Мцндярижат


Mütilik, qorxu, yoxsa qorxmazlıq?!



Yüklə 4,15 Mb.
səhifə72/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   68   69   70   71   72   73   74   75   ...   105
Mütilik, qorxu, yoxsa qorxmazlıq?!

İslama qarşı dəlil axtaranlar onu insanları mütiliyə çağırmaqda ittiham edirlər. Görünür burada”İslam” sözünün hərfi mənası da az rol oynamır. Halbuki, burada əsas ideya ümumiyyətlə təslimçilik yox, ancaq Allaha təslim olmaqdır ki, bunun da başqa cür deyilişi Allahdan başqa heç kimə təslim olmamaqdır. əl-Fatihə surəsində deyilir: “Biz yalnız Sənə ibadət edi­rik və yalnız Səndən kömək diləyirik” (1, 5). Bir çox xarici nəşrlərdə tər­cü­mə­lər elə edilir ki, “yalnız” sözü xüsusi vurğulanmır. Halbuki, ayənin bütün mə­nası məhz bu yalnız sözündədir.

“Ancaq Allaha itaət edin”, yaxud “təkcə Allahdan qorxun” mənasında olan ayələr insanları mütiliyə və qorxaqlığa deyil, fəallığa və qorxmazlığa ça­ğırış kimi qiymətləndirilməlidir. Belə ki, “ancaq Allahdan qorxun” ifadəsi “Al­lahdan başqa heç kimdən qorxmayın”, “haqqı-ədaləti heç nəyə qurban ver­­məyin” kimi təfsir olunmalıdır. Yəni İslam bu ayələrdə insanların ha­mı­sının eyni hüquqlu olduğunu nəzərə çarpdırır və birinin digərinə itaətini, bi­ri­nin digəri qarşısında mütiliyini məqbul saymır.
Dörd arvad” məsələsi

İdeologiya beyinlərə yeridib ki, İslam dini kişilərə dörd arvad almaq icazəsini vermişdir. Əslində isə tarixdən məlumdur ki, İslama qədər neçə arvad almaq məsələsində heç bir məhdudiyyət olmamışdır. Və hətta pey­ğəm­bərin özünün də dörddən çox arvadı olmuşdur. Lakin bildiyimiz kimi, Qu­ranın ayrı-ayrı ayələri müxtəlif vaxtlarda nazil olmuşdur. Belə ayələrdən bi­ri də çoxlu sayda arvadla evlənməyə qoyulan say məhdudiyyəti idi. Bu­ra­da əsas məqsəd qadınların hüququnu müdafiə etmək, onların ailə şəraitində hərtərəfli təminatına qarantiya vermək olmuşdur. Qadınların heç bir hüqu­qu­­nun olmadığı, qız uşaqlarının diri-diri basdırıldığı, kişilərin istənilən say­da qadına sahiblənmək səlahiyyətlərinin normal sayıldığı bir dövrdə birdən-birə belə kəskin məhdudiyyət qoyulması və bu dörd rəqəminin özünün də əlavə şərtlərlə məhdudlaşdırılması, mütərəqqi bir yenilik idi.

Lakin ideologiyanın tarixi necə saxtalaşdırmaq imkanına malik oldu­ğu, bu misalda çox gözəl özünü göstərir. İslam “dörd arvad almağa icazə ver­mişdir” fikri ideoloji təxribatdır. Tarixi həqiqət isə bundan ibarətdir ki, İs­­lam qeyri-məhdud sayda arvad almağı qadağan etmiş, məhdudlaşdır­mış­dır. Peyğəmbərin özünün dörddən artıq arvadı olması faktının zamanca sü­rüş­dürülməsi və guya onun özünün şəriətə əməl etməməsi kimi qələmə ve­ril­məsi də ideoloji təxribatdır. (Hüquq geriyə tətbiq olunmur).

Digər tərəfdən, İslam şəriəti evlənmək üçün qadınların hüququnu və mə­nafeyini nəzərdə tutan bir çox tələblər irəli sürür ki, bunların hamısına əməl etmədikdə əksər hallarda elə ancaq bir dəfə evlənmək mümkün olur.

Beləliklə, indi baxdığımız bir sıra məsələlərdə İslamın bəzi mütərəqqi ad­dımları tarixi kontekstdə deyil, müasir dövrdəki təsəvvürlərlə müqayisədə nə­zərdən keçirildiyinə görə, tamamilə tərsinə, mürtəce məqamlar kimi də­yər­­ləndirilmiş və bu az qala özlüyündə aydın arqumentlər kimi ictimai şüura da­xil olmuşdur.

Heç olmazsa indi haqqa nahaq deməyək!




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin