Müasir Azərbaycan cəmiyyətində ailənin
reproduktiv funksiyasının sosioloji təhlili
Əbülfəz Süleymanov*
Giriş
Cəmiyyətdə baş verən müxtəlif proseslər sosial strukturun fəaliyyətinə təsir göstərir və insan həyatının bütün sahələrində öz əksini tapır. Heç şübhəsiz bu proseslərdən cəmiyyətin özəyi olan ailə institutu da təsirlənir. Mənfi biodemoqrafik meyillər, mənəvi sahədə baş verən dəyişmələr, uşaqların və qocaların həyat və sosial müdafiə səviyyəsinin aşağı düşməsi müasir dünyada ailənin rolunu səciyyələndirən yeni tədqiqat istiqamətlərinin meydana gəlməsini aktuallaşdırır.
Urbanizasiya və sənayeləşmə prosesində təkamülün təzahürü və ailə həyatının təbəqələşməsi, ailə quruluşunun və ailə düşüncəsinin transformasiyası dünyada, o cümlədən, Azərbaycanda ailə formasının dəyişməsinə, nuklear ailələrin üstünlük təşkil etməsinə, böyük ailə quruluşunun və qohumluq əlaqələrinin qırılmasına gətirib cıxarır. Bütün bu proseslər ailədə baş verən dəyişikliklərin ciddi təhlil olunmasını zəruri edir. Bu baxımdan müasir dövrün ailə-nikah problemlərindən özünü büruzə verən dəyişikliklərdən biri də ailənin reproduktiv funksiyasının zəifləməsi və ailədə uşaq sayının getdikcə azalmasıdır.
Bu məqalədə müasir dövrdə ailə institunun reproduktiv funksiyasında meydana gələn dəyişikliklər nəzərdən keçiriləcək, konkret rəqəmlər əsasında bu dəyişikliklərin Azərbaycan ailəsinə təsirləri təhlil olunacaqdır.
Dostları ilə paylaş: |