«MƏDƏNİYYƏt haqqinda»



Yüklə 13,3 Kb.
tarix07.01.2022
ölçüsü13,3 Kb.
#85486

«MƏDƏNİYYƏT HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun qəbul edilməsini təmin etmək məqsədilə ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

- qüvvədə olan qanunvericilik aktlarının «Mədəniyyət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması qaydası barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ–hüquqi aktlarının «Mədəniyyət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikası Prezidentinə məlumat versin;

- «mədəniyyət haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.



2. Müəyyən edilsin ki:

- «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

- həmin qanunun 16-cı maddəsində, 32-ci maddəsində birinci və üçüncü hissələrində, 36-cı maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 38-ci maddəsinin birinci və üçüncü hissələrində və 47-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

- həmin qanunun 17-ci maddəsinin ikinci hissəsində, 34-cü maddəsinin dördüncü hissəsində və 36-cı maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirir;

- həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsində, 34-cü maddəsinin üçüncü hissəsində, 35-ci maddəsinin ikinci, üçüncü və altıncı hissələrində, 36-cı maddəsinin ikinci hissəsinin üçüncü cümləsində və üçüncü hissəsində; 37-ci maddəsinin birinci, ikinci və dördüncü hissələrində, 38-ci maddəsinin ikinci hissəsində və 39-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi həyata keçirirlər;

- həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi həyata keçirir;

- həmin Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Mədəniyyət Nazirliyi, Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi həyata keçirirlər;

- həmin qanunun 28-ci maddəsinin beşinci hissəsində və 29-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini tabeliklərində mədəniyyət müəssisələri olan Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, idarələri, konsertləri və şirkətləri həyata keçirirlər;

- həmin Qanununun 51-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanla»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Mətbuat və İnformasiya Nazirliyi həyata keçirirlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının Prezidentinə aşağıdakıların icrası barədə məlumat versin:

- «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş milli mədəniyyət sərvətlərinin mühafizəsinin və onlardan istifadənin, habelə milli mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasından kənara çıxarılmasının qaydalarını bir ay müddətində təsdiq etsin;



- həmin Qanunun 34-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınmasının qaydasını bir ay müddətində təsdiq etsin.

4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə tapşırılsın ki, «Mədəniyyət haqqında» Azərbaycan Respublikasının Qanunu və bu fərman ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həlli üçün lazımi tədbirləri həyata keçirsinlər.
Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 aprel 1998-ci il
Yüklə 13,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin