Мцндярижат


ilah.e.n. Samirə Həsənova



Yüklə 4,6 Mb.
səhifə10/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   ...   6   7   8   9   10   11   12   13   ...   67
Türk dilindən tərcümə edən

ilah.e.n. Samirə Həsənova

Mirdadın kitabı

(Qundaqdakı peyğəmbər)

Sehrli Rahib
As və Liviya dağlarının Minbər (Sunak) adı ilə məşhur olan yüksək təpəsində Gəmi adında, tərk edilmiş, parçalara ayrılmış heykəlin qırıntıları var. Tarix keçmişin dərin çuxurlarında itmiş olsa da, xalq öz tarixinin Tufandan başladığına inanırdı.

Gəmi haqqında uzun illərdir ki bir çox nağıl və əfsanələr danışırlar. Ancaq ən çox sevilən əfsanə (bir il bütün yayı orda qaldığım zaman), Minbər təpəsinin ətəklərində oturanlardan dəfələrcə eşitdiyim əfsanədir. İndi sizlərə o əfsanəni eşitdiyim kimi nəql edəcəyəm:

Böyük Tufandan bir neçə il sonra Nuh və ətrafındakılar bol və şirin suları olan, torpağı zəngin və bərəkətli, iqlimi mülayim olan As və Liviya dağlarına qalxıb orda məskunlaşmağa qərar verdilər.

Nuh əcəlinin yaxınlaşdığını hissetdiyində, özü kimi xoş xasiyyətli və dərin düşüncəli oğlu Samı yanına çağırdı və ona belə dedi:

“Oğlum, atan bu günə qədər çox böyük var dövlət sahibi oldu. İndi isə əcəl vaxtı gəlib çatdı. Sən, qardaşların, uşaqlarınız, nəvələriniz və dünyanın itmiş həyatını yenidən canlandıracaq nəsliniz Tanrının mənə vəd etdiyi kimi, dənizdəki qum dənələri qədər çoxalıb artacaqsınız.

Ancaq məndə bir qorxu var, ona görə gözüm arxada qalacaq. Bu qorxu əcəlim gəlmədən məni öldürəcək. Çünki insanlar, əsrlər sonra Tufanı və Tufanın yer üzündə törətdiyi pislikləri və xəcalət verici hadisələri, sonra isə imanı və imanın yüz əlli gün dalğalı dənizdə əmniyyət içində daşıdığı Gəmini də unudacaqlar. Beləcə insanlar, özlərinin də bir parçası olduqları imandan meydana gələn yeni həyatı xatırlamayacaqlar.

Bunun üçün sənə, bu dağın ən yüksək təpəsində bir minbər tikməyini əmr edirəm. Ondan sonra o təpənin adı “Minbər Təpəsi” olsun. Sonra, Minbərin ətrafında hər bir hissəsi Gəmiyə bənzəyən, lakin həcmi ondan daha kiçik olan bir heykəl düzəlt, bu heykəl də Gəmi adını alsın.

O Minbərin üstündə Tanrıya son şükür qurbanımı təqdim etmək istəyirəm. Orda alovlandıracağım atəşin əbədiyyən yanmasını istəyirəm.

Heykəlin yanında isə, hər zaman doqquz seçilmiş insandan meydana gəl­­miş qrupu yerləşdir və onları qoru. Onlara “Gəmi Dostları” deyə xitab edil­­sin. Onlardan biri ölsə, onun yerinə başqa biri gəlsin. Dostların qo­run­duk­ları yerdən çıxmamalıdırlar, Gəmidə bizim yaşadığımız həyat kimi mün­zə­vi (tənha) bir həyat tərzi sürməlidirlər. İman atəşinin sönməməsi üçün ça­lı­şıb, həm özlərinin həm də qardaşlarının hidayətləri üçün dua edərək bütün gün­lərini orda keçirməlidirlər. Fiziki ehtiyaclarına əhəmiyyət verməmə­lidir­lər. Belə etsələr möminlərə yaxın olub onlar üçün xeyir əməl edə bilərlər.”

Sam, atasının dediyi hər bir kəlməyə diqqətlə qulaq asır və onları ac insanın yeməyi həzm etdiyi kimi daxilən qəbul edirdi. Ancaq Sam Gəmi dostlarının niyə görə doqquzla məhdud qalmasının səbəbini sorusmaq üçün atasının sözünü kəsdi. Üzərinə uzun illərin ağırlığı çökmüş qoca Nuh ona cavab verdi:

“Oğlum, bu Gəmiyə minənlərin sayıdır.” Lakin Sam Gəmiyə mi­nən­lə­rin sayının ən çox səkkiz olduğunu bilirdi. Bunlar atası, anası, iki qardaşı və xanımları, özü və xanımı idi. Buna görə də atasının dediyi ona təəccüblü gəldi. Nuh oğlu Samın təəccübləndiyini gördü və ona vəziyyəti izah etdi:

“Bax oğlum, sənə böyük bir sirri deyəcəyəm: Doqquzuncu sərnişin, siz­­dən və məndən xəbərsiz Gəmiyə minib. Məndən başqası onun varlığını bil­­mir, görmür və hiss etmir. Gecə və gündüz davamlı olaraq mənimlədir. Gə­­minin sükanı onun əlində idi. Onun haqqında bundan əlavə məndən heç­nə soruşma. Səni təmbeh edirəm, ona sığınakta yer verməlisən. O mənə, dün­­yanı atəş tufanından qorumaq üçün geri dönəcəyini dedi. Bu mənim sənə olan vəsiyyətimdir. Vəsiyyətimə əməl et” dedi.

Sam atasının ona söylədiyi hər şeyi qəbul etdi.

Nuh öldükdən sonra uşaqları onu vəsiyyət etdiyi kimi, canla başla mü­ha­fizə edilərək nəsildən nəsilə miras qalan Gəmidəki minbərin altında basdırdılar.

Bir neçə əsr keçdi və - simalar və isimlər dəyişsə də- o gündən bu gü­nə onlara bildirilən inanclara və dini mərasimlərə düzgün şəkildə əməl edən doq­quz insan, Gəmidə yaşamağa davam etdilər. Ancaq illər keçdikcə, onlar möminlərdən ehtiyaclarından daha çox bəxşişlər qəbul etməyə başladılar. Bu­nun nəticəsində isə Gəmiyə verilən bəxşişlər, qızıl, gümüş və mü­cəv­hər­lər ildən ilə artmağa başladı.

Bu vəziyyət bir neçə nəsil davam etdi. Doqquz nəfərdən biri də bu müd­dət ərzində vəfat etdi. Onun ölümündən sonra, gəmiyə qəribə bir insan gəl­di. Qrupun içində qəbul görməsini istədi. İnşa edildiyindən bu günə Gə­mi­dəki adətlərə görə “kapitan” ismini daşıyan lider bu əcnəbi adamı dost­la­rın­dan birinin ölümündən sonra ilk dəfə tələb olunan biri olduğu üçün qəbul et­məli idi. Ancaq o dövrdəki kapitan çox tərs və daş ürəkli bir insan idi. Çıl­paq, aclıqdan zəifləmiş, yaralı və halsız olan bu əcnəbi onun xoşuna gəl­mə­miş­di. Buna görə də ona qrupa layiq olmadığını demişdi.

Lakin əcnəbi, arzusunda təkid etdi. Onun bu təkidi kapitanın ona qarşı nif­rətini və hirsini artırdı. Kapitan ona kilsənin ətrafından dərhal uzaqlaşma­sı­nı əmr etdi.

Ancaq əcnəbi təkid edirdi. Bir çox bəhanələr gətirib, istəyindən əl çə­k­mir­di. Nəhayət kapitanı, onu Gəmidə xidmətçi kimi qəbul etməsinə razı sala bildi.

Bu hadisədən sonra kapitan uzun zaman ölən dostunun yerinə gön­də­ri­ləcək birini gözlədi. Lakin heç kəs qrupa daxıl olmaq məqsədiylə Gəmiyə gəl­mədi. Beləliklə də Gəmidə tarixində ilk dəfə səkkiz dost və bir xidmətçi ya­şayırdı.

Bu hadisədən sonra yeddi il keçdi və bu müddət ərzində Gəminin sər­və­ti o qədər artdı ki sayıb qurtarmaq mümkün deyildi. ətrafdakı kəndlərin ge­niş əraziləri də Gəmiyə aid oldu. Kapitanın sevincdən qəlbi fərəhlənirdi. Bu müddət ərzində xidmətçi ilə münasibəti də düzəlmişdi. Hətta onun özünə və Gəmiyə düşərli olduğuna inandığı üçün onu sevə biləcəyini də dü­şü­nür­dü.

Ancaq səkkizinci ilin əvvəllərində işlər sürətli bir şəkildə dəyişməyə baş­ladı. Hətta o günlərə qədər mehribanlıqla yaşayan Gəmi Dostları belə kibirli və ifratçı olmağa başladılar.

Kapitan bunun səbəbini xidmətçidə görürdü. Buna görə də dərhal onun qovulmasına qərar verdi. Lakin artıq çox gec idi. Çünki xidmətçinin əm­­rində olan dostlar ona qulaq asmırdılar, heç bir qayda-qanuna və adət-ənə­­nəyə boyun əymirdilər. Hətta onlar iki il içində geniş əraziləri, orda ya­şa­­yan kəndlilərə bağışlayıb Gəminin bütün mallarını daşınır- daşınmaz əm­lak deyə bölüşdürmüşdülər. Üçüncü ilin əvvəlində isə Gəmini tərk etdilər. Da­­ha betəri isə, xidmətçi kapitana lənətlər etdi. Bu lənətlər kapitanı ov­sun­la­­dı və onu kilsəyə bağladı. O gündən sonra kapitan bir kəlmə belə da­nış­ma­dı.

As və Liviya dağlarında, Minbər təpəsinin kölgəsində eşitdiyim Gəmi hekayəsi məhs belə idi.

Bir çox şahid, mənə- bəzən gündüzləri bəzən də gecələr- o rahibin, müxtəlif zamanlarda, tərk edilmiş kilsənin baxçasında gəzdiyini demişdi. Lakin heç kəs onun ağzından bir kəlmə belə eşitməmişdi.

Digər tərəfdən rahib yanında bir insanın varlığını hiss etsə sürətlə yox olub gedirdi. Harada və necə gizləndiyini isə bilən yox idi.

Bu dastanın məni narahat etdiyini indi etiraf edirəm. O rahibin, tərk edilmiş köhnə bir heykəlin ətrafında və Minbər Təpəsi kimi çöllü-biyaban, yüksək bir təpənin zirvəsində illərdir gəzdiyini heç cür anlaya bilmədim. Ancaq qanımda bir atəş, bədənimdə bir qığılcım, düşüncələrimdə bir narahatçılıq və gözlərimin önündə də kölgələr hissetdim. Bunların hamısı məni təpəyə doğru itələyirdi.

Nəhayət öz özümə dedim ki “Mən dağa dırmaşacağam”.




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin