Мцндярижат



Yüklə 4,6 Mb.
səhifə55/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   ...   51   52   53   54   55   56   57   58   ...   67
Məkanın sıxlığı və

ideyanın konsentrasiyası
«Atmosferin sıx qatlarına daxil olaraq

sürətini tədricən itirdi və yanaraq kül oldu…»

«Xəbərlər»


Yerə enib maddiləşən və səmaya yüksəlib ilahiləşən ideya….

İnsandan Allaha gedən yol.

Məkan genişlənir və seyrəlir, seyrəldikcə ruhaniləşir, insan öz cismani cildindən, qılafından çıxaraq dünyaya səpələnir.
Sıxılanda maddiləşən, cisimləşən, … açılanda, azadlığa çıxanda seyrələn, bütün kainata səpələnən, səmaya yüksələn varlıq.

Fəlsəfi poeziya və poetik fəlsəfə
Şərqdə fəlsəfə də özünüifadə üçün elmdən daha çox, poeziyanın xidmətindən istifadə edir.

Hansı daha yaxşıdır?


Poeziya qanadlarında daha yüksəyə qalxmaq olar, amma uzağa getmək olmaz. Bu, olsa-olsa sıçrayışlı hərəkət olar.

Elm qatarında gedən fəlsəfə daha uzağa gedə bilər.

Poeziya uzaqları yaxına gətirir… Poeziya mahiyyəti birbaşa obrazın köməyi ilə ifadə etməyə çalışır. Və fikir tənbəlləşir. Xəyalın gücünə adət edənin fikirləşməyə ehtiyacı qalmadığına görə, fikir müstəqil və sürəkli bir proses kimi institutlaşmır, ictimailəşmir, başqa sözlə, elmiləşə bilmir. Və nəticədə uzağa da gedə bilmir.

Fizikadan məlumdur ki, səs dalğaları tez söndüyünə görə çox uzaqdan eşitmək mümkün olmur. Görmək olur, eşitmək olmur. Həm də işıq böyük sü­­rətlə yayıldığı halda, səs yavaş gedir və tez sönür. Ona görə də, səsi uzağa da­­şımaq üçün onu işıq (elektromaqnit) dalğalarına yükləyirlər (modul­ya­si­ya). Bu yükləmənin çox unikal bir həll üsulu tapılmışdır. Amma biz indi fi­zi­­kanın təfərrüatına getmək istəmirik. Önəmli olan odur ki, zəifi, yorulanı (ener­­­ji itkisi çox olanı) yorulmayanın üzərinə yükləyəndə o da uzağa gedə bilir.

Bax, Qərb fəlsəfi fikri məhz elm üzərinə yüklənmiş və bunun sa­yə­sin­də kumilyativlik əldə edərək daha uzaqlara (dərinliklərə, habelə təfər­rü­at­lara) getmək imkanı qazanmış bir fəlsəfədir.

Bu, əlbəttə, onun qazancıdır. Bəs bu izdivacda fəlsəfənin itirdiyi nədir? Artıq itirmişdirmi, nəyi itirmişdir, – bu, başqa sualdır. Amma bir şey şübhəsizdir ki, itirmək təhlükəsi böyükdür. Həm də söhbət nə az, nə çox – özünü itirməkdən, fəlsəfəsizləşməkdən – elmiləşməkdən gedir.


* * *
Məhz fəlsəfənin yoxluğundandır ki, biz çoxdan müstəqillik əldə etmə­yi­mizə baxmayaraq, milli fəlsəfi fikrimizi yenə də poeziya hüdudlarında ax­tar­maq məcburiyyətindəyik.

Biz fəlsəfə axtarışında ya yenə də orta əsrlərə və bu dövrün əsas fəl­sə­fi təlimi olan sufizmə gedib çıxırıq, ya da XIX əsrin ikinci yarısından baş­la­nan yeni ədəbiyyata üz tuturuq.

XIX əsrin axırları – XX əsrin əvvəllərində Rusiya imperiyasının bu­xov­ları çərçivəsində nisbi müstəqillik tapan milli varlığımız yenə də özünün müs­təqil fəlsəfi düşüncə şəklində ifadə etmtəyə macal tapmadı. Yenə də an­caq ədəbiyyat yarandı və olsa-olsa ictimai-siyasi fikrin publisistik səviyyədə ak­tivləşməsi müşahidə olundu. Və bu iki başlanğıc bədii təfəkkürün və ic­ti­mai-siyasi şüurun oyanışı fəlsəfi intibah üçün yeni-yeni zəmin hazırlayırdı ki, yenidən düşüncələrə sərhəd çəkildi.
Əlbəttə, ədəbiyyat libasına bürünmüş fəlsəfi fikrin rüşeymləri müəy­yən optimizm yaradır. Lakin daha böyük fəlsəfənin doğuluşu üçün fikir azad­lığı ilə, ictimai-siyasi özünüdərklə bahəm, həm də böyük ədəbiyyat la­zımdır. Lakin digər tərəfdən, böyük ədəbiyyatın doğuluşu üçün də heç olmazsa kiçicik bir milli fəlsəfi təkamül lazımdır.
* * *
Poeziya hissi dünyanı, cismani dünyanı əks etdirmək üçün deyil. Po­e­zi­ya həm də bizim bu cismani dünya ilə uzlaşmayan, kənar, yad, hansı isə fərq­li bir dünyanı, ölümdən sonrakı dünyanı, ruhlar aləmini, xəyallar səltənətini, yaxud mücərrəd fikir dünyasını əks etdirmək və ya ifadə etmək üçün deyil.

Poeziya imkanlar dünyasındakı daha geniş, daha zəngin çoxçeşidli yaşantıları və münasibətləri ifadə edir. Poeziyanın predmeti hadisələr dünyasının həyata keçməmiş imkanlar hesabına, görünənlərin görünməyən tərəfləri hesabına genişləndirilməsi sayəsində yaranır. İnsan hiss orqanları ilə və sağlam şüur çərçivəsində mənimsəyə bilmədiklərini və real – cismani dünyada tapa bilmədiklərini poetik təxəyyül dünyasında tapır.

Belə bir fikir mövcuddur ki, şair öz xəyal dünyasını tərənnüm edir. La­­kin xəyallar xəstə olanda, gerçəklə əlaqəsi üzülmüş olanda kiminsə sayıq­la­ması təsiri bağışlayar və onun oxucu ilə əks əlaqəsi yarana bilmir. Halbuki F.Şellinqin də haqlı olaraq qeyd etdiyi kimi, «şair və oxucunun könül əlaqəsi» poeziyanın mühüm tələblərindən biridir.1

Bəzən şairlər xəyal ilə gerçək arasında optimal münasibəti unudaraq ucunu alıb uzağa gedirlər. Elə uzağa ki, sonradan gerçəyə qayıtmaq üçün özlərində güc tapa bilmirlər. Lakin poetik vüsət təkcə Yerin cazibə qüv­və­sini dəf edərək kosmosa, göylərə qalxmaq üçün yox, həm də yenidən Yerə qayıdış üçün yetərli olmalıdır.

Beləliklə, poeziya göylərdə itib-batmaq və sərgərdən gəzmək üçün yox, göylərin ab-havasını yerə ərmağan gətirmək üçündür. Yeri qanad­lan­dır­maq, canlandırmaq, ona uçuş əzmi vermək üçündür.


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin