Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ilin birinci yarısında gördüyü işlər haqqında hesabat


Beləliklə, 6 nominasiyada iştirak edən Azərbaycan kitabı 5 mükafat qazanmışdır



Yüklə 353,1 Kb.
səhifə7/15
tarix04.01.2022
ölçüsü353,1 Kb.
#57675
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Beləliklə, 6 nominasiyada iştirak edən Azərbaycan kitabı 5 mükafat qazanmışdır.


2012-ci ilin birinci yarısında Nazirliyin tabeliyində olan “Mədəniyyət” qəzeti və “Mədəni həyat” jurnalı vaxtlı-vaxtında nəşr olunmuş, öz səhifələrində ölkəmizin mədəni həyatında baş verən hadisələrə dair maraqlı yazılar dərc etmişlər.

“Mədəniyyət” qəzeti Novruz bayramı ilə əlaqədar illüstrasiyalı, rəngli xüsusi buraxılış nəşr etmişdir.



“Mədəniyyət” kataloqunun növbəti beşinci sayı nəşrə hazırlanmışdır.

2012-ci ilin birinci yarısında Mədəniyyət və Turizm Nazirliyinin ən geniş sahələrindən biri olan kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi Nazirliyin fəaliyyətində prioritet istiqamətlərdən biri olaraq qalmışdır.


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş “Azərbaycan-2020: gələcəyə baxış” Konsepsiyasının Kitabxana-informasiya bölməsinə dair təkliflər hazırlanmış və təqdim edilmişdir. Təkliflərdə ölkə kitabxanalarının mövcud vəziyyəti, əldə olunmuş nailiyyətlər, kitabxana-informasiya sahəsində qəbul olunmuş Dövlət Proqramı, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının icra vəziyyəti, kitabxana-informasiya sahəsində qabaqcıl beynəlxalq təcrübə, 2020-ci ilədək olan dövrü əhatə edən mövcud problemlərin həlli yolları, həyata keçirilməsi zəruri olan tədbirlər, perspektiv inkişaf istiqamətləri və s. öz əksini tapmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq respublikanın bütün şəhər və rayon MKS-lərinin strukturunun təkmilləşdirilməsi və kitabxana filiallarının birləşdirilməsi işi həyata keçirilmişdir. Sözügedən layihənin icrasında şəhər (rayon) MKS-lərinə Nazirlik tərəfindən hərtərəfli metodiki və təşkilati dəstək göstərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.1. bölməsində kitabxana fondlarının müasir informasiya daşıyıcıları ilə (elektron kitablar, CD, DVD) zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar verilmişdir.


Hesabat dövründə kitabxanaların multimedia fondlarının zənginləşdirilməsi məqsədi ilə mühüm işlər həyata keçirilmiş və Dövlət Proqramının icrasına uyğun olaraq layihənin icrasına başlanmışdır.

Layihə çərçivəsində M.Seyidzadə adına uşaq kitabxana filialı-kitab mağazasında şəhər (rayon) kitabxanalarının multimedia nəşrləri ilə zənginləşdirilməsi məqsədi ilə multimedia resurslarının (CD, DVD, elektron kitab, elektron dərslik) satışı, habelə Azərbaycan və rus dillərində hazırlanmış multimedia tədris resurslarına abunə yazılışı təşkil edilmişdir.

“Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli Qərarına uyğun olaraq şəhər (rayon) kitabxanalarının strukturları təkmilləşdirilmiş və kitabxanalarda yeni şöbələr (Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırıllması, İnformasiya-Resurs) və ştatlar (multimedia mütəxəssisi, operator, kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis, sistem inzibatçısı, proqramçı) yaradılmışdır.

Nazirliyin sisteminə daxil olan respublika əhəmiyyətli kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində əməli işlər həyata keçirilir. Bu məqsədlə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasına, Respublika Gözdən Əlillər Kitabxanasına, Bakı şəhəri, Sabunçu rayon MKS-nə, Quba, Masallı, Ağdam, Ucar, Qobustan, Ağsu, Cəbrayıl, Daşkəsən, Xızı, Laçın, Şuşa, Beyləqan, Füzuli rayon MKS-lərinə kompyuter, printer, skaner və s. avadanlıqlar əvəzsiz olaraq verilmişdir.

Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə gerçəkləşdirilən “Azərbaycanın ədəbi irsinin virtual bazası” layihəsi Xarici İşlər Nazirliyi ilə birgə həyata keçirilir. Bununla əlaqədar Azərbaycan muzey və kitabxanalarında saxlanılan müvafiq kitabların elektron versiyalarının hazırlanması və onların İnternet səhifəsində yerləşdirilməsi üçün təklif olunan kitabların siyahısı hazırlanaraq Xarici İşlər Nazirliyinə təqdim edilmişdir.


Xocalı faciəsinin 20-ci ildönümü respublikanın bütün kitabxanaları tərəfindən qeyd olunmuş, kitabxanalarda kitab sərgiləri, ədəbi-bədii gecələr, dəyirmi masalar keçirilmiş, kitabxanaların Veb-saytlarında Xocalı faciəsi haqqında geniş məlumatlar yerləşdirilmişdir.

Nazirlik tərəfindən Dövlət Proqramının icrası məqsədi ilə yaradılmış veb-saytların və Elektron kataloqların monitorinqi aparılmış, monitorinq nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə monitorinqin nəticələri şəhər, rayon MKS-lərinə göndərilmiş və müvafiq tapşırıqlar verilmişdir.

Kitabxanaçıların təhsili, o cümlədən bilik və bacarıqlarının inkişafına Nazirlik tərəfindən xüsusi önəm verilmişdir. Bununla əlaqədar Rusiya Federasiyasının Mədəniyyət, İncəsənət və Turizm İşçilərinin Yenidən Hazırlanması Akademiyası tərəfindən 10 Azərbaycan mütəxəssisi üçün “Kitabxanaların fəaliyyətində İnternet-texnologiyalarının tətbiqi” proqramı üzrə distant təhsil kursu təşkil olunmuş və kitabxanaçılar sözügedən kurslarda iştirak etmişlər.

Azərbaycan kitabxanaları üçün zəruri olan hazır biblioqrafik təsvirlərin Rusiya Milli Kitabxana İnformasiya Mərkəzindən (LİBNET) alınması sözügedən təşkilatla razılaşdırılmışdır.

Bundan əlavə, Azərbaycan Milli Kitabxana İnformasiya Mərkəzi (AZLİBNET) yaradılmışdır. Artıq AZLİBNET-in veb-saytı hazırlanmış, toplu kataloqun yaradılmasında bir sıra işlər görülmüşdür.

Hesabat dövründə, Rusiya Dövlət Kitabxanası, habelə Rusiya Xarici Ədəbiyyat Kitabxanasının rəhbərliyi və tanınmış kitabxana mütəxəssisləri Azərbaycanda səfərdə olmuş, respublikanın aparıcı kitabxanalarında görüşlər keçirmiş və Azərbaycan kitabxanaçıları ilə fikir mübadiləsi aparmışlar.

Həmçinin, Türkiyənin Alaniya kitabxanasına Azərbaycan, onun mədəniyyəti, tarixi, turizmi, adət və ənənələri, dövlətçiliyi barədə müxtəlif kitablar və elektron nəşrlər göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı  üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.2.17 və 2.6.14 bəndlərinin icrası məqsədi “Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar” adlı kitabçanın ingilis və rus dillərində tərcüməsi işi başa çatdırılmışdır. Hazırda kitabça nəşrə hazırlanır. Nəşrdə Ermənistan silahlı birləşmələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycana qarşı aparılan işğalçı müharibə nəticəsində zəbt olunmuş Azərbaycan torpaqlarında dağıdılmış və talan edilmiş Azərbaycan kitabxanaları, onların fotoşəkilləri (işğaldan əvvəl və sonra), habelə bir sıra statistik məlumatlar rayonlar üzrə sistemli şəkildə verilmişdir.

Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə “Quba və qubalılar” kitabı nəşrə hazırlanır. Kitabda Qubanın tarixi abidələri, təbiəti, turizm gözəllikləri, tarixi, görkəmli şəxsiyyətləri və s. haqqında ətraflı məlumatlar əks olunacaqdır.

Akademik “Yusuf Məmmədəliyev: biblioqrafiya” kitabının nəşrə hazırlanması məqsədi ilə materialların redaktəsi və sistemləşdirilməsi işi həyata keçirilmişdir.

Nazirlik tərəfindən keçirilən 5 zona müşavirəsində müzakirə olunması məqsədilə sözügedən bölgələrdə yerləşən kitabxanaların fəaliyyəti təhlil edilmiş, qarşıda duran problem və vəzifələr, həyata keçirilməsi zəruri olan tədbirlər müəyyən edilmiş, habelə şəhər və rayonda kitabxana-informasiya müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsinə dair təkliflər hazırlanmışdır.

Bundan başqa, «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın icrasını, kitabxana filiallarının birləşdirilməsi vəziyyətinin, kitabxanaların informasiyalaşdırılmasının, habelə Elektron kataloq və Veb-saytların keyfiyyətini, kitabxanaçı kadrların kompyuter biliklərinin səviyyəsini öyrənmək, sözügedən rayon Mərkəzi kitabxanalarında yeni şöbələrin fəaliyyəti ilə tanış olmaq məqsədi ilə respublikanın Füzuli, Beyləqan, Hacıqabul, Kürdəmir, Quba və Xaçmaz rayonlarına ezamiyyələr təşkil olunmuşdur. Sözügedən kitabxanalarda görülən işlər, aşkar olunan nöqsan və çatışmazlıqlar müəyyən edilmiş, bu sahənin inkişafına dair təkliflər hazırlanmış, habelə işlərində yol verdikləri nöqsanlara görə bir sıra rayon MKS-lərinin direktorları müvafiq qaydada intizam tənbehi ilə cəzalandırılmışlar.

Cari ilin may ayında Polşa Respublikasının Varşava şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Nazirliyin nümayəndəsi iştirak etmişdir.

Nazirliyin tövsiyəsi ilə Beyləqan rayon İcra Hakimiyyəti respublikada ilk təşəbbüs göstərərək 2012-ci ili rayonda “Kitabxanalar İli” elan etmişdir. Bu təşəbbüs rayon və respublika ictimaiyyəti tərəfindən müsbət qarşılanmış, respublikanın 1 şəhər və 11 rayonunda 2012-ci il – kitabxanalar İli kimi elan edilmişdir.

Hesabat dövründə, Respublikanın bütün şəhər və rayonlarında Ümummilli lider Heydər Əliyevin 89-cu ildönümünə həsr edilmiş V Kitab Bayramı keçirilmişdir. İsmayıllı rayonunda Ulu öndərin 89-cu ildönümünə, habelə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş Kitab bayramı da yerli əhali tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Cari ilin iyun ayında Ukraynada keçirilən Krım-2012 Beynəlxalq Kitabxana Konfransında Azərbaycan kitabxanaçıları geniş heyətlə iştirak etmişlər.





Yüklə 353,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin