Öncə insan cansızlar cansızlar sinfində yarandı
Sonra cansızlıqdan bitkilər aləminə keçdi.
İllərlə bitkilərlə birgə ömür sürdü
Özünün çox fərqli cansızlığını xatırlamayaraq.
Bitki olmaqdan heyvanlığa düşüncə
Bitki halınından heç bir şey xatırlamadı.
Bitki alənimə göstərdiyi meyil xaricində
Xüsusən, yazda, çiçəklər açanda
Körpələrin analarına olan meyilləri kimi
Üstəlik anya meyilinin səbəbini bilmədən.
İnsanı heyvanlıqdan insanlığa yüksəltdi
Bildiyiniz kimi, , Böyük Yaradan insanı
Heyvanlıqdan insanlığa çəkdi.
Beləcə insan, təbiətin bir nizamından
Digər nizamına keçdi.
Hazırkı müdrik, bilikli və güclü vəziyyətinə qədər ucaldı.
İndi o, özünün ilk ruhlarını xatırlamır və o,
indiki ruhunu da dəyişəcəkdir.1
Lakin İslam filosofları və ilahiyyatçılar (teloqlar) arasındakı böyük fikir müxtəlifliyinə səbəb olan əsas nöqtə, insanın yenidən dirilişinə onun əvvəlki fiziki vəziyyətinin də daxil olub olmadığıdır. İslamın son böyük ilahiyyatçısı Şah Vəliyyullah Dəhləvi də daxil olmaqla onların əksəriyyəti onun ən azından “mən”-in yeni mühitinə uyğun olan bir növ fiziki vəziyyəti (şəkli) ehtiva edəcəyini düşünməyə meyillidirlər. Mənə elə gəlir ki, bu görüş “mən”-in fərdi olması faktına və bir növ lokal istinad və ya təcrübi arxa plan olmadan onun anlaşılmaz olduğu fikrinə əsaslanır. Aşağıdakı ayələr bu nöqtəni bir qədər aydınlığa çıxarır: “Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!" Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab vardır!” (50: 3-4).
Məncə, bu ayələrdə aydın şəkildə bildirlir ki, kainatın mahiyyəti elədir ki, hətta insan hazırkı mühitində öz fərdiyyətini təyin edən şeyin parçalanıb dağılmasından sonra belə, onun (insanın) hərəkətinin son uğuru üçün lazım olan fərdiyyət növünü başqa bir yolla davam etdirməsi üçün qapılar açıqdır. Digər yolun nə olduğunu biz bilmirik. Nə qədər incə olsa da, biz onunla bir növ bədən arasında əlaqə quraraq “ikinci yaradılışın” mahiyyəti haqqında hansısa əlavə bir qavrayış əldə edə bilmərik. Quranın bənzətmələri onu yalnız bir fakt kimi təqdim edir; onlar onun (ikinci yaradılışın) mahiyyət və xarakterinin aşkara çıxarılmasını nəzərdə tutmur. Fəlsəfi olaraq biz “keçmiş bəşər tarixi nəzərə alınsa bədəninin dağılışı ilə onun (insanın) işinin (career) də sona çatmalı olduğunu irəli sürmək ağlasığmazdır” fikrindən əlavə bir mülahizə yürüdə bilmərik.
Quran təliminə görə “mən”in yenidən dirilişi ona elə bir “sərrast baxış”1 verir ki, onun vasitəsilə o, açıqca öz əsəri olan “boynuna asılmış tale”-yini 2 görür. Cənnət və cəhənnəm yer deyil haldırlar. Qurandakı təsvirlər daxili həqiqətin, yəni xarakterin əyani təsviridir. Quranın ifadə etdiyinə görə cəhənnəm “Allahın ürəkləri yandırıb-yaxan odu”3, birinin bir insan kimi öz müvəffəqiyyətsizliyini üzücü şəkildə dərk etməsidir. Cənnət dağıdıcı qüvvələr üzərindəki qalibiyyət sevincidir. Əbədi lənət fikri İslamda yoxdur. Cəhənnəmlə əlaqəli müəyyən ayələrdə keçən “əbədilik” kəlməsi Quran tərəfindən yalnız “bir zaman müddəti” mənasında açıqlanır.4 Zaman şəxsiyyətin inkişafından tamamilə kənarda qala bilməz. Xarakter daimiliyə meyillidir; onun yeni formaya bürünməsi (reshaping) zamana möhtacdır. Demək ki, Quranın nəzərdə tutduğu cəhənnəm intiqamçı bir Tanrının əbədi əzab çuxuru deyil. O (cəhənnəm), qəddarlaşmış “mən”i İlahi Mərhəmətin həyati mehinə qarşı yenidən həssas hala gətirən islahedici bir təcrübədir. Cənnət də tətil deyil. Həyat bir və daimidir. İnsan “hər gün (hər an) bir işdə olan” Sonsuz Həqiqətdən gələn daimi yeni işıqlara nail olmaq üçün həmişə irəli gedir. İlahi işıqları qəbul edən sadəcə passiv bir qəbuledici deyil. Azad “mən”-in hər bir hərəkəti yeni bir situasiya yaradır və beləcə yaradıcı kəşflər üçün əlavə imkanlar təklif edir.
İngilis dilindən tərcümə edən:
Dostları ilə paylaş: |