Mədəniyyətimizin görkəmli nümayəndəsi



Yüklə 76,68 Kb.
səhifə1/5
tarix07.01.2022
ölçüsü76,68 Kb.
#84054
  1   2   3   4   5


Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş

Kitabxana sisteminin Metodika şöbəsi

Uşaq hüquqlarının müdafiəsi dünyada və Azərbaycanda”




GƏNCƏ 2013


Azərbaycanda Uşaq Hüquqlarının müdafiəsi.
Cəmiyyətin sağlam özəyi, gələcəyi, köməyə ehtiyac duyan kövrək zümrəsi olan uşaqlar həyatımızın mənası, ailəmizin sevinci, fərəhidir. Hər bir evin ən böyük ziynəti, dəyərli sərvəti onlardır.

Uşaqlar ömrümüzün bəzəyi, sevincimiz, fərəhimizdir. Ona görə də uşaqlara diqqət, xeyirxahlıq və mərhəmət bu günümüzün, gələcəyimizin etibarlı təminatı deməkdir. Ölkəmizdə də uşaqların firavan yaşaması, sağlam böyüməsi üçün hər cür şərait mövcuddur. Buna görə də Vətənimiz Odlar yurdu Azərbaycanda böyüyüb, boya-başa çatan uşaqlar hər mənada xoşbəxt və bəxtəvərdirlər. Uşaqlara bütün sahələrdə göstərilən qayğı bir amala, bir məqsədə ünvanlanıb: cəmiyyət üçün layiqli, faydalı insan böyütmək!

Təsadüfi deyildir ki, uşaqların hüquqları Azərbaycanın da təmsil olunduğu beynəlxalq təşkilatlar, konvensiyalar tərəfindən qəbul olunmuş qanun və qərarlarla müdafiə olunur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsində deyilir: “Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq təlim – tərbiyə müəssisələrin-də aparılır”.

“Uşaqlar bizim gələcəyimizdir” söyləyən ümummilli lider Heydər Əliyev ölkənin sabahını daha parlaq görmək üçün gənc nəslə diqqət və qayğı ilə yanaşmışdır.Ulu öndərin layiqli davamçısı İlham Əliyev Azərbaycan Respublikasında uşaqlara dövlər qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demokrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr2008- ci il tarixli sərəncam imzalamışdır. 2009- cu ilisə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demokrati perspektivlərinin müəyyənləşdirilməsinin nümunəsi kimi “Uşaq ili “ elan olundu, mühüm layihələr həyata keçirildi.

Keçmiş Sovetlər Birliyində 1 iyun 1949-cu ildən uşaq bayramı kimi qeyd edilirdi. Həmin il iyunun 1-də keçirilənqadınların beynəlxalq konfrasında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb.

BMT 1989-cu ildə “Uşaq hüquqları haqqında” Konvensiyanı qəbul edib. Hazırda 190 dövlət həmin konvensiyaya qoşulub. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixli və 236 saylı qanunla BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib.

Azərbaycanda uşaqlar dövlətin daim diqqət mərkəzindədir. Məhz bu səbəbdən də Azərbaycan Respublikası müstəqilliyinin ilk ilindən Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş və həmin beynəlxalq sənədin müddəalarına uyğun olaraq öz öhdəliklərini tam həcmdə yerinə yetirir. Uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.


Uşaq hüquqlarının müdafıəsi diqqət mərkəzindədir”
Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafıəyə ehtiyacı var. Məhz bu prinsipləri nəzərə alaraq uşaq hüquqlarının müdafıəsi sahəsində beynəlxalq sənədlər qəbul edilib. Uşaq Hüquqları Konvensiyası insan hüquqlarının mülki, mədəni, iqtisadi, siyasi və sosial da daxil olmaqla bütün növlərini özündə birləşdirən və ölkələri öhdəliklərlə bağlayan ilk hüquqi sənəddir.

Uşaqların hüquqlarının müdafiəsi sahəsində Azərbaycan bir sıra müqavilələrə, o cümlədən 1992-ci ildə Uşaq Hüquqları Konvensiyasına qoşulub. Respublikamızın Konstitusiyasındada Uşaqların hüquq və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir. Milli qanunvericilik sistemində bir sıra hüquqi islahatlar keçirilib. 1989-cu ildə “Uşaq hüquqları haqqında” qanun qəbul edilib. Bu qanun ölkəmizdə uşaqların hüquq və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Ölkədə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Müvkkilin (Ombudsman) fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi və müdafiəsi, pozulmuş hüquqlarının bərpasından ibarətdir. BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan hökumətinə təqdim etdiyi tövsiyəni nəzərə alaraq 2006- cı ildə Müvəkkil yanında Uşaq Hüquqları Mərkəzi yaradılıb. Ölkə başçısının sərəncamı ilə 2009-cu il ölkəmizdə “Uşaq ili” elan edilib. O cümlədən ölkədə 30-dan artıq xüsusi dövlət proqramı reallaşdırılıb. Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlarla bağlı xüsusi tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, Mehriban Əliyevanın təşəbbüsü ilə nəinki uşaqların təhsili, eləcə də onların sağlamlığı istiqamətində də bir çox işlər görülür.

Qeyd edək ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizdə qanunvericilik bazası formalaşıb. “Uşaq hüquqları haqqında” qanun və bəzi digər hüquqi normativ aktlar qəbul edilib. Hazırda Azərbaycan dövləti şəxsiyyət azadlığının və insan hüquqlarının qorunmasına, eləcə də cəmiyyətin gələcək inkişafına kömək göstərəcək istənilən əməkdaşlıq formasını qəbul etməyə hazırdır. Bu baxımdan, respublikada ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir.

Hazırda Azərbaycan Hökuməti uşaq hüquqlarının təşviqi ilə əlaqədar olaraq həm BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən verilmiş tövsiyələrin yerinə yetirilməsi, həm də BMT Baş Assambleyasının uşaqlara həsr olunmuş 27-ci xüsusi sessiyasının yekun sənədi olan “Uşaqlara yararlı dünya” Bəyannaməsinin və Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində iş aparır və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.

Ölkəmizdə uşaqların hamısı keyfiyyətli təhsil almaq hüququna malikdirlər. Hazırda Azərbaycanda 1612 məktəbəqədər təhsil müəssisəsi, 4550 gündüz ümumtəhsil məktəbi, 108 peşə məktəbi və peşə liseyi, 60 orta ixtisas təhsil müəssisəsi, 48 ali məktəb fəaliyyət göstərir.

Bu gün Mədəniyyət və Turizm Nazirliyi sisteminin klub müəssisələrində 3672 uşaq dərnəkləri və bədii özfəaliyyət kollektivləri, 104 uşaq kitabxanası və 234 uşaq musiqi incəsənət və rəssamlıq məktəbləri fəaliyyət göstərir.

Azərbaycanda gələcəyimiz sayılan uşaqların sağlam və gümrah yetişməsi üçün hər cür şərait vardır. Dövlətimiz bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.


Yüklə 76,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin