Milli ideologiya
və demokratik dövlətçiliyin formalaşması
(Xülasə)
Hər bir cəmiyyətin köklü yeniləşməsi və davamlı inkişafı müvafiq milli ideologiyanın, zəruri ideya-nəzəri əsasların mövcudluğundan olduqca asılıdır. Optimal ideologiyanın, yeniləşən cəmiyyət fəlsəfəsinin axtarışı və işlənib hazırlanması isə həmişə mürəkkəb, ziddiyyətli proses və ağrılı-çətin vəzifə olmuşdur. Azərbaycan cəmiyyəti də bu mənada istisna deyildir.
Təqdim olunan məqalədə milli ideologiya ilə bağlı aktual məsələlərə diqqət yetirilir, azərbaycançılıq məfkurəsi nəzərdən keçirilir. Azərbaycançılıq milli ideologiyanın zəruri və mühüm tərkib hissəsi kimi təqdim olunur, onun dövlətçiliyin inkişafında, milli-demokratik konsolidasiyada rolu işıqlandırılır. Dövlətçiliyin rasional-konstruktiv əsaslar üzrə möhkəmləndirilməsi və demokratiyanın dərinləşdirilməsi yolu ilə innovasiyaların reallaşdırılması Azərbaycan cəmiyyətinin perspektiv inkişafına cavab verən şərt, strateji tələb kimi vurğulanır.
Dostları ilə paylaş: |