Мцндярижат


Dilin və fikrin potensialı



Yüklə 4,15 Mb.
səhifə73/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   69   70   71   72   73   74   75   76   ...   105
Dilin və fikrin potensialı
«Poeziyasöz sənətidir»

Adi danışıq dili, epik üslub, nəqli cümlələr qeyri-aşkar şüurun və his­siy­yatın ifadəsi üçün yetərli deyil. Hissiyyatın, əhvalın musiqi ilə və ya rəng­lərin dili ilə ifadə edilməsindən fərqli olaraq poeziya məhz təbii dilin im­kanlarından istifadə edir; lakin bu dil adi danışıq dilindən fərqli olaraq, mü­baliğələr, məcazlar, təşbehlərlə «bəzədilmiş», habelə ritm və ahənglə ta­mamlanmış xüsusi bir dildir. O, artıq poetik dil statusu almışdır. Bu dil qa­fi­yəyə, ahəngə, ritmə salınmış sözlər yox, daha çox dərəcədə, sözlərlə ifadə olunmuş ritm və ya ahəngdir.



Məqsədimiz hissiyyatı, əhvalı ifadə edən müxtəlif sənət növləri içə­ri­sin­dən məhz poeziyanı ayırmaq və onun «söz sənəti» olmaqdan başqa, «fi­­kir sənəti» olmaq iddiasını və bu xüsusda potensial imkanlarını araşdır­maq­dır.

Ənənəvi poeziya hadisələrdən, təzahürlərdən təsirlənən şairin ürək söz­lərini ifadə edir. Tə­­əs­sü­ratlar təfəkkür prizmasından keçərək həyatın, dün­yanın ən ümumi qa­nuna­uy­ğun­luq­larında iz sal­mamış, ideyalar səl­tə­nə­tinə qədəm qoymamış, intellekt süzgəcindən keçməmiş elə birbaşa, hansı isə obrazlarla, təşbehlərlə, bənzətmələrlə ifadə olunur. Həm də bu cəhət nə isə bir çatışmazlıq kimi yox, poeziyanın rəmzi, tələbi kimi, bir məziyyət ki­mi qəbul edilir.

Hiss, duyğu necə yaranıbsa oxucuya eləcə, hələ öz təravətini itir­mə­dən, öz bakirəliyində təqdim olunur. Əlbəttə, əgər bədii dilin buna qüdrəti ça­tarsa!

Poeziyaya bu cür münasibət Azərbaycanda o qədər dərin kök atmışdır ki, ayrı-ayrı hal­lar­­da şairlər bu ənənədən uzaqlaşaraq mahiyyətləri, ümu­mi­lə­ri tərənnüm etmək «iddiasına» düş­dükdə, ədəbi tənqid, hətta onların şöh­rə­tin­dən, nüfuzundan çəkinməyərək, kəskin mövqe tut­muş, onları «fəlsə­fə­çi­lik­də» günahlandırmışdır.

Lakin XX əsr Azərbaycan poeziyasında bu tabunu pozmaq meyilləri də güclü olmuşdur. Sə­­­­məd Vurğun da, Rəsul Rza da bütün «fəlsəfəçilik» it­ti­hamlarına baxmayaraq, vaxtaşırı kon­kre­t­­­­lik­dən ümumiyə, mahiyyətə doğ­ru addımlar atmış və fəlsəfi poeziyanın gözəl nümunələrini ya­­ratmışdırlar.

Düzdür, Səməd Vurğunda fəlsəfilik tamam başqa üslubda və isti­qa­mət­də, Rəsul Rzada isə xeyli fərqli formada özünü göstərir. Lakin formalar fərq­li olsa da məğzi eynidir: poeziya fəl­sə­­fi qata yüksəlir. Səməd Vurğun fəl­­səfə mərtəbəsinə poetik vüsət qanadlarında qalxır. Rəsul Rza isə ma­hiy­yət dünyasına təhlil və düşüncə qapısından keçir. Lakin heç biri bu mər­tə­bədə hə­mi­­şəlik lövbər salmır və yenidən hissi dünyanın konkret yaşan­tı­la­rına qayıdaraq axıradək öz şa­ir missiyalarını yerinə yetirirlər.



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin