Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə76/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   72   73   74   75   76   77   78   79   ...   105
Qaranlığın işığı
Ənənəvi Şərq fəlsəfəsində, xüsusən işraqilik təlimində, ən ali varlıq İşıqlar işığı hesab olunur. Əbu Turxan yazır: «Yalnız işıq vardır, qaranlıq işı­ğın yoxluğudur». Eyni zamanda dünyanın məhz yox­luqdan var olması fik­ri təkcə fəlsəfədən və dindən gəlmir; müasir fizika da yoxluğun varlığa, vir­­tu­al zərrələrin real zərrələrə çevrilməsindən bəhs edir. Bəli, indiki fizika ar­tıq lirika səviyyəsinə çatmışdır.

Lakin fizika nə qədər dərinə getsə də, «qaranlığın işığı» ideyasına ancaq indi-indi yan alır. Şairlər isə əksliklər arasında dərin daxili əlaqəni, görünür, fəhmlə duyurlar.

«İnsan səsi qaranlıqdan çıxır», – deyən Vaqif Səmədoğlu, görünür, diq­qəti səsin işıqlı missiyası ilə onun qaranlıq mənşəyi arasındakı kontrasta yönəldir. Belə ki, digər varlıqlardan fərqli olaraq insan sadəcə səs çıxarmır, onun səsi strukturlaşmış, mənalaşmış və sözlər şəklində vahid bir nizam üz­rə düzülmüşdür. Bunu qaranlıqdan çıxan səsin fikir işığına bürünməsi kimi də, iç dünyasında qeyri-aşkar şəkildə olan təhtəlşüurun sözlə ifadə olun­maq­la aşkarlanması kimi də şərh etmək olar. Əlbəttə, şair öz qarşısına bəlkə də be­lə təfərrüatları ifadə etmək məqsədini qoymamışdır. Lakin misranın tu­tu­mu və çoxmənalılığı onu müxtəlif kontekstlərdə başa düşməyə imkan verir.

İnsan da gecənin və qaranlığın davamı kimi təqdim olunur:


Ana bətninin gecəsindən

Dünyaya gəlir insan.
Bu davam özündə həm gecəni, həm də gündüzü, işığı saxlayır. Lakin insanın gəldiyi dünya doğurdan da, işıqlıdırmı? Maraqlıdır ki, Əbu Turxan tam tərsinə, bu dünyanın qaranlığından, iç dünyasının isə işığından yazır:
...Ana təbiətin işığımı azalır,

Yoxsa içimdəki işıq

ona kölgəmi salır?! –

Deyə bilmərəm, ancaq

işığım artdıqca

bu fani dünya sanki qaralır…
Ramiz Rövşəndə də gecə sadəcə qaranlıq olmayıb, sabahı bətnində gəzdirən mürəkkəb bir fenomendir:
Bir gecənin qaranlığı

Yüz-yüz çıraqdan böyükdür.
Düzdür, burada hələ qaranlığın işığından bəhs olunmur, amma onun lokal işıqlardan qat-qat böyük potensiala malik olmasına işarə edilir. Qaranlığın böyük enerjisi varsa, bir gün işığa da çevrilə bilər.

Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin