T aha Cabir əl-ƏLVANI
Müasir dövrdə məfkurə böhranı: diaqnostika və həll üçün verilən təkliflər
(Bakı: “İdrak” İçtimai Birliyi, 2009, 38 s.)
Kitabçada müasir dünyada məfkurə böhranı məsələsi təhlil edilərək İslamın bu məsələdə verə biləcəyi töhfələr nəzərdən keçirilir. Müəllif İslam və Qərb sivilizasiyalarının qarşılıqlı münasibətlərini və bu münasibətlər kontekstində İslam sivilizasiyasının günümüzdə hansı inkişaf mərhələsində olduğunu müəyyənləşdirməyə çalışır. İslam mədəniyyətinin Qərb qarşısındakı özünə inamsızlıq kompleksini keçmiş bir mərhələ kimi qiymətləndirən müəllif günümüzdə İslam sivilizasiyasının həll etməli olduğu ən ciddi problemin məfkurə yoxluğunu aradan qaldırmaq olduğunu bildirir.
Kitabçanın sonunda müəllif məfkurə böhranının aradan qaldırılması üçün islami zəmində həll yolları irəli sürür.
Dostları ilə paylaş: |