Мцндяриъат


Mövzuların seçilmə qaydası



Yüklə 1,07 Mb.
səhifə8/12
tarix25.05.2018
ölçüsü1,07 Mb.
#51463
1   ...   4   5   6   7   8   9   10   11   12

5.3. Mövzuların seçilmə qaydası


ETİ-nin və TKİ-nin gələn il üçün planı ötən ilin müvafiq mövzusuna uyğun tərtib edilir və nazirlikdə işlərin, mövzuların planı alimlərin əsaslandırılmış təklifləri əsasında yerinə yetirilir.

Tematika seçildikdə xalq təsərrüfatında onlara tələbat, yerinə yetirilmə müddəti, mütəxəssislərin sayı, avadanlıqlar və s. nəzərə alınmalıdır.

Mövzunun mahiyyəti təyin edildikdə etibarlılıq göstəriciləri, texniki-iqtisadi xarakteristikalar, elmi-texniki həllin ehtimalı, aktuallıq, yenilik, tətbiq və rəhbər nəzərdə tutulmalıdır.Tədqiqatın uğuru, məsələnin nəzəri işlənməsi, tədqiqatın metodikası, kadrların sayı və s. müəyyən olunur.Yuxarıda göstərilənlərə uyğun olaraq illik planda mövzuların ardıcıllığı təyin olunur.

ETİ-nin istiqamətinə -5 il, problemə-3-5 il, mövzu-0,5-3 il, elmi məsələnin həllinə-3 aydan 1 ilə qədər müddət müəyyən edilir.

ETİ-nin mahiyyəti elmin istehsalatın inkişafına təsiri ilə ölçülür. Öz növbəsində yenilik aşağıdakı göstəricilərdən ibarətdir və belə qiymətləndirilir: məmulatların, texnoloji proseslərin, materialların işlənməsinin yeni istiqaməti, prinsipcə yeni texnikanın yaradılmasına -3 bal; məmulatların, materialların texnoloji proseslərinin xarakteristikalarının yaxşılaşdırılması, işləmələrin məlum istiqaməti ilə yeni maşın konstruksiyalarının yaradılmasına-2 bal; məmulatların, texniki proseslərin və materialların təkmilləşdirilməsində, əmək şəraitinin, təhlükəsizliyinin yaxşılaşdırılması üçün vasitələrin yaradılmasına-1 bal; nəzəri əsaslandırılmanın səviyyəsinə – 3 bal, verilən işdən kənarda işlənilə bilən ümumi qanunauyğunluqların alınmasına-2 bal; sadə ümumiləşdirilmələr əsasında mühəndis məsələlərinin müsbət həlli yollarının tapılmasına-1 bal verilir.

Tədqiqatların nəticələrinin eksperimental yoxlamasının dərəcəsi aşağıdakı kimi qiymətləndirilir: çox saylı eksperimentlərə əsasən nəticələrin yoxlanması-3 bal; eksperimentlərin sayı az olduqda 2 bal; heç olmadıqda -1 bal ilə qiymətləndirilir.









VI F Ə S İ L

DISSERTASIYALARA, ASPIRANTLARIN RƏHBƏRLƏRINƏ VƏ YENI ELMİ IŞƏ BAŞLAYAN ALIMLƏRƏ OLAN TƏLƏBATLAR

6.1. Dissertasiyalara tələblərin artırılması


Elmi-pedoqoji və elmi kadrların hazırlanmasının, ixtisaslaşdırılmasının səviyyəsinin artırılması dövlətin iqtisadi və sosial inkişafı planına daxil edilmişdir. Buraya dissertasiyanın nəzəri mahiyyətinin və praktiki dəyərinin artırılması: işin təşkili, məqsədin və proqramın tərtibi, metodikanın nəticələrin, elmi ədəbiyyatın, biblioqrafiyanın siyahısının ifadə tərzi və s. daxildir.

6.2 Elmi iş və dissertasiya haqqında


Elmi işə həll olunmalı problem və mövzuların seçilməsi, həmin mövzuya aid materialların toplanması, hipotezin yaradılması, işlənmiş hipotez əsasında eksperimentlərin təşkili, nəzəri və eksperimental göstəricilərin təhlili və onların əsasında nəticələrin alınması daxildir.

Dissertasiya ilə hesabatın uyğun və fərqli cəhətləri var. Dissertasiyaya avtoreferat yazılır, titul vərəqinin və istifadə olunan mənbəylərin tərtibi fərqli olur.

Dissertasiya elmlər namizədi və ya elmlər doktoru elmi adı almaq üçün təqdim olunan elmi tədqiqatlardır. Onun AAK-nın icazəsindən sonra Elmi Şurada müdafiəsi təşkil edilir.

Dissertasiya müəyyən sahəni əhatə edən ixtisaslaşmış elmi işdir. Buraya müəllif tərəfindən irəli sürülmüş elmi nəticələr məcmuəsi, müəlliflərin elmdə rolu daxildir.

Dissertasiya elmin və praktikanın müasir inkişaf mərhələsinə, təbiətin və cəmiyyətin qanunlarına, istehsalatın səmərəliliyinin artırılmasına xidmət etməlidir.

6.3. Dissertasiya işinə tələblər


1932-ci ildən iki elmi dərəcə müəyyən edilmişdir: elmlər namizədi və elmlər doktoru. Hazırda isə bu dərəcələr müəyyən sahələr üzrə fəlsəfə doktoru və elmlər doktoru adlanır. Həmin adlar dissertasiyanın müdafiəsi nəticəsində verilir. Dissertasiya işi isə aşağıdakı tələblərə cavab verməlidir:

Mövzu ETİ-nin əsas işləri ilə bağlı olmalıdır. Mövzu o zaman təsdiqlənir ki, onun aktuallığı, elmi və tətbiqi mahiyyəti, işin yerinə yetirilmə şəraiti və müddəti əsaslandırılsın. Məsələnin həlli yolları müəllif tərəfindən arqumentə olunmalı və məlum həllərlə müqaisə edilməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyəti 22 fevral 2001-ci il tarıxdə 21 № - li sərəncamı imzalanmışdır. Həmin sərəncamda deyilir:

Azərbaycan Resspublikası Prezidentı yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyyətının 26 noyabr 2010- cu il tarixli (protokol № - 19-R) iclasında müdafıələrin təşkili və elmi dərəcələr almaq üçün AAK-a təqdim edilən sənədlər siyahısına mövzunun Azərbaycan Resspublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndiril-məsi Şurasının müvafıq problem şurasında təsdiqi haqqında protokoldan çıxarışın əlavə edilməsi qərara alınmışdır. Protokolda qeyd olunur:

1. AMEA-nın elmi bölmələrinin akademik – katiblərinə tapşırılsın ki, bölmə bürosunda akademiyanın elmi müəssisə və digər təşkilatlarının doktorant təşkilatlarının və dissertantların dissertassiya mövzuları Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının müvafıq problem şurasının rəyi (mövzunun təsdiqi haqqinda protokoldan çıxarış) nəzərə alınmaqla təsdiq edilsin.

2. AMEA-nın akademik- katibi akademik V. Fərzəliyevə tapşırılsın ki, elmi bölmələrin təqdimatı əsasında AMEA Rəyasət Heyətinin müzakirəsinə çıxarılan doktorant və dissertantların mövzularının təsdiqi haqqında qərar layihələrinə Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının müvafıq problem şurasının mövzunun qeydiyyatının təsdiqi haqqında protokoldan çıxarışının əlavə olunması əsas tələblərdən biri kimi nəzərə alınsın.

3. Sərənsamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti akademik A.Həşimova həvalə edilsin.

Alınmış nəticələrin tətbiqi və ya istifadəsi barədə məlumat dissertasiayda öz əksini tapmalıdır. Texniki elmlər üzrə dissertasiyalara proqressiv texnologiyaların yaradılması, tədqiqatları və işlənmələri yüksək məhsuldar maşınların, cihazların, materialların yaradılması, texnikanın nəzəri problemlərinin, avtomatlaşdırma və mexanikləşdirmə üsullarının işlənməsi qaydalara uyğun olaraq elmə və texnikaya gətirilən yeniliklərlə daxil olmalıdır.

Qaydalarda dissertasiyalara qoyulan tələblər aşağıdakı şəkildə öz əksini tapmalıdır:

Elmlər doktoru adı almaq məqsədilə yazılan dissertasiya sərbəst iş olmalıdır. Burada müəllif tərəfindən aparılmış tədqiqatlar əsasında elmin hər hansı bir sahəsinin yeni inkişaf istiqamətlərinin və ya problemin nəzəri ümumiləşdirilməsi və həlli göstərilməlidir.

Fəlsəfə doktoru dissertasiya işi isə elmlər doktoru rəhbərliyi ilə yerinə yetirilmiş, aktual elmi məsələnin yeni həllini əks etdirən tamamlanmış elmi-tədqiqat işidir.

Dissertasiyaya daxil olan əsas elmi nəticələr AAK-nın nəşriyyat, poliqrafiya işləri üzrə təsdiq olunmuş siyahıya əsasən mərkəzi respublika nəşriyyatlarında və yaxud AAK tərəfindən tanınan xarici nəşriyyatda dərc olunmalıdır.

Nəşr olunmuş işlərə bərabər tutulur:

a) kəşflərə görə diplomlar və ixtiralara görə müəllif şəhadətnamələri;

b)yeniliyə görə ekspertiza aparılmış alqoritmlər;

c) elmi tədqiqat institutlarının elmi-texniki məlumat sistemində annotasiya edilmiş işin əlyazmasının deponirə edilməsi; beynəlxalq və pespublikadaxili elmi konfranslarda, seminarlarda və simpoziumlarda edilən məruzələrin tezislərinin nəşri.

Dissertasiya işi üçün mövzu seçildikdə iki prinsip əsas tutulur: birinci, məlum olanları inkişaf etdirməli; ikinci, mövzu problemlərlə bağlı olmalıdır.

Dissertasiya işində işin məqsədi açıqlanır, problemin həllinə müəllif tərəfindən edilən yeniliklər, müdafiə üçün irəli sürülən əsas müddəalar daxil edilir və ədəbiyyat xülasəsi göstərilir.

Dissertasiyada kəlmələr olmamalıdır: «Bəzi məsələlər..», «Bəzi məsələlərin analizi…», «Məsələyə (materiala) dair»,və s.

Dissertasiyanın mövzusu qısa, dəqiq olmalı, tədqiqatın xüsusiyyətlərini özündə əks etdirməlidir.



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin