Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə41/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   37   38   39   40   41   42   43   44   ...   105
Kamillik nədir?

Əbdülkərim Cili özünün «Kamil insan» əsərində kamil insanın şərhini vermək üçün Allah Təalanın sifətlərini, ümumiyyətlə, ilahi aləmin bir sıra xü­susiyyətlərini açıqlayır və yalnız bundan sonra kamil insanın nə üçün be­lə adlandırılmasını qeyd edir: «Bil ki, bu fəsil bu kitabda ən əsasdır. Kitab baş­­dan ayağa bu fəslin şərhidir» (12, 207). Müəllif onu da bildirir ki, «kamil in­­san özü üçün var olan həqiqətlərə (həm mənfi, həm müsbət, həm ali, həm al­­­çaq, həm maddi, həm mənəvi) müqabildir» (12, 211). İnsan, Allah Tə­a­la­nın Öz ruhundan üflədiyi və yer üzərində Özünə xəlifə olaraq yaratdığı və bü­tün əş­yaların adlarını öyrətdiyi (Quran 2/30-31) məxluqdur. Mühyiddin İbn Ərə­bi yazır: «Kamil surət, yaradılmış və əzəli elmlə zü­hur edir. Elmin mər­tə­bə­si iki tərəfdən kamilləşir və həmçinin varlığın da mərtəbələri ka­mil­lə­­şir: on­lardan biri əzəli, digəri isə qeyri-əzəlidir və yaradılmışdır. Əzəli – Haq­qın vü­cududur, qeyri-əzəli – Haqqın sabit aləm surətində varlığıdır» (10, 204). Məhz bu fakt, yəni bütün elmləri bilməyi insanı digər məx­luq­lar­dan nə­inki üs­tün etdi, hətta onu Allahdan sonra səcdə obyektinə belə çe­vir­di. Lakin in­san ilahi aləm­lə bərabər, həm də maddi dünyanın sakinidir və onun mad­­diy­yatla bağlılığı nəinki əlavə hə­vəs və məqsədlərin yaranmasına, hətta bi­rin­ci­lə­rin unudulmasına da səbəb ola bilir. Rumi ya­zır: «İnsan böyük şeydir, on­da hər şey ya­zılmışdır. Zülmət pərdələri özündəki o elmləri gör­mə­yə, onu oxu­mağa imkan ver­mir. Zülmət pərdələri dünyanın bu növbənöv məşğu­liy­yət­lə­ri, təd­bir­ləri və arzularıdır» (9, 48).

Səmavi kitablara əsaslanaraq bu da həqiqət olaraq qəbul edilir ki, Al­lah­la insan ara­sında vasitəsizliyin məkanı ruhdur. Ruminin dediyi kimi: «Dağ başından sürətlə axan sellər kimi bizim cismimizdə də eşq ilə bir­ləş­miş bir ruh vardır» (8, 568). Burada kiçik bir faktı xüsusilə vurğulayaq: Al­lah bütün elmləri insanın ruhuna öyrədib. Bu səbəbə görə də Rumi məhz ru­ha mal olan, onu kamilləşdirən elmdən danışır, çünki digəri yalnız «yük­dən iba­­rətdir» (8, 568) və heç bir faydası yoxdur. O, xəbərdarlıq edir ki, «şəh­vət və həvəs uğrunda o bilgi yükünü daşıma ki, öz içindəki elm anbarını görə bi­­lə­sən» (8, 568).

Ruh və maddi bədənin əlaqə səviyyəsindən çıxış edərək mütəfəkkirlər ruhları müxtəlif növlərə ayırmışlar: nəbati, heyvani və insani. Biz də bəzi fi­losof­lar kimi, insanın tək bədəninin tək ruha malik olması və zaman və şə­rait­dən asılı olaraq ruhun hər hansı bir növünün insan üzərində hakim ol­ma­sı fik­rinə üstünlük veririk. İnsanın ruhunun heyvani mərtəbədən insani mər­tə­­bə­yə yüksəlməsi bir mənəvi pro­ses­dir. Başqa sözlə desək, kamilləşmə – ru­­hun inkişafıdır və inkişaf – ruhun səviyyələrinin açılmasıdır. Əslində ilahi aləm­dən yaranan və qırılmaz bağla onunla əlaqəli olan (ruhun ora dönmək is­tə­yi bu əlaqəyə dəlil ola bilər) bir ruh müəyyən şəraitdə, zaman və mə­kan­da gah nəbati, gah heyvani, gah da insani ola bilir. Bundan başqa, ruh öz ma­hiyyətində var olan həqiqətləri dərk etmək səviyyəsindən asılı olaraq gah adi bir insan, gah da arif ola bilər. Rumi deyir: «Torpaqdan yaradılmış olan Adəm, elmi Allahdan öyrəndiyi üçün o elmi yeddi qat səmaya qədər parlaq bir surətdə yüksəltdi» (8, 568). Bu, insanın nəinki varlığının, idrak pro­se­si­nin də bir ucunun torpağa (bu, həm primitiv, həm də rasional bilik kimi yo­zula bilər), digər ucunun isə ilahi aləmə bağlı olması mənasına gələ bilər.



Belə məlum olur ki, ruh vəhyin (ilahi xəbərin, biliyin – K.B.) məkanı ol­­­maqla yanaşı, həm də onu insanlığa çatdıran bir vasitədir. Belə demək müm­­­kün­dür­sə, peyğəmbərlik, ariflik, cahillik məhz ruha məxsus bir keyfiy­yət­­dir. Rumi yazır: «O parlaq surətin canı əksikdir. Get o nadir tapılan cöv­hə­ri, yəni insanlıq ruhunu ara» (8, 568). Bu həmin cövhərdir ki, insanı onun əsl «mə­kanına», «vətəninə» – vəhdətə qaytarır. Rumi bu qayıdışı və ya yüksəl­mə­ni belə təsvir edir: «Hər işdə insana rəhbər olan dərddir. Bir kimsədə bir işin dərdi və o işin həvəs və eşqi onun batinində peyda olmayana kimi, o işə qəsd etməz və o iş dərdsiz ona müyəssər olmaz. Dünya olsun, axirət olsun, dül­gərlik olsun, elm olsun» (9, 22). Deməli, Allah tərəfindən ruha verilən nur və ya işıqlanmadır ki, ona öz mahiyyətini kəşf etməyə və bununla da ka­mil­­­ləşməyə, vəhdətə çatmağa yol göstərir.

Rumi yazır: «Könülə bir damcı cövhər düşdü; Allah o cövhəri də­niz­lə­rə də, kainata da verməyib» (1, 143). Öyrəndiyi elmlər, daşıdığı əma­nət belə de­məyə əsas verir ki, ruhlar müəyyən həqiqətlər ehtiva edir və bu mahiy­yət­lə forma (mad­di bədən) qa­za­nırlar. Deməli, fərq onların yaranışında deyil, da­şıdıqları mahiy­yət­dədir, hə­qiqətdədir və ruhun inkişafı məhz həmin hə­qi­qət­lərin kəşfi ilə bilavasitə əlaqəlidir. Deməli, insanın əsl mahiyyəti onun ru­hunda, maddiyyat fövqündə oldu­ğundandır ki, mütəfəkkir: «insanın əsl qi­dası Tanrı nurudur, ona heyvan qidası layiq deyil», (6, 83) - deyə yazır. Qu­ra­ni Kərimdə də bildirilir ki, «Gerçəkdən sizə Allahdan bir nur və açıq bir ki­tab gəldi. Allah onunla Onun razılığı üçün gedənləri salamat yollara yö­nəl­dir, onları öz izni ilə qaranlıqdan aydınlığa çıxardıb doğru yola çatdırır» (Quran 5/15-16). Təbii ki, ayədəki nur kəlməsi müxtəlif mənalarda təfsir olunmaqla yanaşı, həm də insana onun mahiyyətini açan ilahi, irrasional bilik kimi də şərh edilə bilər.

Allahdan nazil olan həqiqətlər ruhun səviyyəsinə, yəni onun həqiqət­lə­ri qəbul etmə qabiliyyətinə uyğundur. Deməli, ruh kor-korana ötürücü deyil, dü­şünən bir varlıqdır. Bunu nəzərdə tutan Rumi yazır: «Allah hər kimin ru­hu­­na məhəng daşı qoyubsa, o kimsə yəqini şübhədən ayırd edə bilir» (8, 568).

Ruh insan varlığında tək düşünəndirsə və o, maddiyyət fövqünə qalx­maq­la kamilləşir və insanın idrak prosesini tamamlayırsa, deməli, ümu­miy­yət­lə insanın kamilləşməsi onun ruhunun inkişafıdır. Eyni zamanda, bu pro­ses məhz müəyyən formaya malik, yəni bədəndə məskunlaşmış ruha məxsus bir keyfiyyətdir.

Burada ilk baxışda zidd görünən bir məsələ ortaya çıxır. Biz həm ru­hun maddiyyat fövqünə qalxmaqla kamilləşdiyini, həm də yalnız maddiyyət qa­zanmış ruhun bu imkana malik olduğunu iddia edirik. Cavab sadədir: ka­mil­ləşmə keyfiyyəti insana xasdır və bu da mad­diyyatdan imtina deyil, ək­si­nə onu mənəvi inkişaf üçün vasitə etmək deməkdir. Buna görə də Rumi bil­di­rir ki, «…mənəvi yüksəklik və həqiqi ülviyyət təmiz olan ruhlara məx­sus­dur» (8, 568), yəni maddi istəklərdən arınıb əsl mahiyyətinə istiqamətlənən in­sanın ruhuna.

Bunu nəzərdə tutaraq sufi mütəfəkkirlər insan deyəndə daha çox onun ru­huna mü­ra­ci­ət edir, çünki insanın mahiyyəti onun ruhunda gizlidir, məhz ru­hundakı məna ilə maddi dün­yadan əsl vətəni olan ilahi aləmə yüksələ bi­lir. Başqa sözlə desək, heyvani məqamdan in­sani məqama qalxa, kamilləşə bi­lir. Rumi yazır: «Sən mənə aləmin qütbü olan könül gə­tir. İnsanın canının ca­nının canı o könüldür» (1, 143). Və yenə də məhz insanın ruhuna səs­­lənən Ru­­mi: «Gəl, hər kim olursan ol, amma gəl…», – deyə coğrafi məkanından, di­nindən, əqidə­sin­dən asılı olmayaraq İnsana müraciət edir, onun ruhunu maddi bədən qazanmamışdan qabaq mənsub olduğu vəhdətə çağırır.

İnsan, Allahın yer üzündə xəlifəsi və Onun əksər sifətlərinin daşı­yı­cı­sı­dır. Özündə bu keyfiyyətləri və bu üstünlükləri kəşf etmiş, eyni zamanda di­gər­lərində də bunu kəşf etməyə yardımçı, bələdçi olan insan kamil hesab edi­lir. Məsələn, hürufiliyin banisi Nəimi bildirir ki, «insan həm natiq kimi, həm də ilahinin daşıyıcısı kimi ölümsüzdür. Tanrının bütün keyfiyyətləri ölüm­süzdür …və insana xasdır. Lakin o, cahilliyindən bunu bilmir» (4, 118-119). Deməli, hürufiliyə görə, cahilliyindən qurtulmaqla, özünü dərk et­mək­lə insan nəinki kainatın sirlərinin hamısını anlamaq, hətta Tanrıya çevrilə bil­mək iqtidarındadır. Əbdülqadir Gilani isə yazır: «Allah: «Bir yerdə Mənə bax­maq istədiyin zaman, içində Məndən başqası olmayan bir könül seç», – bu­yurmuşdur» (11, 18). İbn Ərəbi də yazır: «Əgər sən Onun «mən onun ye­riyən ayağı, atan əli, söylədiyi dili olaram»… dediyinə baxsan ziddiyyət ol­maz. Əmr bütünlüklə haqq və ya xəlqdir. O, bir baxımdan xəlq, bir ba­xım­dan haqdır. Mənbə birdir. Təcəlli edən şeyin surətinin mənbəyi bu təcəllidən qa­baq olan surətin mənbəyidir və o, təcəlli edən və təcəlli olunandır» (10, 121). Yaxud Əhməd Avnı Konuk bildirir ki, «Baka-billah məqamında olan ka­mil insan bir güzgüdür, zatıllah onda bütün sifətlərilə zahir olur» (7, 59). De­yilənlərdə əhəmiyyətli bir məqam xüsusilə vurğulanmalıdır: bəli, hər in­san Allahın yer üzündə xəlifəsidir, hər insan Allahın sifətlərinin və Onun əma­nətinin yeganə daşıyıcısıdır. Ancaq bu keyfiyyətlər hər kəsdə gizli şə­kil­də­dir və onlar kəşf edilməli, kəşf olunmaqla bitməyib dərk edilməli və bu­nunla da kifayətlənməyib, həyata keçirilməlidir. Qısacası, insan fitrətən ona ve­rilən kamillik zirvəsinə çatmalıdır. Elə isə, orta əsr İslam mütəfək­kir­lə­ri­nin nəzərində nədir kamillik? Kamillik...

– insanın həm mənəvi, həm də maddi varlıq kimi rasional elmlərdən xə­bərdar olmaqla yanaşı, rasional təfəkkürünü irrasional təfəkkürlə ta­mam­la­ması, təbiət elmlərini öyrənməklə yanaşı, mənəvi təcrübəni də mənim­sə­mə­sidir.

– idrak prosesi zamanı əldə olunanların ən yüksək səviyyədə insanın əx­laqında və fəaliyyətində də özünü göstərməsidir.

– öz bilikləri, həyat tərzi, həyat təcrübəsi ilə cəmiyyətdə müsbət nü­mu­nə kimi insanları doğru yola apara bilən bələdçi ola bilməsidir.



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin