Мцндярижат


Poeziya fikri qanadlandırır



Yüklə 4,15 Mb.
səhifə75/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   71   72   73   74   75   76   77   78   ...   105
Poeziya fikri qanadlandırır

Poetik ilham ilkin qığılcımın işığında dil aləmində cövlan etmək və onun bətnindəki ahəng sayəsində potensial fikir resurslarını da üzə çıxarmaq imkanıdır. Yəni burada fikrin subyekti şairin özü yox, dildir. Şair öz ilhamı ilə dil dünyasını işıqlandırır, sözlər müəyyən ahənglə ipə-sapa düzülür və fikri də arxasınca aparır. Fikir sanki öz-özünə süzülüb gəlir.


Şeir, sənət əzəl gündən sözün hüsnülə yoğrulmuş,

Zamanın sirri, sevdası onun qəlbində nəqş olmuş. (S.Vurğun)

­­­­

Bir daha vurğulamaq istəyirik ki, poeziyada «söz» haqqında deyilənlər əslində konkret bir dilin daşıdığı potensial imkana aiddir. Və bu imkan bütün dillərdə eyni deyil.

Söhbət hansı isə dildə yatan fəlsəfədən, fikir potensialından gedir.

Əlbəttə, bütün yükü dilin üzərinə qoymaqla şairin hansı isə ilkin ideyadan çıxış etmədiyini iddia etmirik. İlham sinkretik bir hadisədir. İlkin hissiyyat, təəssürat, ovqat şeirə çevrilmək üçün əvvəlcə hansı isə konkret bir ideya ətrafında lokallaşmalıdır. Bu mərhələdə ideyanın konturları hələ kəskin, dəqiq deyil, o hələ bir anlayış kimi tam formalaşmış olmur; daha doğrusu, söhbət hiss və ideyanın hələ tam ayrılmadığı ilkin mərhələdən gedir. Amma müəyyən bir ideya başlanğıcının olması əsas şərtdir. Necə ki, hər bir kristallaşma prosesi ancaq ilkin kristal zərrəsinin ətrafında gedir.




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin