Kitab Azərbaycanda Şərq-Qərb problematikasının sistemli şəkildə öyrənilməsinin əsasını qoyan böyük şərqşünas-alim Aida İmanquliyevanın 70 illik yubileyinə ithaf olunmuşdur. Kitabda Aida xanımın Şərq-Qərb problematikası ilə bağlı irəli sürdüyü məsələlər fəlsəfi prizmadan yeni bir yanaşma tərzi ilə təhlil edilir. Bu kontekstdə müəllif mövzunun fəlsəfi baxımdan anlaşılması üçün Şərq və Qərb romantiklərinin düşüncələrinə müraciət etməklə yanaşı, həmçinin məsələyə yeni rakurslardan izahlar verir.