Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə67/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   63   64   65   66   67   68   69   70   ...   105
Heydər Hüseynov dühası

Bəli, 37-ci ildən sonra Azərbaycanda mədəni-mənəvi mühit də, fəlsəfi fikir məkanı da xışlanmış, şumlanmış bir sahəni xatırladırdı. Bu məkanı, bu mühiti Cavidlərdən, Cavadlardan təzəcə «təmizləmiş», başqalarına da görk etmişdilər. Belə bir vaxtda millətə xidmət olsa-olsa, bədii obrazlara, notlara bürünərək, labirintlərdən keçərək, dolayısı ilə söylənə bilərdi. Necə ki, bunu Üze­yir bəylər, Səməd Vurğunlar edirdi. Amma Heydər Hüseynov şair yox, bəs­təkar yox, filosof idi. O, fikirlərini daha aşkar şəkildə demək məc­buriy­yə­tində idi.

Bu gün ancaq ictimai-siyasi fikir tarixinin öyrənilməsi ilə və fəl­sə­fə­dən sadəcə bir dünyagörüşü kimi bəhs etməklə kifayətlənməyərək, müasir fəl­səfənin mürəkkəb problemlərindən, elmiləşmiş fəlsəfədən yazan tədqi­qat­çı­lar da var. Lakin onların heç biri nəyi isə sıfırdan başlayaraq yaratmır. İn­di­ki fəlsəfəçilər nə vaxtsa məhz Heydər Hüseynov tərəfindən əsası qo­yul­muş fakültələrdə, institutlarda, az-çox dərəcədə formalaşmış bir mühitdə ya­zıb-yaradırlar.

Heydər Hüseynovun dövründə, marksist-leninçi fəlsəfənin hakim ol­du­ğu bir şəraitdə və hər hansı bir millətçilik təzahürünə görə insanların təqib edil­diyi bir mühitdə milli-fəlsəfi fikirdən danışmaq və onu sanki marksizmə al­ter­nativ bir dünyagörüşü kimi təqdim eləmək, təbii ki, Kremlin ma­raq­larına uyğun ola bilməzdi.

Heydər Hüseynovun faciəsi nə üçünsə və kimlər tərəfindənsə Şeyx Şamillə, onun apardığı milli-azadlıq hərəkatına münasibətlə əlaqələndirilir. O vaxt bunu Mircəfər Bağırov belə edirdi. Bəs bu gün biz nə üçün bu amilin əsas səbəb kimi göstərilməsi ilə razılaşırıq? Axı, bu, daha çox dərəcədə bə­ha­nə idi. Əsas səbəb isə Heydər Hüseynovun açılmış imkanlardan əlahiddə də­rəcədə istifadə etməsi idi. Bəli, Mərkəzin məqsədi şumlanmış, yerlə-yek­san edilmiş bir mədəni-mənəvi məkanda bir millilik görüntüsü yaratmaq na­mi­nə üzdən gedən işlər idi. Lakin Heydər Hüseynov verilən fürsətdən «sui-is­tifadə» edir, millilik görüntüsü yaratmaq, hakim ideologiyanı sadəcə milli rəng­lərə boyamaqdansa, sözün həqiqi mənasında milli ruhun oyanışına xid­mət edirdi. Milli fəlsəfi fikir tarixini önə çəkməklə və üstəlik bu sahədə kadr­lar ordusu yaratmaqla milləti özünə qaytarırdı. (Bax, bu, alt qatdakı, ilk ba­xışda görünməyən səbəbdir.) M.Bağırovun Moskvanı qabaqlaması və xü­susi canfəşanlığı isə əvvəlki fəaliyyətinə və yüksək ideoloji hazırlığına gö­rə Mər­kəzin etimadını qazanmış bir şəxsin eyni zamanda millətin etimadını qa­zan­ması faktına qısqanclıqla yanaşmasından irəli gəlirdi. Şeyx Şamil əh­va­la­tı çoxdan olub getmiş və həmin dövrdə artıq təhlükə doğurmayan bir söh­bət idi. Bu baxımdan, Heydər Hüseynova münasibətin bir epiqrafla bağ­lan­ması onun rolunu və çoxşaxəli fəaliyyətinin əhəmiyyətini qat-qat aşağı salır.

Bu yazıda bizim məqsədimiz Heydər Hüseynovun xalq qarşısında xid­mət­lərini işıqlandırmaq deyil. Bu barədə öz fikirlərimizi biz əvvəllər də şərh et­mişik. Narahatlıq yaradan odur ki, gənclərimiz nə Heydər Hüseynovun öz əsər­lərini, nə də onun haqqında yazılmış olanları oxumadan fikir yürüdürlər. Fəl­səfi tədqiqat işi aparmazdan öncə bu fəlsəfə üçün bir məkan və mühit ha­zır­lanması zərurətini, elmin institutlaşmasına olan ehtiyacı, elm təş­ki­lat­çı­lı­ğı­nı dəyərləndirə bilmirlər.

Haydeggerləri yetişdirə bilmək üçün əvvəlcə onların mühitini yetiş­dir­mək lazımdır. Elmi-fəlsəfi mühit formalaşdırmaq və milli fəlsəfi düşüncə yo­lu­nu işıqlandırmaq isə yeni fəlsəfi təlim yaratmaqdan az iş deyil.

«İşə başlamaq işin yarısıdır». Heydər Hüseynov işin ən azı yarısını gör­dü, həm də böyük əzmlə, bir xalqın milli qüruru üçün, özünü dərk etməsi üçün və irəliyə baxa bilməsi üçün nə lazımdırsa, hamısını etdi. Sonrakı işi isə biz görməli idik. Əgər hələ indiyədək Haydeggerlərin fəlsəfəsinə alter­na­tiv təlimlər yarada bilmiriksə və hətta onları bütləşdiririksə, buna Heydər Hü­seynov neyləsin?!

Heydər Hüseynovları dəyərləndirməyin və yaşatmağın yeganə yolu isə bu gün ölkəmizdə müasir fəlsəfi fikrin varlığını təmin etməkdir.

İki dünya bir olsa...”



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin