Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə63/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   59   60   61   62   63   64   65   66   ...   105
Beynəlxalq-elmi konfrans

17-19 avqust, 2009-cu il, Sankt-Peterburg, Rusiya
17-19 avqust 2009-cu il tarixlərində Rusiyanın Sankt-Peterburg şə­hə­rin­də Rusiya Elmlər Akademiyası Vavilov adına Elm İnsitutunun Sankt-Pe­ter­burg filialı və Beynəlxalq Sosiologiya Assosiasiyasının (İSA) 27-ci elm dai­mi komissiyasının birgə təşkil etdikləri “Elm adamlarının mobilliyi, bey­nəl­xalq elmi ictimaiyyətə inteqrasiyanın bir mexanizmi kimi” mövzusunda bey­nəlxalq-elmi konfrans keçirilmişdir.

Dünyanın 10-dan çox ölkəsindən olan elm adamlarınin iştirak etdiyi kon­fransda ölkəmizi AMEA Fəlsəfə, Sosiologiya və Hüquqi Tədqiqatlar İns­titutu sosiologiya şöbəsinin böyük elmi işçisi, sosiologiya elmləri na­mi­zə­di Əbülfəz Süleymanov təmsil etmişdir. Rusiya Federasiyasının müxtəlif re­gioanlarından olan mütəxəssislər konfransın işində geniş tərkibdə təmsil olun­muşdur. Üç gün davam edən konfransda iki plenar iclas, beş seksiya iclası keçirilmişdir.

Bu iclaslarda “beyin axını”kimi də qiymətləndirilən intellektual miq­ra­siyası və bundan irəli gələn məsələlər müxtəlif aspektlərdən müzakirə edil­mişdir. Əbülfəz Süleymanovun “Azərbaycan əhalisinin xarici intelektual miqrasiyasının sosioloji aspektləri” mövzusunda məruzəsi konfransın ilk ple­nar iclasında təqdim olunmuşdur. Sosioloji tədqiqatın nəticələri əsasında ha­zırlanmış məruzədən sonra konfrans iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Konfransın sonunda hər bir iştirakçıya sertifikat və konfransın materialları əsasında hazırlanan konfransın tezislər kitabı təqdim olunmuşdur.


Fəlsəfi esselər



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin