Mcpphfxgcnx fegc znvil



Yüklə 0,92 Mb.
səhifə22/28
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#11618
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
QƏBRƏ NAMAZ QILMAQ

“Bəqi”yə, ziyarət məqsədi ilə getdiyim günlərin birində acınacaqlı bir mənzərəni müşahidə etdim. Bir mənzərə ki, heç vaxt unutmaram! Bir mənzərə ki, qəlbimi həmişəlik yaralamışdı. Nə gördüm? Bir nəfər ziyarətçi bir guşədə namaz qılmağa məşğul idi ki, nagəhan özünü üzdəniraq “əmr-be məruf və nəhy-əz münkər” adlandıran qrpun adamlarından biri ona tərəf yaxınlaşdı və rüku halında ikən, onu arxadan itələdi. Namaz qılan şəxsin yıxıldığını görüb qayıtdı. Ziyarətçi dönüb baxdıqda gördü ki, namazın batil olmasına bais olan həmin şəxs “əmr-be məruf və nəhy-əz münkər” qrupunun adamlarındandır. Ona nə desin?! Axı o, bir daşürəkli və diktator hökumətin məmurudur! O, əsəbiliyə və kin-küdurətə giriftardır!

Namaz qılan kişi bir söz demədi, çünki daha artıq təhqir olunmaqdan qorxurdu.

Amma mənim qeyrətim cuşa gəldi və qərara aldım ki, bu vəhhabi kişini belə cinayət və ədəbsiz, kobud işinə görə danlayam. Ona tərəf gedib salam verdim. Salamın cavabını ikrah hissi ilə, gözləri qəzəb və kindən hədəqəsindən çıxmış bir halda verdi. Ona dedim:–Eşitməmisən ki, Allah-Taala Quranda buyurur:

(Ey Peyğəmbər,) o kəsi gördünmü ki, namaza məşğul olan Allah bəndəsini məsxərə edib ona mane olurdu?” Niyə bu kişinin namazını batil edirsən? Halbuki, o, vəhyin nazil olma məhəllində öz Allahı ilə münacat edib Ona ibadət edir.

Dedi:–Haramdır, haram! Qəbrə namaz qılmaq haramdır! Başa düşmürsənmi?!

Dedim:–Kim deyir ki, haramdır?

Dedi:–Sus! Həcdə mübahisə və cədələ icazə verilmir.

Dedim:–İndi ki biz həcdə yox, Mədinədəyik. Bu ayə (mübahisəni qadağan edən ayə-
Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin