Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 29.91 Kb.
tarix20.06.2018
ölçüsü29.91 Kb.

Kimya məktəbdə




RİYAZİYYAT VƏ KİMYA FƏNLƏRİNİN TƏDRİSİNDƏ FƏNLƏRARASI İNTEQRASİYANIN

BƏZİ XÜSUSİYYƏTLƏRİ
M.A. Sultanova

Avropa Azərbaycan məktəbinin riyaziyyat müəllimi

V.S. Əliyev

Elitar Gimnaziyanın kimya müəllimi, k.e.n.
İnteqrasiya təhsil islahatının əsas prinsiplərindən biridir.Ümumtəhsil məktəblərində fənlərin məzmunu və strategiyalarının hazırlanmasında ona istinad olunur. İnteqrativ təlim şagirdlərin biliklərinin dərinləşdirilməsinə və sistemləşdirilməsinə, yeni assosiativ əlaqələrin yaradılmasına, onların həyati bacarıqlarının inkişafına geniş imkanlar açır, peşə hazırlığına, istənilən peşəni mənimsəmələrinə əhəmiyyətli təsir göstərir. Bunlarla yanaşı, fənn üzrə inteqrasiya şagirdlərin məntiqi təfəkkürünün formalaşmasında, mülahizə yürütmə, məntiqi əsaslandırma, isbatetmə bacarıqlarının aşılanmasında, tədrisin səmərəliyinin yüksəldilməsində, şagirdlərin fənnə marağının artırılmasında, təlim keyfiyyətinin inkişaf etdirilməsində mühüm rol oynayır.

Fənlərarası inteqrasiya şagirdlərin biliyini sistemə salmağa, real aləm haqqında onlarda tam mənzərə yaratmağa, hadisələrin qarşılıqlı əlaqəsini formalaşdırmağa kömək edir. O şagirdlərin məntiqi mühakiməsinin inkişafında, bir-birinə yaxın elmlərin öyrəndikləri anlayışların dərinləşməsində, eyni materialın müxtəlif fənlərdə təkrarına yol verməməkdə, qarşılıqlı əlaqədə olan hadisələrin öyrənilməsinə kompleks yanaşmaqda və sair məsələlərdə böyük rol oynayır.

Bu məqalədə riyaziyyat fənninin kimyaya inteqrasiyasının bəzi xüsusiyyətlərinə baxılır. Riyaziyyat fənninin kimyaya birtərəfli inteqrasiyası iki yolla həyata keçirilir:

I. Birbaşa inteqrasiya. Riyaziyyatın uyğun mövzularının kimya fənninin müəyyən mövzularının tədrisində birbaşa istifadə edilməsi. Bunsuz kimyanın həmin mövzularını tam aydınlaşdırmaq və hesablama aparmaq mümkün deyil.

II. Dolayı yolla inteqrasiya. Bu halda riyaziyyatın müəyyən mövzularının prinsipcə kimya fənninin müəyyən mövzularının izahında, test tərtibində istifadə edilməsi.

Deyilənləri misallarla izah edək.



I. Birbaşa inteqrasiya.

1. Üstlü tənliklərin həlli qaydasının Vant-Hoff tənliyi üzrə hesablamalarda istifadəsi.



Misal 1.Temperatur əmsalı 3 olan reaksiyanın temperaturunu 1200C-dən neçə dərəcəyə qaldırmaq lazımdır ki, reaksiyanın sürəti 81 dəfə artsın?

İzahı:Vant- Hoff tənliyini yazaq. Bu tənlik də verilənləri yerinə yazaraq üstlü tənliklərin həlli qaydasından istifadə etməklə t2-ni hesablayırıq:, 81=34kimi yazsaq ondaolar. Bərabər qüvvətlərin əsasları bərabərdirsə üstləri də bərabər olmalıdır. Onda, buradan t2=160.

2. Funksional asılılıqların formullar üzrə hesablamalara tətbiqi.



Misal 2.Qrafikə əsasən 2 mol FeaOb oksidində olan atomların sayını hesablayın.

Ar(Fe)=56; Ar(O)=16



A)3,01∙1024 B) 6,02∙1024 C)6,02∙1023 D) 2,04∙1024 E) 3,01∙1025



İzahı: Göründüyü kimi test tapşırığı funksional asılılıqlar əsasında tərtib edilmişdir. Test tapşırığının həllidə funksional asılılıqlar əsasında aparılır.

Qrafikə əsasən buradan ɑ:b=2:3. Onda oksidin formulu Fe2O3 olar.

Formuldan göründüyü kimi oksidin 1 molunda 5 mol atom var, 2 molunda =10mol.

N = ∙NA = 10∙6,02∙1023 = 6,02∙1024



Doğru cavab: B

II. Dolayı yolla inteqrasiya. Bu tip inteqrasiyada riyaziyyatın müəyyən mövzuları kimya fənninin bir çox mövzularının izahında dolayı yolla istifadə edilir. Kimyada bir çox asılılıqların riyazi tənliyi yoxdur. Belə hallarda funksional asılılıqların elementlərindən və prinsiplərindən(xassələrindən) istifadə etmək lazım gəlir. Riyaziyatdan funksional asılılıqları dərk etmədən, onu tətbiq etmək bacarığı olmadan kimyada bir çox asılılıqların mahiyyətini dərk etmək, bu asılılıqların təxmini qrafikini qurmaq çətin olur. Bəzən, hətta müəllimlər tərəfindən, səbəb (arqument dəyişməsi) və nəticə (funksiya dəyişməsi) anlayışları qarışdırılır. Ona görə də müəyyən parametrlər arasında asılılıq qrafiki qurarkən səhv olaraq səbəbkar parametr (sərbəst dəyişən, arqument) ordinat oxunda, nəticə (asılı dəyişən, funksiya) isə absis oxunda göstərilir.

Müəyyən parametrlər arasında dəqiq asılılıq yoxdursa, yalnız ümumi asılılıq məlumdursa, onda, funksional asılılıqların xassələrindən istifadə etməklə qrafik qurmaq olar. Bir neçə misala baxaq.



Misal 3. ZnCl2 məhluluna NaOH əlavə etdikdə əmələ gələn Zn(OH)2 –nin mol sayının NaOH-ın kütləsindən asılılıq qrafikini göstərin.

A)B)C)D)E)



İzahı: ZnCl2 məhluluna NaOH əlavə etdikdə Zn(OH)2 çöküntüsü əmələ gəlir və onun miqdarı ZnCl2 tam reaksiyaya girənədək artır.

ZnCl2 + NaOH → Zn(OH)2 + H2O Lakin, sonra, əmələ gələn Zn(OH)2 NaOH-ın artığı ilə reaksiyaya daxil olaraq, zaman keçdikcə miqdarı azalır.

Zn(OH)2 + 2 NaOH → Na2ZnO2 + 2H2O Ona görə də Zn(OH)2-in mol sayı əlavə edilən NaOH-ın kütləsi artdıqca əvvəl artır, sonra isə azalır. Yəni, C distraktorundakı asılılıq bu prosesi əks etdirir.

Misal 4. X hansı maddədir?

A)CH3OH B)CH4 C)C2H6 D)C2H5OH E)C3H8



İzahı: Qrafikdən görünür ki, 2 mol X maddəsinin yanma reaksiyasının reaksiyaya daxil olan və reaksiyadan alınan məhsulların mol sayının dəyişməsinin zamandan asılılıq qrafiki verilmişdir. Göründüyü kimi, 2 mol X maddəsinin yanmasına 3 mol O2 sərf olunur, 2 mol CO2 və 4 mol H2O alınır. Onda, 1 mol X maddəsinin yanmasına 1,5 mol O2 sərf olunar, 1 mol CO2 və 2 mol H2O alınar. Deməli, X maddəsinin 1 molunda 1mol-atom C və 4 mol-atom H var. Məhsulların tərkibində 4 mol-atom O var, lakin onun 3 mol-atomu yanmaya sərf olunandır. Onda X maddəsinin 1 molunda 4-3=1 mol-atom oksigen var imiş. Maddənin empirik formulu CH4O kimi olar. Bu da A distraktorunda verilmiş CH3OH formuluna uyğun gəlir.

Misal 5.
KOH-ın isti məhlulundan xlor buraxdıqda reaksiya məhsullarının mol sayının zamandan asılılıq qrafikinə əsasən nə doğrudur?

I Y KCl-dur

II X H2O-dur

III Z KClO3-dür

A) yalnız III B)I, II C)I, III D)yalnız I E)II, III

İzahı: Qrafikdə isti KOH məhlulu ilə xlorun reaksiya məhsullarının mol sayının zamandan asılılığı verilmişdir. Test tapşırığına cavab vermək üçün reaksiyanın tənliyini yazmaq lazımdır.

3Cl2 + 6KOH 5KCl + KClO3 + 3H2O


Riyaziyyat fənnindən funksional asılılıqları araşdıra bilən şagird reaksiya tənliyi üzrə əmələ gələn maddələrin əmələ gəlmə sürətlərini müqayisə etməyi bacarır və müəyyənləşdirir ki, sürəti daha çox olan X – KCl, sürəti ondan az olan Y – H2O və sürəti ən az olan Z isə KClO3-dür. Deməli, doğru cavab: D.

İstifadə edilmiş ədəbiyyat:


1. V.M.Abbasov, M.M.Abbasov və b.VIII sinif üçün kimya dərsliyi.2010-cu il.

2. Zülfiyyə Veysova, Fəal/interaktiv təlim;UNİSEF,Azərbaycan Respublikası Təhsil Nazirliyi.

3. M.C.Mərdanov,M.H.Yaqubov və b.Cəbr 7.2003-cü il.

4.M.C.Mərdanov,M.H.Yaqubov və b.Cəbr 8. 2003-cü il.

5.M.C.Mərdanov,M.H.Yaqubov və b.Cəbr və analizin başlanğıcı 10. 2003-cü il.

6. P.Paşayev.Təbiət elmlərinin əlaqəli öyrənilməsi.1977-ci il.



НЕКОТОРЫЕ ОСОБЕННОСТИ МЕЖПРЕДМЕТНОЙ ИНТЕГРАЦИИ

В ПРЕПОДАВАНИИ МАТЕМАТИКИ И ХИМИИ
М.А. Султанова, В.С. Алиев
АННОТАЦИЯ
В статье описываются некоторые особенности интеграции математики в преподовании химии, рассматриваются различные подходы при применении материалов пройденныхна уроках математики в преподавании определенных тем и составлении тестовых заданий по химии.

SOME FEATURES OF INTERDISCIPLINARY INTEGRATION IN TEACHING

MATHEMATICS AND CHEMISTRY
M.A.Sultanova, V.S.Aliyev
SUMMARY
This article deals with some characteristics of integration of mathematics to teachinq of chemistry, different ways of usage of the materials learned during the math lessons in some chemistry topics and in the drawing up of tests.

Açar sözlər: kimyanın tədrisi, inteqrasiya, üstlü tənliklər, funksional asılılıqlar,Vant-Hofftənliyi,qrafiklər, hesablama.
Ключевые слова: методика преподaвания химии, интеграция, показательные уравнения, функциональные зависимости, уравнение Вант-Гоффа, графики, вычисление.
Key words: methods of teachingchemistry, integration, exponentialequation, functionaldependencies,Vant Hoff equation, graphics, calculation.






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə