Əbdülhəmid Əhməd Əbu SÜLEYMAN
Müsəlmanın iradə və mənəviyyatının böhranı
Bakı: “İdrak” İçtimai Birliyi, 2009, 187
Kitabda İslam mədəniyyətinin yüksəlişinə maneəçilik törədən səbəblər aşkar edilməyə çalışılır. Müəllif İslam mədəniyyəti ilə bağlı irəli sürülən müxtəlif islahatçılıq proyektlərində önəmli bir həlqənin – uşaqlar və onların təlim tərbiyəsi məsələlərinin – çatışmadığını bildirərək uşaqların mənəviyyat və vicdan tərbiyəsinin önəmi üzərində durur. Kitabda həm də bu mühim həlqənin unudulmasına səbəb olmuş mədəni-ideoloji proseslər aşkarlanmağa çalışılır.
Əsərdə, eyni zamanda, müsəlmanların bu nöqsanı aradan qaldırmalarına imkan verən yollar da araşdırılır. Müəllif çıxış yolunu uşaqların təlim-tərbiyəsində elmi-idraki amillərlə mənəvi-psixoloji amillərin vəhdətində görür.
Dostları ilə paylaş: |