“Bəqi” qəbiristanlığına daxil oludum, Fatimeyi Zəhra (əleyha salam)-ın qəbri olmasına ehtimal verdiyim bir qəbrin yanında durub, səmimi qəlb və ürək yanğısı ilə məsum imamlardan gəlib çatan ziyarətnamələrdən birini oxumağa başladım. Deyilməlidir ki, Fatimə (əleyha salam)-ın qəbri bu günə kimi naməlum qalıb və onun barəsində bir neçə ehtimal vardır:
1-Ola bilsin ki, “Bəqi”dədir;
2-Ola bilsin ki, Peyğəmbərin qəbri ilə minbəri arasındadır;
3-Ola bilsin ki, “Beytül-Əhzan”dadır.
4-Mümkündür ki, başqa yerdə olsun.
Bilmək lazımdır ki, həzrət Zəhra (əleyha salam)-ın qəbrinin yerinin dəqiq surətdə məlum olmamasının səbəbləri barəsində çoxlu sual meydana çıxır. O cümlədən, görəsən bu məsələ təsadüfi bir məsələdir, yoxsa bir hədəfi və hikməti vardır?
Şübhəsiz, o xanımın qəbrinin yerinin naməlum qalması heç cür təsadüfi ola bilməz; əksinə, müəyyən bir hədəf üçün gizli qalmışdır. Səbəbi də budur: Həzrət Fatimə (əleyha salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra (hakimiyyət məsələsində) yaranmış vəziyyətdən narahat olmuşdu. O, Peyğəmbərdən nəql olunan onlarla rəvayət əsasında xilafətin Əli (əleyhissalam)-a məxsus olduğunu bilirdi. Buna görə də atasının vəfatından sonra onun başına çox müsibətlər gətirdilər. Buna görə də o xanım vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər və dəfn mərasimində iştirak etmək üçün müxaliflərə xəbər verməsinlər, qəbrin yerini də məxfi saxlasınlar.
Həqiqətdə həzrət Fatimə istəmirdi ki, müxaliflər dəfn mərasimindən sui-istifadə edib, öz hakimiyyətlərinə bir bəhanə gətirsinlər. Başqa sözlə, Fatimeyi Zəhra (əleyha salam) həyatı boyu mübarizə və qiyam mənşəyi olduğu kimi, istəyirdi ki, ölümü də hakimlərə qarşı bir növ etiraz əlaməti kimi cilvələnsin. Elə həmin səbəbə görə Əli (əleyhissalam)-a vəsiyyət etmişdi ki, onu gecə dəfn etsin və başqalarını dəfn mərasiminə dəvət etməsin. İmam da onun vəsiyyətinə əməl edib, qəbrini gizli saxladı. Buna görə də bu qəbrin yeri indiyə kimi naməlum qalmışdır. Əlbəttə, vəhhabilər iddia edirlər ki, o həzrətin qəbri “Bəqi”dədir. Bu barədə əlavə məlumat almaq üçün Fatimə (əleyhissalam)-ın həyatı ilə əlaqədar kitablara, o cümlədən İbahim Əmininin “Fatmeyi-Zəhra” kitabına müraciət edə bilərsiniz.
Nə isə, Fatimə (əleyhissalam)-ın qəbrini ziyarət etməklə məşğul idim ki, üzündə əzəmət və vüqar əlaməti olan yaşlı bir kişi (sonradan məlum oldu ki, Sudan alimlərindəndir və vəhhabilərin zəhərli təbliğatları ona təsir etmişdir) mənə yaxınlaşıb kobud səslə dedi:–Fatimeyi Zəhra haradadır? Daha bu xurafat nəyə lazımdır?! O, min ildən çoxdur ki, ölmüşdür, sən isə indi onu çağırırsan?! Dəli olmusanmı?!
Belə bir kobud rəftardan çox narahat oldum, amma bilirdim ki, o şeyxin günahı yoxdur, həqiqətdə vəhhabilərin zəhərli təbliğatları onu da aldatmışdır.
Dedim:–Mühüm deyil... İndiyə kimi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in həyat tarixini oxumusanmı?
Dedi:–Bəli, belə bir iftixara nail olmuşam.
Dedim:–Afərin! Bilirsənmiki, Peyğəmbər (səlləllahuəleyhivəalihivəsəlləm) “Bədr” döyüşündəöldürülənkafirlərincəsədlərinibirquyuyatökməyiəmretmişdi?
Dedi:–Bəli, məlum olur ki, siz təhsilli və fazil bir şəxssiniz.
Dedim:–Bilirsənmi ki, həzrət o quyunun kənarında durub ölülərə xitabən nə demişdi?
Şeyx əlini ağarmış saqqalına çəkib fikrə daldı. Elə bil ki, zehnində olanları yadına salmaq istəyirdi. Bir qədər sükutdan sonra dedi:–Bəli, həzrət bu barədə bir şey deyib, amma nə dediyi dəqiq yadımda deyil.
Dedim:-Mən bilirəm... Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) kafirlərin cəsədləri quyuya atıldıqdan sonra onlara xitabən dedi:
“Rəsulullah üçün necə də pis qonşular idiniz! Onu öz ev-eşiyindən didərgin salıb, əleyhinə qalxdınız, onunla döyüşə çıxdınız, həqiqətən Rəbbimin mənə verdiyi vədənin haqq olduğuna yəqin etdim.” Ömər dedi: “Bir söz eşitməyən cəsədlərlə necə danışırsan?” Peyğəmbər buyurdu: “Ey Xəttabın oğlu, Allaha and olsun, sən heç də onlardan yaxşı eştmirsən!” Ey şeyx, diqqət elədinmi?
Dedi:–Bəli. Sizin gözəl hafizəniz var. Çünki Peyğəmbərin sözlərini eynilə, olduğu kimi nəql edirsiniz.
Dedim:–Bu, ölülərin bizim sözlərimizi eşitmələrinə bir dəlil deyilmi?
Dedi:–Bəli.
Dedim:–Kafir ölüləri belə olanda, onda Peyğəmbərin gözünün işığı olan Fatimeyi-Zəhra barəsində nə deyirsən? Mümkün deyilmi ki, ona salam verən, yaxud ziyarət edən bir şəxsin səsini eşitsin?
Dedi:–İnan ki, indiyə qədər belə sözlər eşitməmişdim.
Sonra məni bağrına basıb üzümdən öpdü və dedi:–Qardaşım, bilmədiyim bir məsələni çox asanlıqla mənə başa saldın.
Dedim:–Həzrət Fatimə (əleyha salam)-ın qəbrini ziyarət etməyin düzgün bir məsələ olmasına başqa bir dəlil də vardır.
(“Ali-İmran” surəsinin 169-cu ayəsi də həmin mənanı təkidləndirir. Bundan əlavə, onda həqiqi həyatın xüsusiyyətləri bəyan olunmuşdur.)
Heyrətlə dedi:–Bu ayənin Fatimeyi-Zəhraya nə dəxli var? Ayə şəhidlər barəsindədir!
Dedim:–Bəli, Fatimeyi-Zəhra (əleyha salam) vilayət və imamət yolunun ilk şəhididir.
Əlimdən tutub son dərəcə təəccüblə dedi:–Məgər Fatimeyi-Zəhra şəhid olubdurmu? Mən bunu ömrüm boyu eşitməmişəm!
Dedim:–Bəli... indiyə kimi eşitmədiklərin eşitdiklərindən qat-qat çoxdur. Çünki qəsbkar dövlətlər və onların hiyləgərlik siyasətləri bu həqiqətin yayılmasına mane olmuşdur. Sizin əlinizdə olan tarix naqis və təhrif olunmuş bir tarixdir. İslamın bir çox hadisə və məsələləri sizin üçün tanınmaz və naməlum qalmışdır.
Dedi:–Nə danışırsan?!
Dedim:–Əgər bu həqiqətlərdən agah olmaq istəyirsənsə, tələsmə, sənin üçün aydınlaşdıraram.
Dedi:–Allaha and olsun, mən həqiqəti axtarıram!
Dedim:–Onda bil ki, Fatimeyi-Zəhra (əleyha salam) şəhid olmuşdur.
Dedi:–Kim cür”ət edib onu öldürmüşdür? Məgər o, Peyğəmbərin qızı deyildirmi?!
Dedim:–Bəli, o, Allah Rəsulunun qızı idi və Peyğəmbərin yanında böyük və ali məqam sahibi idi. Buna baxmayaraq, onu öldürdülər.
Söz bura çatanda gözləri yaşla doldu, ağlaya-ağlaya dedi:–Onu nə üçün öldürdülər? Sən Allah, mənə de, axı niyə?
Dedim:–Fatimeyi-Zəhra (əleyha salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra Həzrət Əli (əleyhissalam)-ın canişin və xilafətinə təkid edir və onun vilayətini müdafiə edirdi. O, bu barədə camaatı ayıltmağı özünə bir vəzifə hesab edirdi. O, Həzrət Əli (əleyhissalam) ilə birlikdə ənsarın evlərinə gedib “Qədir-Xum” hadisəsini və Əli (əleyhissalam)-ın Peyğəmbərin canişini kimi təqdim olunduğu digər əhvalatları onlara xatırladırdı. Bu səbəbə görə onun qarşısında çoxlu çətinliklər və təzyiqlər yaratdılar, “Fədək”-i ondan aldılar. Həzrət Zəhra (əleyha salam)-ın (Peyğəmbərin vəfatından sonra) gördüyü ən böyük müsibət, İslam ümmətində icad olunan bu böyük əyinti (əyrilik) idi.
O, Peyğəmbərin sadə yaşayış tərzinin necə yaddan çıxarıldığını yaxşıca görürdü. Elə bil görmüşdü ki, əgər bu işlər belə davam edərsə, gələcəkdə İslamı müdafiə etmək bir günah sayılacaq, əbuzərlər sürgün olunacaq, dünya malına hərislik, ayrı-seçkilik, cahiliyyət adət-ən”ənələri yenidən canlanacaq, əbu süfyanlar yenidən diriləcək, müaviyələr hakim olacaq. Əli (əleyhissalam), Əbuzər, Əmmar, Salman, Bilal və s. hakimiyyətdən uzaqlaşdırılıb yezidlər və müaviyələr hakim olacaq.
Onun məqsədi bu əyriliklərin kökünü kəsmək idi. Elə onun Əli (əleyhissalam)-ı müdafiə etməsi də bu niyyətlə idi. Buna görə də İslamı müdafiə etmək üçün yorulmaz mübarizələrini başlamışdı.
Mübarizə əzab-əziyyətsiz mümkün deyil, buna görə də bu yolda o həzrət üçün çoxlu müsibətlər və giriftarçılıqlar icad etdilər. Bu müsibətlər də axırda onun şəhid olmasına gətirib çıxartdı...
Beləliklə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra Fatimə (əleyha salam)-ın başına gətirilən müsibətlərin bir qismini o şeyx üçün aydınlaşdırdım. O, bu sözlərdən çox kədərləndi və yanaqlarından göz yaşı axmağa başladı. Sonra dedi:–And olsun Allaha, səndən eşitdiklərim mənim üçün çox gözlənilməz idi.
Dedim:–Bəli, sən və bu həqiqəti eşidən hər kəs üçün gözlənilməzdir.
Dedi:–And olsun Allaha, inan ki, söhbətimiz əsnasında sənin tarixi hadisələrə agah olduğuna yəqin etməsəydim, şəksiz sözlərini rədd edəcəkdim.
Gülümsəyib dedim:–Aram ol, həqiqəti bilmək istəyirsən?
Dedi:–Bəli, istəyirəm!
Dedim:–Onda kor-koranə, yersiz təəssübdən əl çək və həvayi-nəfsə tabe olma!
Dedi:–Söylədiklərinin düz olmasını haradan bilim?
Dedim:–Dediklərimin hamısı müxtəlif mənbələrdə və kitablarda mövcuddur.
Dedi:–Bunları hansı kitabdan nəql edirsən?
Dedim:–Kitab çoxdur... Amma indi onlara əlim çatmaz.
Dedi:–Mədineyi-münəvvərədə çoxlu kitabxana və kitab dükanları var. Lazım olan kitabları tapa bilərik.
Dedim:–Əlbəttə, bir şərtlə!
Dedi:–Hansı şərt?
Dedim:–Həqiqət sənin üçün aydınlaşandan sonra onu qəbul edib müxalifət də etməyəsən.
Dedi:–Eybi yoxdur, söz verirəm ki, bu şərtə əməl edəm.
Dedim:–Allahı bu dediklərinə şahid tutursanmı?
Dedi:–Bəli.
Bu vaxt “Bəqi”dən xaric olduq. Allahdan istəyirdim ki, lazım olan kitabı tapmaqda mənə kömək etsin. Gəzə-gəzə gəlib bir kitab dükanına yetişdik.
Tez o dükana girdim və üçüncü hicri əsrinin alimlərindən və böyük sünnü tarixçilərindən olan İbni Qüteybə Dinəvərinin “Əl-imamətü vəs-siyasət” kitabını soruşdum. Xoşbəxtlikdən orada həmin kitab var idi. Sevincək halda onu aldım və birinci cildinin 19-cu səhifəsindəki yazıları şeyxə göstərdim: “Əbu-Bəkr bey”ətdən boyun qaçırıb Əlinin (kərrəməllah vəchəh) evində toplaşanlardan bey”ət almaq üçün Öməri göndərdi. Ömər Əlinin evinə gəldi və oradakıları bey”ətə dəvət etdi, amma onlar evdən çıxmadılar...”
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in rehlətindən sonra baş verən hadisələri o kitabdan şeyx üçün oxudum, sonra kitabı ona verdim ki, qalanını da özü oxusun. Ona dedim:–Gərək biləsən ki, bu kitabın müəllifi bu faciənin yalnız kiçik bir qismini bəyan etmiş, öz qərəzli fikrinə görə bu acı həqiqətin incəliklərinin hamısını yazmamışdır.
Dedi:–Hansı incəlikləri?
Dedim:–Onları burada (küçədə) açıb şərh etməyə fürsət yoxdur. Amma bil ki, Həzrət Zəhra (əleyha salam) bu müsibət və hadisələrin təsiri nəticəsində yatağa düşüb 18 yaşında ikən dünya ilə vidalaşdı! Beləliklə də Fatimeyi Zəhra (əleyha salam) imamət yolunun ilk şəhidi sayılır.
Şeyx o həzrətin başına gətirilən müsibətləri eşidəndə qüssələnib narahat oldu. Hiss olunurdu ki, onda qəlbən bir dəyişiklik yaranmış və öz nadürüst fikirlərində şəkkə düşmüşdür.
Ona dedim:–Ey şeyx, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra baş vermiş acı hadisələr doğrudan da qəmli hadisələrdir və hər bir müsəlmanın qəlbini ağrıdır.
İslama yenicə üz gətirən müsəlmanların bəziləri İslam təlimlərini lazımınca öyrənə bilmədilər. Çünki fürsət axtaranların əllərinə yaxşı şərait düşmüşdü. Belə ki, “Ühüd”, “Bədr”, “Xəndək” və s. müharibələrində İslama qarşı çıxan və ağır məğlubiyyətlərdən sonra çarəsizlikdən İslama təslim olan ə”yan-əşraflar yarım əsrdən sonra yenidən böyük İslam imperatorluğuna hakim oldular.
Onlar hətta Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in övladlarını Kərbəlada nahaq yerə öldürdülər, arvad-uşaqlarını əsir etdilər... Hər bir şəhərdə və ya kənddə Əli (əleyhissalam)-ın dostlarını tutub qaranlıq zindanlarda şəhadətə yetirirdilər. Özü də bu işlərin hamısını “İslam” adı ilə görürdülər!
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra qarşıya çıxan məsələlər Əhli-Beyt (əleyhimussalam)-ın öz qanuni haqlarından məhrum olmalarına səbəb oldu. Bu cəhətdən müsəlmanlara ağır xəsarətlər dəydi.
Ey şeyx, indi ki, haqq sənin üçün aydınlaşdı, məbada onu atıb batili tutasan! Həvayi-nəfsin ardınca getmə! Və əvvəldəki şərtimizi unutma!
Bu barədə Allah-Taala buyurur:
“Möminlər o kəslərdir ki, öz əmanətlərinə və əhd-peymanlarına riayət edərlər.”1
Beləliklə, onu öz müqəddəratını təyin etməkdə azad buraxdım. Nəhayət, Allah-Taala onu hidayət etdi, gözü haqq nuru ilə işıqlandı və həqiqətin, Allah-Taalanın paklığa çıxartdığı imamların ardınca getdi. Bu, dəlil-sübut ilə mübahisəyə girişən, məntiqi sözü qəbul edən və onun əsasında əməl edən hər bir düşüncəli insanın xüsusiyyətidir.
Bu üslub İslamın istifadə etdiyi və onunla haqqa dəvət etdiyi bir üslubdur.
İslam dəlil, sübut və məntiqi dindir... İnsanları onunla Haqqa dəvət etmiş, təfəkkür etməyə çağırmış və onları hər cür təəssübdən çəkindirmişdir. Qurani-Kərimdə bu insaniyyət üslubu aşkar şəkildə görünür:
“Asimanların və yerin yaradılışında, gecə-gündüzün dolanmasında əql sahibləri üçün (ilahi) nişanələr vardır.”2
Bu ayədə qeyd olunan “əql sahibləri” o kəslərdir ki, dəlil və sübut (yəni asimanların və yerin yaradılışında və gecə-gündüzün gəlib-getməsində təfəkkür etmək) yolu ilə Allaha iman gətirirlər.
Müşrik və inadkarların barəsində isə buyurur:
“Axirəti inkar etdilər, hansı ki, özlərinin ona yəqinləri var idi”.3
Bu ayə göstərir ki, təəssübkeşlər və inadkarlar həvayi-nəfsin (nəfsani istəklərin) ardınca gedərək dəlil, əql və vicdan ilə müxalifət edirlər.
Buna görə də, ey qardaş, gərək İslamın dəvət etdiyi üsluba tabe olub çəkindirdiyi şeylərdən uzaq olasan.