Millətimin imzası
Hər bir dil – dördüncü kitabdır.
Əbu Turxan
Sabir: «Yox millətimin imzası imzalar içində».
Fəlsəfə dünyasına girdikcə, onu vərəq-vərəq açdıqca bu dünyanın yeni-yeni hikmətlərini mənimsəməklə bərabər… (gizli bir duyğuyla – doğmalıq axtarışı) millətimin imzasını da axtardım. Hərdən mənə elə gəldi ki, nəhayət ki, tapdım, lakin mən yaxınlaşdıqca, o məndən qaçdı. Bəzən dil doğma oldu, fikir yad oldu. Bəzən doğma ola biləcək bir fikir də tərcümədə yadlaşdı, uzaqlaşdı. Araya yad nəfəs girdi.
Gərək ya mən dil səddini keçərək və başqa dillərin qoynunda gizlənən dəyərləri özümünküləşdirərək, doğmalıq görüntüsü yaratmalıydım. Ya da mən özüm özgələşərək o böyük fəlsəfələri içində saxlayan yabançı dil dəryasına qatılmalıydım.
Mənim öz dilimdə mənə doğma olan fikirlərin doğuluşunu, yüksəlişini, səmalarını fəth etməsini izləmək səadətindən məhrum idim.
Nəhayət, günlərin bir günü fikir ənginliyinin səmasında bir səs mənə doğma gəldi. O mənim dilimdə danışırdı. O mənim kimi düşünürdü. O mənim kimi düşünürdü. Omu mənim qəlbimin bir parçası idi, mənmi onun – fərqi …
Sanki o mən idim. – Budur doğmalıq duyğusu! Bu, - Əbu Turxan fəlsəfəsidir!
Düzdür, «Əbu» - doğma fəlsəfəmizdə ərəb dilinin və o vaxtın ərəb məfkurəsinin izlərindən xəbər verir. … Amma bu filosofun türk oğlu türk olduğuna heç bir an da şübhə etmədim.
Təkcə ona görə yox ki, bütün əsərləri qədim türk dilində yazılmışdır. Həm də …
(Düzdür, bu dilə ərəb, fars kəlmələri də, hətta sonralar latın mənşəli terminlər qatışıb … Amma yenə də – o mənə doğmadır. Onu ilk dəfə mən tərcümə etdim. Amma bu, bir tərcümədirmi? Öz dilimdən tərcümə? Müasir fəlsəfə dilinə çevirdim. Dünyanın bir çox böyük şəhərlərində böyük fəlsəfə məclislərində onun fəlsəfəsindən fraqmentlər söylədim:
- Bu nə isə yeni bir şeydir, - dedilər…
Bu dünyanı oxuya bilirik və o bizə bir ağ vərəq kimi görünür. Başlayırıq yenidən yazmağa. Neçə gözəlliklər bizim cızmaqaranın altında qalır.
Lirikanın fəlsəfəyə (formasını dəyişə-dəyişə). Fəlsəfədən lirikaya gedən yol…
Yolda «təsadüfi görüş» – mənsur şeir
Dostları ilə paylaş: |