Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə66/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   62   63   64   65   66   67   68   69   ...   105
Haydegger dühası

Bəli, Haydegger böyük filosofdur. Fəlsəfənin elmi-fəlsəfi sistem kimi formalaşmasında böyük xidmətləri vardır.

Lakin mən sual edirəm. Haydegger dünya fəlsəfəsi bir yana dursun, alman fəlsəfəsində nə­yin başlanğıcını qoyub? Hansı böyük fəlsəfi məktəbin təməlində dayanır? Hansı xalqı qəflət yu­xu­sun­dan oyatmağa çalışıb? Hansı xalqın öz keçmişi nümunəsində ona milli özünütəsdiq impulsu ve­rib? Yaxud bütövlükdə düşüncə tərzində bir inqilab sayıla biləcək ictimai təbəddülat ya­ra­dıbmı? Xal­qı fəlsəfi və ictimai-siyasi özünüdərk səviyyəsinə yüksəltmək ki­mi ağır bir yükün altına gi­rib­mi? Öz əqidəsi yolunda ölüm şərbəti içibmi, yox­sa faşizm rejimi ilə rahatca əməkdaşlıqmı edib? Bun­ları ona görə so­ru­şu­r­am ki, dahilik təkcə fəlsəfə yazmaqla olmur, həm də əqidə qəhrəmanlığı tələb edir.

Digər tərəfdən, Haydegger Leybnitsi olan, Kantı olan, Hegeli olan bir xal­qın nümayən­də­si­dir. Və adlarını çəkdiyim və çəkmədiyim neçə-neçə bö­yük filosofun sırasında dursa, heç də hə­mi­şə birinci olmayacaq. Hətta öz döv­ründə də mənsub olduğu fenomenoloji təlimi də o yaratmayıb və öz mü­a­siri E.Husserlin tələbəsi kimi tanınır. Dil fəlsəfəsi, linqvistik analiz, her­me­nev­tika kimi sa­hə­lərdə də ya Vitqenşteyndən, ya Şleyermaxerdən sonra gə­lir. Hətta ekzistensializmi də Haydegger yaratmamışdır. Burada böyük bir fi­losoflar dəstəsinin; K.Yaspersin, Q.Marselin, J.-P.Sartrın və s.-in birgə səy­ləri nəzərə alınmalıdır.

Və nəhayət, Haydegger onu yetişdirən böyük alman xalqının böyük fəl­səfi ənənələrinə söykənməkdən əlavə, onu qiymətləndirə bilən, ona dəs­tək verən yüzlərcə böyük filosofun əhatəsində və «əlləri üzərində» bu mər­tə­bəyə qalxmışdır.

Haydegger ona qədər yüksək səviyyədə qurulmuş olan hazır fəlsəfə mü­hitində yazıb yaratmış və ancaq yaradıcılıqla məşğul olmuşdur. 87 il ömür sürən həyatının 65 ilini məhz fəlsəfi tədqiqata həsr edə bilmişdir. Hey­dər Hüseynovun isə belə rahat, məqsədyönlü tədqiqat üçün heç bir ay da sər­bəst vaxtı olmamışdır. O, fəlsəfə sahəsində nə yazıbsa, ancaq iki daş ara­sında yazmışdır.

Yadımdadır, böyük Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin 75 il­li­yi­ni qeyd etmək üçün Bakıda bir toplantı keçirilirdi. İştirakçılar onun haq­qın­da ürəklərindən gələn gözəl sözlər dedilər. Mən isə sadəcə bir sual verdim: – Necə düşünürsünüz, əgər o, Amerikaya köçməsə idi, ya Azərbaycanda, ya İranda qalsa idi, Zadə ola bilərdimi? Təbii ki, yox. Onda heç olmazsa, bir onun etnik mənşəyindən danışanda, bir də ona şərait yaradan, onu bu mər­tə­bəyə qaldıran mühitdən, Amerikadan danışaq.

Bəli, alimin də öz genetik potensialını reallaşdıra bilməsi üçün münbit mühit lazımdır. Haydegger üçün bu mühiti yarandanlar var idi. Heydər isə mühitin özünü yaradan idi.



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin