İNVESTİSİYA VƏ TEXNİKİ PROQRAMLAR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2012-ci il tarixli 24s nömrəli, 01 may 2012-ci il tarixli 111s nömrəli və 23 may 2012-ci il tarixli 132s nömrəli sərəncamları ilə mədəniyyət və turizm obyektlərinin tikintisi, təmiri və yenidənqurulması üçün Mədəniyyət və Turizm Nazirliyinə 38 obyekt üzrə 273975,20 min manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Yerinə yetirilmiş təmir-tikinti işləri üçün ayrılmış vəsait 98736,17 min manat, yaxud 36,0% təşkil etmişdir, o cümlədən “Şahdağ” Qış-Yay Turizm Kompleksinin yaradılması layihəsi (nəzərdə tutulan vəsait 200000,0 min manat) üzrə maliyyələşmə 82432,41 min manat, yaxud 41,2% olmuşdur.
Mədəniyyət və turizm obyektlərinin tikintisi, təmir-bərpası və yenidənqurulması ilə əlaqədar aşağıdakıları qeyd etmək olar:
- Azərbaycan Dövlət İncəsənət Muzeyində keçid korpusunun tikinti işləri davam etdirilir.
- Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində tikinti işləri davam
etdirilir.
- Bakı şəhərində “Nizami” kinoteatrının binasında əlavə təmir-yenidənqurma işləri
aparılır.
- ”Şahdağ” Qış-Yay Turizm Kompleksinin 1.1 mərhələsinin tikintisi üzrə işlər davam
etdirilir.
- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təmir və yenidənqurma işləri
üçün layihə-smeta sənədləri hazırlanmışdır.
- Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında təmir və bərpa işləri davam
etdirilir.
- Qobustan Dövlət Tarix-Bədii Qoruğunda muzey və inzibati binanın tikintisi üzrə əlavə
işlər başa çatdırılmışdır.
- Şəki şəhərində Aşağı Karvansarayın bərpa işləri davam etdirilir.
- Gəncə şəhərində "Şah Abbas" Karvansarayının bərpa işləri davam etdirilir.
- Ağdam rayonu, Xındırıstan kənd Uşaq Musiqi Məktəbinin tikintisi davam etdirilir.
- Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində C.Hacıyev adına 3 saylı uşaq musiqi
məktəbinin əsaslı təmir işləri davam etdirilir.
- Qəbələ rayon Mədəniyyət Evinin tikintisi davam etdirilir.
- Masallı rayon Mədəniyyət Evinin əsaslı təmir işləri davam etdirilir.
- Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında yenidən qurulma işləri
aparılır.
- Tərtər şəhərində Mədəniyyət evi əsaslı təmir olunur.
- Bərdə şəhərində qəza vəziyyətində olan 1 saylı Uşaq İncəsənət Məktəbi üçün yeni
binanın tikintisi aparılır.
- Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 11 saylı musiqi məktəbi üçün əlavə sinif
otaqlarının tikintisi davam etdirilir.
- Nərimanov rayonunda 35 saylı musiqi məktəbinin əsaslı təmir işləri davam etdirilir.
- Qaradağ rayonu, Lökbatan qəsəbəsində 9 saylı musiqi məktəbi üçün yeni binanın
tikintisinə başlanmışdır.
- Xəzər rayonu, Buzovna qəsəbəsi 4 saylı Uşaq İncəsənət məktəbinin akt zalının tikintisi
davam etdirilir.
- Sabunçu rayonu, Nardaran qəsəbəsindəki mədəniyyət evində muğam musiqi evi
yaradılmaqla əsaslı təmir üçün layihə-smeta sənədləri hazırlanır. Paralel olaraq əsaslı
təmir işlərinə başlanıb.
- Binəqədi rayonu, F.Əmirov adına 6 saylı Uşaq Musiqi Məktəbinin binasında
yenidənqurma və əsaslı təmir işləri üçün layihə-smeta sənədləri hazırlanır.
- Xəzər rayonu, Buzovna qəsəbəsində Mədəniyyət Evinin binası əsaslı təmir olunur.
- Xətai rayonu, Əhmədli qəsəbəsində kitabxana binasının tikintisi üçün layihə-smeta
sənədləri hazırlanır.
- Qaradağ rayonu, Qobustan Mədəniyyət Mərkəzinin binası əsaslı təmir olunur.
- Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki Mədəniyyət Evinin əsaslı təmiri
üçün layihə-smeta sənədləri hazırlanır.
- Qaradağ rayonu, Sahil qəsəbəsində 28 saylı Musiqi Məktəbi əsaslı təmir olunur.
- Qaradağ rayonu, Sahil qəsəbə 5 saylı Uşaq İncəsənət Məktəbi əsaslı təmir olunur.
- Nərimanov rayonu, 23 saylı Musiqi Məktəbi əsaslı təmir olunur.
- Nəsimi rayonu, 20 saylı Uşaq Musiqi Məktəbinin əsaslı təmiri və yenidən qurulması
üçün layihə-smeta sənədləri hazırlanır.
- Səbail rayonu, Bibiheybət qəsəbəsindəki Mədəniyyət Evi və kitabxananın əsaslı təmiri
üçün layihə-smeta sənədləri hazırlanır. Paralel olaraq əsaslı təmir işləri aparılır və s.
Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2011-ci il tarixli 1881 №-li sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına (300.000,00 manat) cari ildə Bakı şəhərində Səməd Vurğunun ev muzeyi əsaslı təmir olunmuşdur.
“Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri” maddəsi ilə 2012-ci ilə 2.000,00 min manat vəsait nəzərdə tutulmuşdur. Həmin maddə ilə maliyyələşdirilən mədəniyyət və turizm obyektlərinin təmir-bərpası ilə əlaqədar aşağıdakıları qeyd etmək olar:
- R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının binasında əsaslı təmir işləri davam etdirilir.
- Quba rayonunun Xınalıq kəndində 112 yaşayış evinin qəzalı vəziyyətdə olan - sahələrinin təmir işləri davam etdirilir.
- Lənkəran şəhər tarix-diyarşünaslıq muzeyinin əsaslı təmir işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması başa çatmışdır.
- Alban abidələrində elmi-tədqiqat işlərinin aparılması və ayrı-ayrı elementlərdə möhkəmləndirmə işləri üzrə layihə-smeta sənədlərinin hazırlanır və s.
2012-ci ildə gələcək illər üzrə dövlət büdcəsində dövlət investisiya xərclərinin vəsaiti hesabına tikintisi, təmiri və yenidənqurulması nəzərdə tutulmuş obyektlərin siyahısının layihəsi hazırlanmış, Maliyyə və İqtisadi İnkişaf nazirlikləri və Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti və “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti ilə birgə obyektlərdə podratçılar tərəfindən görülən işlərin texniki nəzarəti və maliyyələşdirilməsi, burada aparılan təmir-tikinti, bərpa-konservasiya, layihələndirmə işlərinin idarə olunması təşkil edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarında, Dövlət Proqramlarında, Mədəniyyət və Turizm Nazirliyinin Əmrlərində, Kollegiyanın Qərarlarında müəyyənləşdirilmiş tapşırıqların, daxil olan məktub və sənədlərin icrası dövr ərzində yerinə yetirilmişdir.
Dostları ilə paylaş: |