Tutaq ki, y – bir neçə x1x2x3 ... xn kəmiyyətlərindən asılıdır, bunun üçün y – sabit saxlamaqla x – qiymətlərini dəyişirik və ona uyğun qrafiklər qurulur.(Şəkil 1)
y
y αn
a
o
-x x3 x1 x2 xn x
-y
Şəkil 1
buradan göründüyü kimi·
y = αo+ tgα1x1 + tgα2x2 + tgα3x3 + ....+ tgαnxn + . . . .+ . . . tgx1·+ +tg·
+…+
tg·xp2
reqressiya tənliyi alınır, əgər həmin ifadələri sərbəst yazsaq qrafikə görə
y1 = tgα1x1; a1= tgα1
y2 = tgα2x2; a2= tgα2
y3 = tgα3 x3; a3= tgα3
yn = tgαn xn; an= tgαn
ifadələri toplasaq və qrafikdən göründüyü kimi
y1 = y2 = y3 = ... = yn olduğunu nəzərə alsaq,
ΣU = ny = ao + a1 x1 + a2x2 + ... anxn və ya
ny = ao + tgα1x1 + tgα2x2 + tgα3 x3 + ... tgαn xn olar, onda
y = (a0+ tgα1x1 + tgα2x2 + tgα3x3 + ....+ tgαnxn)+…tgx1·x+tgxp2
burada n - y-in x-dən asılıdır. Tutaq ki, y1 x1 x2 x3 – dən asılıdır, yəni onda onun reqressiya tənliyi tgα- ın mənfi qiymətlərini nəzərə almasaq
y = (ao+ tgα1x1 + tgα2x2 + tgα3x3+ tgα1x1x2 + tgα2x2x3 + tg a1 x12 + tg a2 x22+ tg a3 x23 ) kimi olar
x – in önündə olan mənfi əmsalı nəzərə almasaq, tənlik üc faktorludan iki faktorluya və ya axtarılan kəmiyyət iki parametrdən asılı olar
y = (ao+ tgα1x1 + tgα2x2 + tgα1x1x2 + + tg a1 x12 +
s + tg a2 x2) kimi reqessiya tənliyini alar
7.3. Kəsilən və kəsilməyən riyazi paylanmalar
Eksperimentin nəticələrinin qiymətləndirilməsi üçün onun paylanma qanunlarını məlum etmək lazımdır. Funksiya və onun asılılıqları kəsilməyən və kəsilən paylanma və sıxlığa malik olurlar. Kəsilməyən funksiyalar və onun sıxlığı, funksiyanın arqumentdən asılılığı bütün nöqtələrdə fasiləsiz olmaqla müəyyən qiymətə malik olurlar. Beləki, φ(x)=F
1(x) qiymətləndirlir.
Aşağıda ən cox rast gələn fasiləsiz və fasiləli (kəsilən) ehtimalların paylanmalarını göstərə bilərik.
1. Ehtimalın bərabər paylanması.
Bu paylanmada x oxu boyunca (x) funksiyası bərabər paylanır. Hər hansı ab hüdudu daxilində və ordinator A=
olan sahənin ehtimalı:
x
φ (x)
a b
Şəkil 2
Həmin paylanmanın qrafiki koordinant sistemində olduğu kimi göstərilmişdir (Şək.2).
Paylanmanın sıxlığı:
olanda -
φ(x)= olanda
olanda düsturlar halında verilir.
əgər x≤a olarsa, F(x)= olar
Bu funksiya da həm kəsilən, həm də kəsilməyən olur. Bu funksiyaya hamar yolda hərəkət edən nəqliyyatın bərabər sürətli hərəkəti misal ola bilər. yəni
kimi qəbul olunur.
2. Kosi qanunu. Bu paylanma da kəsilməyən funksiyaya daxil olmaqla
asılılıqla təyin olunur. Burada A-nın qiyməti (- ,+ ..) sərhədində inteqralı vasitəsi ilə təyin olunur.
qiymətinə malik olur. Onda
olar.
Bu funksiyanın qrafiki (Şək.3);
u=
y
- x x
0 1
2
-2 -1
Şəkil 3
Əgər F(x)=
=
u= f(x) olarsa qrafik şəkil 4- də göstərilən vəziyyəti alacaqdır.
-2
-1
0
1
2
x
Şəkil 4
3. 3-cü paylanma qanunu arcSin adlanır
0
olanda
-
φ(x) = olanda - 1
0 olanda ~
Optimallaşdırmanın ən geniş tətbiq olunanlarından biri də şəbəkə qrafikidir. Şəbəkə qrafiki hər hansı texnoloji prosesin cox variantlığı əsasında tərtib olunub, optimal varıant almaq üçün tətbiq olunur. Bu proses əsasən elektrik xətlərində, nəqliyyat işlərində, yemlərin hazırlanması və paylanmasında tətbiq olunur. Şəbəkə qrafikini tərtib edib onun nəticələrini müəyyənləşdirmək üçün aşağıdakı ardıcıllığa riayyət etmək vacibdir:
Qrafikin qurulma qaydası aşağıdakı kimidir. Əvvəlcə dairə götürülüb, o dörd yerə bölünür və başlanan işin nömrəsi, işin göstəricisi, hadisənin qrupu, və işin göstəricisinin cəmi göstərilir.
Bu dairələrə hadisə deyilir, iki dairəni birləşdirən xəttə isə iş deyilir. Onun üst tərəfində maşınin markası və ya görülən işin adı, alt tərəfində isə həmin maşının gördüyü işə əmək sərfi,gətirilmiş xərc və ya ümumi texnoloji əmsal və s. göstərilir. Görülməsi məqsədə yğun olmayan hadisələri birləşdirən qırıq xətlərə fiktiv iş deyilir. Beləliklə, işin başlanğıcından sonadək olan işlərin hamısı hadisələr vasitəsi ilə yekunlaşıb axırıncı dairədə dayandırılır. Axtarılan göstəricinin maksimum və minimumları hesablanıb cədvəldə göstərilir.
Şəbəkə qrafikində optimallaşma bir göstəriciyə görə təyin edilmir. Məsələn, maya dəyəri, kapital qoyuluşu və əmək sərfi minimum,texnoloji əmsal-maksimum qəbul edildikdə həmin qrafikdə uyğun olaraq işlərin minimumu əvəldən axıra kimi tapılıb kritiki yol müəyyənləşdirilir. Kritiki yolun qiymətləri təkrarən cədvələ köçürülür. Bundan sonra göstəricilərin ümumi qiymətləri toplanıb göstəricilərin sayına bölünür.
Məsələn, C. K, 3, üçün C = 0,4; K= 2,4; 3= 1,6; =,8qiymətlərində
Eksperimentin nəticələrinin qiymətləndirilməsində məqsəd aparılan tədqiqatın keyfiyyət və kəmiyyət göstəricilərinin həqiqətə uyğunluğunu təyin etməkdir. Bunlar statıstika xarakteristika adlanmaqla orta riyazi (), dispersiya (), orta kənarlaşma, orta riyazı səhvlik (σx-), variasiya əmsalı (v) və secimin nisbi səhvliyindən (%) ibarətdir.
Orta riyazi kəmiyyətin əsas xüsusiyyəti onun + və - qiymətlərinin cəminin 0-a bərabər olmasındadır.
Orta kvadratik meyillənmə dispersiyanın kvadratik kökünə bərabərdir. Onun kvadratik kök daxilində qiyməti + müsbət olmaqla aparılan eksperimentin minimum kənarlaşmasını göstərir və eksperiment göstəricilərinin çox hissəsi həmin qiymət ətrafında olur.
Göstərildiyi kimi orta kvadratik meyillənmə səhvliyin əsas göstəricisi olmaqla bütün eksperiment 2 /3 –in cəmləndiyi bir sahədir. Aparılan tədqiqatların nəticələri göstərir ki,hadisələrin 99,5%-i ±3 σ ətrafında baş verir.
Variasiya əmsalı göstəricinin nisbi dəyişgənliyini göstərir. Variasiya əmsalı
dəyişgənliyinin 10%-dən aşağı qiymətlərində hesablamaq məqsədə uyğundur.
Tədqiqatın səhvliyi və ya seçimin səhvliyi orta kvadratik meyillənmənin ölçmələrin sayının kvadrat nisbətinə deyilir və
ifadəsi ilə təyin olunur.
Təcrübənin dəqiqliyi cox faktorlardan asılıdır. Onlardan şərait, tədqiq olunan obyektin reallığına uyğunluğu, ölçü cihazlarının dəqiqliyi, ölçü aparan şəxsin sərişdəliliyi və s. göstərilə bilər.
Ümumi qaydaya əsasən təcrübənin səhvliyi P-5%-dən yuxarı olarsa həmin təcrübəni ləvğ edib, metodika və təcrübənin üsulunu dəyişməklə onun təkrar aparılması məqsədə uyğundur.
7.7. Eksperimentin sayının təyini
Tədqiqat işlərinin dəqiqliyinin artırılması məqsədi ilə onun sayının (n) müəyyənləşdirilməsi vacib məsələlərdən biridir. Belə ki, təcrübələrin sayının azaldılması, optimal qiymətə malik olması vaxta, onun aparılmasına əmək sərfinin azaldılmasına səbəb ola bilər. Bunları nəzərə alaraq müəlliflər tərəfindən təcrübələrin sayının aşağı salınması və optimal vahid variantın seçilməsi məqsədi ilə riyazi üsul işlənilmişdir. Bunun mahiyyəti ondan ibarətdir ki, kənd təsərrüfatında və texnikada səhvliyi 3…5% qiymətlərində qəbul edərək təcrübələrin sayı təyin edilir.
Yəni eksperimentin sayını orta kvadratik meyllənmənin qiymətindən 3 dəfə artıq götürmək lazımdır.
Əlavə