Mcpphfxgcnx fegc znvil


UÇUŞLARDA TƏXİR VƏ NƏZMSİZLİK



Yüklə 0,92 Mb.
səhifə14/28
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#11618
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
UÇUŞLARDA TƏXİR VƏ NƏZMSİZLİK

Riyazdan uçuş namünasib bir vaxta–gecə saat 3-ə təyin edilmişdi. Hacılar dəstə-dəstə təyyarə meydanına gəlib təyyarəni gözləyirdilər ki, onları təyin olunmuş vaxtda Mədinəyə, yaxud Cəddəyə aparsın. Amma təyyarə meydana sübh saat 5-də oturdu və biz üç saat yarım təxirlə yola düşdük. Əlbəttə, başqa hacılardan da eşidirdik ki, onların da uçuşu təxirə salınıb və həccin bütün uçuşları təyin olunmuş vaxtdan bir neçə saat sonra olmuşdur. Bu da Səud hakimlərinin nəzmsizlik və inzibatsızlığı qəsdən törətdiklərinə bir sübutdur. Bəlkə də buna inana bilməyəsiniz ki, doslarımdan bəziləri iki gecə-gündüz təyyarənin gəlişini gözləyirdilər!

Şübhəsiz ki, belə nizamsızlıq müstəmləkəçi əllərin (camaat arasında nifrət və soyuq münasibət yaratmaq üçün) mövcud olduğunu göstərir.

Bu barədə indoneziyalı dostlarımdan biri nəql edirdi ki, İndoneziya dövləti bu ölkənini hacıları ilə çox sərt rəftar edir. Hacılar min bir zəhmətə qatlaşdıqdan sonra buraxılış vərəqəsi düzəldib müəyyən olunmuş vaxtda, məsələn, axşam saat 7-də ailəsi və qohum-əqrəbası ilə birlikdə aeroporta gəlirlər, amma saatlarla təyyarənin aeroporta gəlməsi üçün intizarda qalırlar. Bu intizar o biri günün sübhünə qədər davam edir, nəticədə yorğunluq onların canlarını üzür. Elə bu vaxt onlar mikrofondan bir nəfərin səsini eşidirlər: “Uçuş günortadan sonra saat 4-ə keçirilmişdir.”

Hacılar vədə verilmiş vaxtda aeroporta qayıtdıqa, yenə də saatlarla təyyarəni gözləməli olurlar. Birdən eşidirlər ki, təyyarədə texniki nasazlıq var və mühəndislər təyyarəni təmir etməyə məşğuldurlar. Buna görə də uçuşun vaxtı gecə saat 11-ə keçirilmişdir!!

Belə-belə oyunlar yalnız həcc mövsümündə ardıcıl surətdə təkrar olunur. Amma Amerikaya və ya Avropaya uçmaq istəyənlər üçün uçuş vaxtının hətta bir dəqiqəsi belə dəqiq bir plan üzrə izlənilir.

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin