VI. DƏFN ÜÇÜN MÜAVİNƏT
90. Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir. [98]
Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.
Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir.
91. Əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət mərhumun yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən, sığortaolunan vəfat etdikdə isə sığortaedənin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən onun ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.[99]
92. Hamiləliyin 180-ci günü tamam olanadək uşaq salınarsa dəfn üçün müavinət verilmir.[100]
93. Dəfn üçün müavinət qanunvericilikdə müəyyən olunmuş qaydada və məbləğdə verilir və müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır. Pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən ödənilir.[101]
94. Müddətli həqiqi hərbi xidmətə çağırılan işçi, yaxud onun ailə üzvü öldükdə dəfn üçün müavinət, müavinət üçün müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.
95. Ali və orta ixtisas müəssisələrində, magistraturada (doktoranturada), rezidenturada və ya ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan şəxsin özü, yaxud onun ailə üzvüvəfat etdikdə dəfn üçün müavinət işçiyə verilən qaydada və miqdarda verilir.[102]
Dostları ilə paylaş: |