Мцндярижат



Yüklə 4,6 Mb.
səhifə43/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   ...   39   40   41   42   43   44   45   46   ...   67
Səlahəddin Xəlilov:

Ənənəvi olaraq nəfsə qarşı yazırlar ki, nəfs pisdir, mən də yazmışam o barədə ki, pis ola bilməz. Mənim nəfsim mən deməkdir. Yəni fəlsəfədə belə qəbul olunub. Mənim bir var cismim, bədənim, hadisələr, məndən kənar olan şeylər, ama mən elə mənim nəfsimdir. Suhrəvərdidə də belədir, başqa təlimlərdə də. Amma sonradan dəyişmiş, mənim içimdəki pis şeylər nəfs olur. Mövhümatçılar ediblər bunu. Problemlər var. Birini də mən bu kitabın (“Mənəviyyat fəlsəfəsi” – Red.) son sözündə də yazmışam. Təsəvvüf insanı qaldırır, qaldırır, insanın daxilən kamilləşməsi, yüksəlməsi və 3 pilədən k eçir, başqa təlimdə 7 pillədən keçib, başqa təlimdə 9 pillədən keçir nəhayət gəlir hara çıxır? Elə zirvə var ki, ora gəldi çıxdı onda da deyir mən Haqqı tapdım, bəziləri də lap qabağa çıxır deyir ki, mənəm Haqq, Haqq məndədir. Yəni bu tapdı bunu artıq. Bundan sonra nə olsun? Bundan sonra elə bil ki, dağın zirvəsinə qalxırsan və görürsən ki, hər şey bitdi və bundan sonra nə gələ bilər. Haqqdan uca heç nə ola bilməz. Burda her şey bitir və bundan sonra ölüm gəlir. Və ona görə Mənsur Həllac da o məqama çatanda ölüm aqibətini seçir, Nəsimi də. Düzdü bunları özü yox başqaları edir, am­ma başqalarından o rica edir ki, məni öldürün. Təxminən belə bir vəziyyət, çünki mənası yoxdu həyatın. Amma sonra onun qalxmış olduğu zirvədən təzədən toplumun içərisinə enməsi və toplumla bir yerdə harasa qalxması lazımdır, yəni milli təfəkkür. Milləti üçün əldə etdiyi bilgilərdən, o səviy­yədən istifadə etməsi yoxdu. Yəni, sufilərin əksəriyyətində belə bir şey var.



Ayşe Sucu:

Ben burda bir şey söyleye bilirmiyim? Çok önemsediğim ve tam da burayla çok ilgisi var. Peygamberimizin Hira dağında uzun bir inzivaya çekilişi, orada ilk vahyiyle beraber tekrar toplumla buluşması. Yani o çok önem­li. Vahiy kendisine çekilmeyi devam ettirmeye değil, tam tersine, va­hiy onu toplumla buluşmaya zorluyor. O kadar önemli ki.




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin