Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır.
Əbu Turxan ***
Daxili gözəllik zahiri gözəlliyə bürünəndə daha tez üzə çıxır.
Əbu Turxan ***
Zahiri və daxili gözəllik eyni vaxda parlaya bilməz. Əvvəlcə birincinin parıltısından ikinci gözə görünmür, amma elə ki göründü, onda birincini kölgədə qoyur.
Əbu Turxan ***
Zahiri parıltı göz qamaşdırır, daxili parıltı gözləri açır.
Əbu Turxan ***
Ürək ağlı artıra bilsə də, ağıl ürəyə təsir edə bilməz.
A.Frans Sevmək – fəzilət, sevilmək xoşbəxtlikdir.
L.N.Tolstoy ***
Ancaq xoşbəxtlik məhəbbət üçün ölçü ola bilər.
V.Q.Belinski ***
Məhəbbətin dərinliyi və hüdudu hətta təxəyyül üçün də əlçatmazdır.
F.Şiller ***
Məhəbbətin gəlişi ilə qəlbdə xoşbəxtlik hissi, müqəddəs bir duyğu baş qaldırır.
Q.Mopassan ***
Məhəbbət – həyat yaradır.
L.N.Tolstoy. ***
Qarşılığı olmasa da, sevmək gözəldir.
O.Balzak Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Həyat ancaq məhəbbət üzərində dayanır və onunla hərəkətə gəlir.
İ.S.Turgenyev ***
Məhəbbət elə bir ehtirasdır ki, nə keçmişi, nə də cələcəyi tanıyır.
O.Balzak ***
Həm sevmək, həm də müdrik olmaq qeyri-mümkündür.
F.Bekon ***
Məhəbbət çox vaxt ağlı olanların ağlını alır və ağlı olmayanlara ağıl verir.
D.Didro ***
Sevgi bizi böyük işlərə ruhlandırır və bu işləri görməyə mane olur.
A.Düma Hörmət hissindən məhrum olan məhəbbət çox davam edə bilməz.
A.Düma ***
Məhəbbət istəklə yaşayır və yalanla qidalanır.
A.Frans ***
Yalnız bilmədiyin şeyi dəlicəsinə sevə bilərsən.
A.Frans ***
Ayrılıq böyük məhəbbətləri daha da artırır, yarımçıq olanları isə məhv edir.
R.N.Güntəkin ***
Eşqini ifadə etməyi bacaran muradına tez çatar.
C.London ***
Eşq meydana girəndə ağıl oranı tərk edir.
M.Meterlinq Eşq məntiqə qulaq asarsa, məhv olar.
F.Saqan ***
Böyük məhəbbətlər kiçik qığılcımlardan doğur.
A.Stendal ***
Yoxsulluq qapıdan girəndə, məhəbbət pəncərədən qaçır.
V.Şekspir ***
Eşq namusla birləşəndə ən qiymətli cəvahirat alınır.
L.Tolstoy ***
Çılğın məhəbbətdən qorxmaq lazımdır, çünki o, hər an nifrətə çevrilə bilər.
H.Toro ***
Eşqi başlamaq asan, bitirmək çətindir.
M.Tven Bizim yaradıcılığımız dünyanın Allah tərəfindən yaradılması prosesində kiçik variasiyalardan ibarətdir.
V.Taqor ***
Sevməyən sevgili aşiqin qəlb işığını özünə qaytaran güzgü kimidir; özü biganə olsa da, aşiqin qəlbini daha da alovlandırır.
Əbu Turxan ***
Məhəbbət başqa insanın fəzilətindən, kamilliyindən, xoşbəxtliyindən həzz almağa meyldir.
Leybnis ***
Məhəbbət bütövlük yanğısı və ona cəhd etməkdir.
Aristofan ***
Məhəbbət bir-biri üçün fərqli olmayan iki tərəfin fərqidir. Bu eyniyyəti hiss etmək və anlamaq – məhəbbətdir.
Hegel Dərindən sevmək özünü unutmaqdır.
Russo ***
Həqiqi insani məhəbbət ancaq hisslərin şıltaqlığına və ürəyin istəyinə deyil, bir-birinin insani ləyaqətinə qarşılıqlı hörmətə əsaslana bilər.
Belinski ***
Məhəbbət başqasının sevinc və iztirablarını yaşamaqdır.