İbn Ərəbi
***
Məhəbbət kimi desən tutub
gizli yollarla Allaha aparar.
C.Rumi
***
Sənsiz idi onda hələ yer səma,
Sən yox idin var idi qəmim daima.
Nizami
***
Göylər yaransaydı eşqdən azad,
Düşün, olardımı yer üzü abad?
Nizami
Sevgili aşiqin qəlbindədir.
Fəqət aşiq sevgilinin özündə
olduğunu bilməz, onu yenə kənardakı
sevgili vasitəsi ilə tanıyar.
İbn Ərəbi
***
Kişi də, qadın da tək qanadla yaranır.
Pərvazlanıb uçmaq üçün isə qanadların
qoşalaşması lazımdır.
Əbu Turxan
***
Uça bilmək üçün qanadlar tən olmalıdır.
Tayını tapa bilməyənlərin məhəbbəti göydən asılı qalar.
Atıcı atar, tayını tapar.
Atalar sözü
***
Ərlə arvadın torpağı
bir yerdən götürülür.
Atalar sözü
Yaxşı qadınlar yaxşı kişilər üçün və yaxşı
kişilər yaxşı qadınlar üçündür.
Qurani-Kərim
***
(Allah) sizin özünüzdən sizlər üçün taylar yaratmış ki, onlarla rahatlıq tapasınız. Sevgi ilə mərhəmət bərqərar eləmiş aranızda.
Qurani-Kərim
***
Məhəbbət ümidini itirmiş adamı
yenidən həyata qaytarır.
Əbu Turxan
***
İdrakı rəmz edib bir gül sandılar,
Aqil olanları bülbül sandılar,
Vaxt keçdi, rəmz itdi, sonra gələnlər
Təkcə bülbül ilə gülü andılar
Əbu Turxan
***
Aşiq ən gözəl anlarını ancaq sevgilisi ilə bölüşmək istəyir.
Əbu Turxan
Bütün sevənlər bacardıqlarından çox şey vəd edir, amma bacardıqlarını da etmirlər.
V.Şekspir
***
İlk məhəbbətin mövhumi obrazı aşiqin özü tərəfindən yaradılmış olur.
Yaradan yaratdığını sevməyə bilərmi!?
Əbu Turxan
***
İlk məhəbbət kor olur.
Atalar sözü
***
Eşqin gözü kordur.
Aristotel
***
Səndən qorxanı da, sən qorxduğunu da
sevə bilməzsən.
Siseron
Ən yaxşı evlilik dostluq hissi üzərində qurulur.
F.Nitsşe
***
Sevgisiz evlilik sevdiyinə evlənə bidməməkdən daha ağırdır.
(Naməlum)
***
Məhəbbət – sevilmək arzusudur.
Platon
***
Sahiblənmək anlayışı məhəbbətin izahında istifadə olunsa da, ilkin sayıla bilməz. Mən nəyə görə başqasını mənimsəmək və ona sahib olmaq istəyirəm? Bu mənə o zaman lazım olur ki, mənim varlığım başqasının funksiyasına çevrilir. Amma bununla mənimsəmənin ancaq müəyyən üsulu nəzərdə tutulur; biz başqalarının azadlığına yiyələnmək istəyirik.
Sartr
Dövlət adamının ürəyi başında olmalıdır.
Napoleon
***
Məhəbbət müəyyən mənada konfliktdir.
Sartr
***
Qısqanclıqda sevgidən daha çox özünü sevmək var.
F.Laroşfuko
***
Bütün fəzilətlər əslində məhəbbətin müxtəlif növləridir.
Avqustin
***
Məhəbbət – məhəbbətə cavabdır.
İngilis atalar sözü
***
Məhəbbət – bizim ikinci doğuluşumuzdur.
O.Balzak
Məhəbbət insanların bir-birinə bağışladığı xoşbəxtlikdir.
C.Sand
***
Məhəbbət başqasının xoşbəxtliyini
istəməkdir.
D.Yum
***
Sevinc və sevgi ruhun iki qanadıdır.
Hilmi Ziya Ülkən
***
Eşq – ruha təslim olmaqdır.
Hilmi Ziya Ülkən
***
Aləm eşq halında kamala gəlir.
Hilmi Ziya Ülkən
***
Sevgi – halından məmnun olmaqdır.
Dostları ilə paylaş: |