Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə



Yüklə 59,47 Kb.
səhifə1/16
tarix10.01.2022
ölçüsü59,47 Kb.
#108441
  1   2   3   4   5   6   7   8   9   ...   16

  “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

 “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 

2. Müəyyən edilsin ki, bu Əsasnamənin tətbiqi ilə bağlı izahatlar Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir.

3. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

3.1. II bölmənin 6-cı bəndinin üçüncü abzasında birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir.”;

3.2. təlimatın mətnində “həkim-əmək ekspert komissiyası” sözləri “tibbi-sosial ekspert komissiyası” sözləri ilə əvəz edilsin.

4. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 3 nömrəli əlavələr, “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 3 iyul tarixli 158 nömrəli qərarının II bölməsi qüvvədən düşmüş hesab edilsin.

 


Yüklə 59,47 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin