Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş, uzun müddət "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru işləmişdir. Anası Gövhər İmanquliyeva (Sultanzadə) Şamaxıda əsilzadə ailəsində anadan olmuşdur. Aida İmanquliyeva 1957-ci ildə Bakı şəhərinin 132 saylı orta məktəbini qızıl medalla bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1962-ci ildə universitetin şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitmirdir. Sonra həmin universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra SSRİ EA Asiya xalqları înstitutunun aspiranturasında təhsil almışdır.
1966-cı ildə namizədlik dissertasiyası müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq institutunda işə başlamışdır. 1973-cü ildən baş elmi işçi, 1976-cı ildən ərəb filologiyası söbəsinin müdiri, 1988-ci ildən elmi işlər üzrə direktor muavini və 1991-ci ildən ömrünün sonunadək Azərbaycan EA Şərqşünashq İnstitutunun direktoru vəzifələrində çalışmışdır.
Aida xanım İmanquliyeva 1989-cu ildə Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmiş, ilk azərbaycanlı qadın-ərəbşünas elmler doktoru olmuş bu ixtisas üzrə professor adı almışdır.
3 monoqrafıya ("Mixail Nüaymə və "Qələmlər birliyi", M.,1975; "Cübran Xəlil Cübran" B., 1975; "Yeni ərəb ədəbiyyatı korifeyləri", B., 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan A.N.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika xarici ölkələri ədəbiyyatları" ixtisası üzrə müdafiə şurasının sədri olmuşdur.
Prof. A.N.İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və s.) təmsil etmişdir.
Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlamışdır. Onun rəhbərlik etdiyi "ərəb fılologiyası" söbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.
Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Yazıcılar Birliyinin üzvü olmuşdur.
O, uzun illər pedaqoji fəaliyyətlə səmərəli məşgul olmuş, ADU-da ərəb fılologiyası fənnindən mühazirələr oxumuşdur.
Aida İmanquliyeva 1992-ci il sentyabrın 19-da əbədiyyətə qovuşmuşdur.