Hacılar, viza düzəltmək üçün etdikləri çoxlu səy, çəkdikləri əziyyətdən sonra yeni bir böyük mane ilə rastlaşırlar. O da 1219 riyal Səudi pulu (=100 Küveyt dinarı və ya 130 İraq dinarı) ödəməkdir. Bu məbləğ təyyarə limanına buraxılış vərəqəsi almaq üçün alınır.
Təbiidir ki, bu məbləğdə pulun ödənilməsi hacılarda nifrət hissi oyadır, onları etiraz səslərini ucaltmağa məcbur edir. Şair deyir:
Məni qane edə biləcək bir cavab tapmadıqda üz-gözünü turşudub qışqırdı:–Sus! İstəmirsiniz həccə gəlməyin!
Bəli... Səudiyyə dövləti qulluqçularının Allah Evinin hacıları ilə etdikləri rəftar bax bu cürdür!
Aydındır ki, onlar dəlil və məntiq qarşısında məhkum olunduqda, zorakılığa, kobudluğa əl atırlar. İndi daha artıq məlumat üün hörmətli oxucuların diqqətini məndən alınan məbləğlərə cəlb edirəm:
Biletin bahalaşdığı üçün 46 dinar
Viza üçün 12 dinar;
Həcc vergisi üçün 100 dinar;
Cəmisi 158 dinar.
Bu məbləğin hesabı təyyarə limanında, Məkkə-Mədinə yolundakı yoxlanış məntəqələrində bizdən alınan məbləğdən ayrıdır.